Xəbər lenti
Vəfat etmiş şəxs şuraya sədr seçildi - Komandadan emosional qərar
Bu barədə KCRA telekanalı səslərin hesablanmasının nəticələrinə istinadla məlumat yayıb.
Dairənin məlumatına görə, Cudici dairə şurasında beşinci dairəni təmsil etmək uğrunda mübarizədə səslərin 56,99 faizini (1 982 səs) toplayıb. Onun rəqibi Klayd Klepp isə 43,01 faiz (1 496 səs) səs qazanıb. Son hesabatın hazırlandığı vaxt 322 bülletenin hesablanması başa çatmamış, daha 340 bülleten isə imzaların uyğun gəlməməsi və ya ümumiyyətlə olmaması səbəbindən dəqiqləşdirmə tələb etmişdi.
Cudici avqustun 30-da seçicilərin evlərini gəzərkən ölümcül xəsarət alıb. O, evlərdən birinə aparan dik giriş yolunda büdrəyərək yıxılıb. Xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər və namizəd ertəsi gün vəfat edib. Onun seçki qərargahı seçiciləri buna baxmayaraq siyasətçiyə səs verməyə çağırıb.
“Kampaniyanı davam etdirmək çox çətin və emosional qərar idi. Biz Brüsün bunu etmək istədiyinə qəti əmin idik. Bu, onun missiyası idi və bizim məqsədimiz həmin missiyanı başa çatdırmaq idi”, – deyə kampaniyanın könüllüsü Kerri Biqqs-Adams bildirib.
Biqqs-Adams ştatın qanunvericiliyinə istinadən bildirib ki, Cudici qalib gələrsə, onun varisləri seçilənə və ya təsdiqlənənə qədər boş qalmış vəzifəyə qubernator tərəfindən başqa bir şəxs təyin ediləcək. Namizəd həmin vəzifəyə öz namizədliyini irəli sürən şəxslər arasından seçiləcək. publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































