Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Azəriqaz" smart-karta edilən son ödənişləri geri qaytarır? — RƏSMİ AÇIQLAMA

Tarix: 28-04-2020 16:42     Baxış: 3168 A- / A+
"Azəriqaz" smart-karta edilən son ödənişləri geri qaytarır? — RƏSMİ AÇIQLAMA


“Azəriqaz” İstehsalat Birliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanladığı telefonoqramda son günlər sosial şəbəkələrdə təxribat xarakterli məlumatların yayılması əksini tapıb.

Manevr.az xəbər verir ki, müraciətdə sosial şəbəkələrdə “Azəriqaz” haqqında yalan məlumatların yayıldığı bildirilir.

“Youtube”, “Facebook” sosial şəbəkələri və “WhatsApp”, “İnstagram” messencerlərində naməlum şəxs (və ya şəxslər) tərəfindən həqiqətə uyğun olmayan “Azəriqaz smart-karta edilən son ödənişləri sizə geri qaytarır” kimi yanlış məlumatlar paylaşılıb, səs yazıları, elanlar verilib.

Buna görə də ölkə üzrə fəaliyyətinə icazə verilən bəzi marketlərdəki “E-manat”, “MilliÖn” və s. ödəmə terminalları qarşısında aprelin 26-sı gecə saatlarında karantin rejiminin tələbləri pozulmaqla ciddi sıxlıq və növbələr yaranıb.

Müraciətdə bildirir ki, tövsiyə olunan yanlış əməliyyat abonentlərin smart-kartlarında ciddi qüsurun yaranması, kartların bloklanması və yararsız hala düşməsi, eləcə də Birliyə və istehlakçılara maddi ziyanın vurulması ilə nəticələnə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq, bu kimi təxribat xarakterli məlumatların yayılmasının qarşısının alınması məqsədilə, təqsirli şəxs(lər)in dairəsinin müəyyən və məsuliyyətə cəlb edilməsi üçün Nazirlikdən qanunvericiliklə nəzərdə tutulan tədbirlərin görülməsinə göstəriş vermək xahiş olunur.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar