Sizin Reklam Burada
Xəbər lenti
10-11-2026
09-11-2026
BÜTÜN XƏBƏRLƏR

Qadın evli olduğunu gizlədən sevgilisini məhkəməyə verdi

Tarix: 11-11-2026 08:54     Baxış: 333 A- / A+
Qadın evli olduğunu gizlədən sevgilisini məhkəməyə verdi
Yaponiyada qadın evli olduğunu gizlədən və uşağı dünyaya gəldikdən sonra onu tərk edən həkim sevgilisindən 22 milyon yen (təxminən 140 min dollar) təzminat tələb edir.

Bu barədə "Tokyo Reporter” nəşri məlumat yayıb.

Tokioda yaşayan qadının sözlərinə görə, həkimlə münasibətləri 2023-cü ildə başlayıb. Kişi subay olduğunu desə də, qadın hamilə qaldıqdan sonra evli olduğunu etiraf edib.

Həkim həyat yoldaşından boşanaraq onunla ailə quracağına söz verib. Lakin uşaq dünyaya gəldikdən sonra qadınla əlaqəni tamamilə kəsib.

Qadın həmçinin hamiləlik dövründə həkim tərəfindən fiziki zorakılığa məruz qaldığını iddia edib.

Bundan sonra o, Tokio Rayon Məhkəməsinə müraciət edərək aldadıldığını və şəxsi münasibətlərdə sərbəst seçim hüququnun pozulduğunu bildirib.

"Məsələ təkcə onun evli olduğunu gizlətməsi deyil. Yalan vədlərinə, hamiləliyə, uşağın doğulmasına və məruz qaldığım zorakılığa görə məsuliyyət daşımasını istəyirəm”, – deyə qadın açıqlayıb.

O, məhkəmə prosesinin digər qadınları da oxşar aldatma hallarından qorumağa kömək edəcəyini bildirib.

Həkim isə vəkilinin tövsiyəsinə əsasən ittihamları şərh etməkdən imtina edib.

İş üzrə məhkəmə qərarı hələ çıxarılmayıb. azxeber.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar