Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
21-12-2025
BÜTÜN XƏBƏRLƏR

e

Tarix: 20-12-2025 16:33     Baxış: 0 A- / A+
Uğurlama
 
Kökü tarixin bilinməzliklərində yuva qurmuş türk dili, türk sözü və türk şeiri XXI əsrin birinci çərəyində bir başqa cür, hələki yalnız ortaq mədəni müstəvidə, coğrafiyada təzahür etməkdədir.
“Orxon-Yenisey Abidələri/Göytürk Abidələri”, "Divanü Lügati't-Türk", "Qutadqu Bilig", "Divani-hikmət", "Kitabi-Dədə Qorqud", "Oğuz Kağan", “Manas", "Koroğlu", "Alp Ər Tonqa", "Alpamış”,  "Ədige" dastanları, şifahi və yazılı abidələrdən su içmiş bu dil və poeziya indi T ürkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistanda azacıq fərqlə, amma eyni şövqlə ilhamla çağlamaqdadır.
Bu gün dilimizin, mədəniyyətimizin və əlbəttə xaqlarımızın yaxınlaşmasında TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası kimi beynəlxalq mədəni təsisatlar, heç şübhəsiz, Türk Dövlətləri Birliyi təşkilatının çətiri altındakı çoxşaxəli fəaliyyət, gerçəkləşdirilən layihələr böyük ümidlər verir, fərqli, amma ortaq gələcək vəd edir.
Bura hər bir türk dövlətində uzun onillərdi fəaliyyət göstərən yaradıcı təşkilatlar, ilk növbədə yazıçı birlikləri öz ardıcıl, səmərəli töhfəsini verir.
Üstəgəl, yaradıcı şəxslərin fərdi təşəbbüsləri.
Bu gün həmin təşəbbüsün daha bir örnəyi bütün böyük türk coğrafiyasında oxucuların ixtiyarına buraxılır. 
Böyük türk coğrafiyasından, Turan ellərindən olan söz ustaları, həm ustadlar, həm yeni yazar və şairlər, bütövlükdə 66 şair təmsil olunur “Turan ədibləri” adının verildiyi bu antologiyada, bu kitabda.
İstedadlı şair, eyni zamanda zəhmətkeş naşir Muqimcan Nurboyevin nəşrə hazırladığı, fərqli nəsilləri təmsil edən istedadlı şair və tərcüməçilərin - Şahməmməd Dağlaroğlu, Rəhman Ergenç, Almaz Ülvi, Ramiz Əskər, 
Elxan Zal Qaraxanlı, Rəhmət Babacan və Husniddin Hayitin əməyinin nəticəsi olaraq ərsəyə gələn bu antologiyada həm məzmun, həm ölçü-biçim, həm də ustalıq baxımından çox fərqli şeirlər təqdim edilir.  Şəksiz, fərqli rəylər də olacaq antologiya ilə bağlı.
Bir maraqlı cəhəti var kitabın. Təqdim olunan şeirlər, eləcə də müəllif bioqrafiyaları türkcənin həm Türkiyə, həm də Azərbaycan “qolları”nda təqdim olunub. Görünür, tərtibçilər və kitab üzərində işləyən heyət bu qərarı bilərəkdən belə verib. Bəlkə də bu üsul və belə layihələr nə vaxtsa ortaq, daha yaxın, amma vahid türkcənin formalaşması üçündür.
Əlbəttə, istənilən fərdi təşəbbüsün, cəhdin və işin müxtəlif oxucu və mütəxəssis nəzəri ilə qiymətləndirilmək taleyi var ki, bu da çox yaxşıdır.
“Turan ədibləri”nin öz oxucusunu tezliklə tapmasını arzu edirəm.
1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultayın 100 illiyi ərəfəsində antologiyanın nəşri xüsusən əlamətdar görünür.
Mən əziz Muqimcan Nurboyevi, bütün yaradıcı heyəti səmimiyyətlə təbrik edir, türkdilli poeziyanın yeni klassiklərindən biri, görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin bir şeiri ilə bu kitabı, bu layihəni uğurlamaq istəyirəm:

“Ana dilim, səndədir xalqın əqli, hikməti,
Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış.
Ürəklərə yol açan Füzulinin sənəti,
Ey dilim, qüdrətinlə dünyalara yol açmış.

Səndə mənim xalqımın qəhrəmanlıqla dolu Tarixi varaqlanır,
Səndə neçə min illik mənim mədəniyyətim,
Şan- şöhrətim saxlanır.
Mənim adım-sanımsan,
Namusum, vicdanımsan!
 Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək!”
 
Hörmətlə,

Səlim Babullaoğlu
Azərbaycan Yazıçılar Birliyinin katibi
11 dekabr 2025-ci il

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar