Xəbər lenti
Mübarizin Məhərrəmlə bağlı xatirələri...
(1)----------Mübarizin Məhərrəmlə bağlı xatirələri...
1987 – ci il iyul ayında Məcnun müəllim, atam və mən Ukraynanın Donetsk şəhərinə Hərbi Ali məktəbə qəbul üçün, Leninakan – Kiyev qatarına bilet aldıq. Bizimlə yol yoldaşı olacaq, həmkəndlimiz Məcnun müəllimin oğlu Məhərrəm Seyidov həmin hərbi məktəbin sonuncusu kursunda oxuyurdu. Yaxın günlərdə məktəbdən buraxılışı və təyinatının təqdimatı olacaqdı. Biz üçümüz də səhər saatlarında Leninakanın dəmiryolu vağzalından qatarla yola düşdük. Mən birinci dəfəydi başqa bir ölkəyə uzaq səfərə yola çıxırdım, içimdə sevinc dolu, təlaşlı qəribə bir hiss vardı.
Getdiyimiz qatardakı sərnişlərin əksəriyyəti demək olar ki, ermənilər idi. Atamla Məcnun müəllim şirin söhbət edirdilər, onlar öz gənclik illərindən, həyatlarında baş verən maraqlı hadisələrdən şirin-şirin danışırdılar, deyib-gülürdülər. Sanki ətraf aləmindən əlaqələri kəsilmiş, öz şirin xatirələrinin təsirinə düşmüşdülər.
Mən isə bu orta yaşlı insanların söhbətinə səssizcə qulaq asırdım. Bizə nifrətlə zillənən gözlərdən xəbərimiz yoxuydu. Həmin vaxtlar artıq ermənilər Qarabağda öz çirkin təxribatlarına başlamısdılar, əlbəyaxa küçə döyüşlərinin xəbərlərini eşidirdik. Siz türküsünüz?-ermənilərin bu sualını eşidib, söhbətimizi dayandırıb, ətrafa nəzər saldıq. Artıq onların əhatəsindəydik. Atam əhvalını pozmadan cavab verdi – bəli, azərbaycanlıyıq. Hələ ki, Ermənistan ərazisində olmağımızdan cəsarətlənən ermənilər gözlərindən nifrət yağdıraraq “böyük ermənistan“ planlarından üstüörtülü danışırdılar. Mən səssizcə erməni dilində gedən gərgin söhbəti dinləyirdim, dili bildiyimə görə, söhbətin nədən getdiyini başa düşürdüm. Bu soyuq baxıslar məni üşütsə də, atamla Məcnun müəllimin rahatlığı qorxmamağıma səbəb olurdu. Deyirdilər ki, sizin üçün nə fərqi Qarabağ Azərbaycanın olsun, ya Ermənistanın, onsuz da hər ikisi Sovet dövlətidir.
(2)-----------Onlar bildirdilər ki, biz Ermənistanda referendum keçirəcəyik, Qarabağ bizim olsun, siz də oradakı azərbaycanlıları başa salın, bununla razılaşsınlar. Belə bir misal da çəkdilər ki, Qarabağda qarşıdurmanı Şamama Həsənova başının şalını yerə atmaqla durduru. İndi siz də səsverməyə razı olmaqla, növbəti qarşıdurmanın qarşısını ala bilərsiniz.
Qatarımız Ermənistanın ərazisini keçənə qədər bu cür gərgin söhbət davam etdi. Elə ki, Ukrayna torpağına keçdik, ermənilər gözümüzdən itdilər. Atam arxalarınca səslənirdi ki, hara getdiniz?- axı söhbətimiz yarımçıq qaldı və yenidən başladılar deyib-gülməyə. Beləliklə, gecə saatlarında Kiyev dəmiryol vağzalına çatdıq. Artıq avtobus marşrutlarının iş vaxtları bitdiyindən taksiylə Məhərrəmin qaldığı ünvana getdik. Məhərrəm həyət evində kirayədə yaşayırdı. Amasya rayonunundan olan bir erməni tələbə ilə eyni otaqda qalırdı. Bizim üçün ayrı bir otaq hazırlatmışdı. Gec çatdığımıza və yorğun olduğumuza görə tez yatdıq. Məhərrəm səhər necə gəldimizi soruşdu, atamgil yolda baş verənləri olduğu kimi danışdılar.
Bildirdilər ki, qatarda ermənilər xoş olmayan söhbətlər etdilər, bizə narahatçılıq yaratdılar. Məhərrəm söhbəti dinlədikcə çox əsəbləşdi və yanında qalan erməniyə bir sillə cəkdi. Söylədi ki, bax, siz ermənilər beləsiniz. Mən sənə bu qədər yaxşılıq edirəm, ancaq siz pisliyinizdən qalmırsınız.
Atamgil Məhərrəmi bir təhər sakitləşdirdilər, o, neynəsin ki, millətlərinin qanı xarabdı dedilər. Erməni də başladı Məhərrəmə yaltaqlanmağa, dedi ki, biz ikimiz o qatarda olsaydıq, onların paylarını yaxşıca verərdik.
Həmin gün vaxtımızı bu gözəl, qədim sənaye şəhərini gəzməyə sərf etdik. Məhərrəm bizi şəhərin gəzməli, görməli yerlərinə apardı. Qədim dörd – beş mərtəbəli gözəll binalar bizi valeh etmişdi. Şəhərin təmiz küçələri, yamyaşil parkları, rəngarəng qızilgullərin, çiçəklərin gözəlliyi, adamı bihuş edən ətri, əsasən, albalı, alma ağacları, rahat yollarda hərəkət edən tramvaylar məni öz sehrinə salmışdı.
Şəhərin tən ortasından sakit axan Kalmius çayının üzərindəki körpüdən ətrafı seyr etməyin bir başqa ləzzəti vardı. İnsanlariı çox gülərüz, mehriban görünürdülər, heç də qatardakı insanlara bənzəmirdilər. Axşam şəhər sayrışan gür isıqlarının altında daha da gözəl görünürdü, gözlərimə inana bilmirdim, sanki gündüz idi. Məhərrəm şəhərin mənə çox maraqlı göründüyünü hiss edib, gecə saatlara kimi bizi gəzdirdi, sonra mağazalardan alış -veriş edib evə qayıtdıq .
(3)-----------Səhər tezdən sənədlərimi vermək üçün Ali Hərbi məktəbə getdik, qayıdanda Məhərrəm iki tələbə tanışını evə gətirdi ki, məni hazırlaşdırsınlar. Atamla Məcnun müəllim şəhərə çıxmışdılar, Məhərrəm isə tədbir üçün hazırlaşırdı. Atam şəhərdə gəzərkən gözünə keçiriləcək güləş yarışı üzrə bir elan sataşır. Elanda qalıbin qoçla mükâfatlandırılması qeyd olunubmuş.
Atam evə gələndə kimi Məhərrəmə dedi ki, istəyirəm bu yarışda sən də iştirak edəsən. Məhərrəm atamın həvəsini görüb razılaşdı. Həmin gün Məcnun müəllim şəhəriə gəzməyə çıxdı. Mən isə evdə qalmaq məcburiyyətindəydim, çünki vaxta az qalmışdı, tələbələr məni hazirlasdirmağa gəlirdilər. Atamla Məhərrəm yarışa getdilər. Atam həvəslə danışırdı ki, yarışdakı bütün iştirakçılara Məhərrəm qalıb gəldi, döşək üzərinə kim çıxırdısa, hamısının kürəyini yerə vurdu. Axırda qoçu təqdim edəndə, Məhərrəm qoçu çiyninə qaldırdı və alqışlar altında dövrə vurdu. Sonra atamgil səsli-küylü qalibiyət sevincilə evə gəldilər. Atam Məcnun müəllimə zarafat etməyə başladı, "Seyidov, niyə gəlmədin?- bir görəydin Məhərrəm balam neşə kürəkləri yerə vururdu".
Bu yarış atama çox xoş təsir etmişdir, sevincindən bir yərdə dura bilmirdi. Bu uğuru münasibətilə Məhərrəm bizi və bir neçə dostunu meşəyə istirahətə apardı. Burda qoçu kəsdik, axşama kimi gəzib əyləndik, çoxlu şəkillər çəkdirdik.
Təəssüf ki, o səkilərdən əlimizə çatan olmadı, hamısı Məhərrəmin dostunun fotoaparatının yaddaşında qaldı.
Maraqlı bir günümüzü də Məhərrəmin buraxılış təqdimatında keçirdik. O, bizi öz müəllimləri, dostları ilə tanış etdi, yenə də şəkillər çəkdirdik və Məhərrəmin təyinatı Samara şəhərinə verildi. Musiqili, əyləncəli həmin axşam mənim üçün həddindən artıq maraqlı keçdi. Neçə il bir yerdə təhsil alan tələbələr çox duyğulanmışdılar, bir-birlərindən ayrılmaq istəmirdilər.
Bir gün atamgil evdə olmayanda Məhərrəm təklikdə mənimlə bir söhbət etdi. O, hərbi məktəbin necə çətin olduğundan mənə izah etdi. Bildirdi ki, mən yaşadığım çətinlikləri istəmirəm sən də yaşayasan. Misal çəkdi ki, əgər bir qrupa 30 nəfər qəbul olunursa, onların 15 nəfəri ancaq sona kimi oxuya bilir. Yəni, çətinliklərə dözməyib məktəbi tərk edirlər. Bir sözlə, o, mənim də bu çətinlikləri görməyimi istəmirdi.
(4)----------Dedi ki, mən idmançı olduğumdan bu çətinliklərə sinə gərdim, dözdüm. Bilirdi ki, mən məktəbi əla qiymətlərlə oxumuşam, ona görə mənə Donetsk Texnologiya İnstitutunda təhsil almağı məsləhət gördü. Razılaşdım. İndi düşünürəm ki, bəlkə də o hərbçi olduğuna görə, yaxın gələcəkdə bəzi respublikalarda qarşıdurma və parçalanmalar olacağını hiss edirmiş. Bizim aramızda beləcə ətraflı bir söhbətimiz oldu.
Məhərrəmin nəinki hərbi məktəbdə, eləcə də tanıdığı insanlar və dost-tanış arasında böyük hörməti vardı. Məhərrəmin istəyinə uyğun olaraq sənədlərimi həmin ali məktəbə verdim. Rus dilində olan yazılı imtahana girdim və nəticəsi yaxşı olmadı. İmtahandan kəsildim. Məhərrəm həmin il instituta qəbul olunmağım üçün çox çalışdı. Gecikdiyim üçün arzumuz reallaşmadı. Növbəti il yenidən qəbula gələcəyimi qərarlaşdırdıq.
Gayıtmaq üçün Kiyev – Leninakan qatarına bilet aldıq. Qatar yola düşər – düşməz Məhərrəm basladı hündürdən deyib- gülməyə. Azərbaycanlı olduğunu aydınca biruzə verdi, erməniləri hər-hansı bir mübahisəyə cəlb etmək üçün öz döyüşlərindən danışdı. Tez-tez üzərinə neçə nəfər gəlməsindən asılı olmayarq tək cavab verə biləcəyini ətrafdakıların diqqətinı çatdırdı. Atam və Məcnun müəllim nə qədər sakitləşdirməyə çalışsalar da, Məhərrəm qatardan düşənə kimi belə söhbətləri davam etdi.
Axşam qatar Leninakana catdi. Bir nəfər taksi sürücüsü Məcnun müəllimə yaxınlaşıb görüşdü, məlum oldu ki, tanışdılar. Erməni sürücü hardan gəldiyimizi soruşdu. Məcnun müəllim Donetskdən gəldiyimizi söylədi və Məhərrəmi göstərib oğlu olduğunu bildirdi. Hərbi məktəbi bitirib, kəndə evə gedirik dedi.
Bu bizim Aşotun yanındakı oğlandı? -deyə erməni soruşdu. Təsadüfən məlum oldu ki, taksi sürücü Məhərrəmlə bir otaqda qalan Asotun dayısıimiş.
(5)-------------Erməninin bu sualı Məhərrəmi özündən çıxartdı. Rus dilində əsəbi halda erməniyə cavab verdi ki, mən Aşotun yanında qalmıram, əksinə, Aşot mənim yanımda qalır, sözün düzünu danış.
O, mən tutduğum evdə rahat yaşayır. Bunu eşidən erməni sürücü hiyləyə əl atdı, gülümsəyərək bildirdi ki, mən də elə demək istəyirdim. Biz yaşadığımız QONCALI kəndinə həmin taksi ilə gəldik. Nə qədər acı da olsa, təəsüf ki, bu mənim Məhərrəmlə sonuncu görüşüm oldu.
Məhərrəmlə danışdığımız kimi növbəti il Donetsk şəhərinə getmək qismət olmadı. Mənim irəlidəki həyatım bütün hadisələrin kəsişməsinə rast gəldi. Gözləmədiyimiz hadisələr oldu. Getdikcə qarşıdurmalar gücləndi, zəlzələ baş verdi, həm də qarşıda əsgəri xidmət borcun vardı. Beləliklə, təhsilimi Gəncə Kənd Təsərrüfatı Akademiyasında davam etdirdm.
O vaxt yolumun Donetsk şəhərinə düşdüyü üçün çox sevinirəm. Orada Məhərrəmin ən azı on gün qonağı oldum, bir süfrə arxasında çörək kəsdik, söhbət etdik, onun iç dünyası, gələcəyə baxışı ilə tanış oldum. Mərd-qorxmaz bir oğul kimi yaxından tanıdım, əyanı olaraq insani keyfiyyətlərinə bələd oldum. Məhərrəmin vətənpərvər, qorxmaz, güclü idmançı olduğunu öz gözlərimlə gördüm. Çoxları Məhərrəmin döyüş yolunda qəhrəmanlığının şahidi olublar, mən isə onun başqa cəhətlərinə də bələd oldum.
(6)-----------O zaman Məhərrəm erməni tələbəyə şillə vuranda atam və Məcnun müəllim narazılqlarını bildirdilər. Onun günahkar olmadığını dedilər.
Həm Məcnun müəllim, həm də atam Cəlal kişi şəhid atalarıdır. Sinələrinə oğul dağı çəkilən, Vətənin canımızdan əziz olduğunu övladlarına həmişə aşılayan, dünya görmüş hər iki kişi artıq həyatda yoxdur. Sonradan düşmənin bizə yaşatdıqlarını, canlarını ərazi bütövlüyümüz uğrunda qurban verən şəhidlərimizi və Məhərrəmi nəzərə alaraq demək istəyirım ki, bəli, həmin tələbədən tutmuş, bütün erməni adı, soyadı daşıyanlar, körpə ikən övladlarını bizə qarşı düşmən kimi böyüdən, "tərbiyə edən" analar, atalar, etdikləri işgəncələrdən ləzzət alan valideynlər, bütün toplum günahkardır.
Eləcə də havadarlıq edib o toplumu bizim torpaqlarda yaşamağa yönəldənlər baş verən hadisələrdə cavabdeh və günahkardılar.
Sonradan düşündüm ki, bəli, Məhərrəm o, şilləni vurmaqda çox haqlı imiş.
Çox şadam ki, Məhərrəm Seyidov kimi vətənpərvər, mərd-igid bir oğlanı yaxından tanımışam və mənim qəlbimdə o ölməzdi, həmişə yaşayacaqdır.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar