Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

Sərhəd hansı xəritələrlə çəkilir? - Paşinyana cavab

Tarix: 08-05-2024 10:35     Baxış: 380 A- / A+


   
Xəritələr məsələsində biz Paşinyanın SSRİ dövründəki administrativ sərhədləri, eyni zamanda Almatı Bəyannaməsini qabartdığını görürük.
Manevr.az xəbər verir ki, bu sözləri Axar.az-a Paşinyanın dünənki mətbuat konfransında səsləndirdiyi delimitasiyanın SSRİ dövründə hüquqi qüvvəyə malik olan ən son xəritələrlə aparıldığı sözlərini şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
Diplomat Azərbaycanın Ermənistanla delimitasiya xəritələri ilə bağlı fərqli mövqedə olduğunu bildirib:
“Həmin dövrdə müxtəlif xəritə və sərhəd dəyişiklikləri olub. Bunları yerli hakimiyyət orqanları vaxtilə qismən də olsa, bu və ya digər formada təsbit ediblər. Problem isə ondan ibarətdir ki, Ermənistan 1989-cu ildə rəsmi şəkildə ölkəmizə qarşı ərazi iddiaları irəli sürüb, de-fakto və de-yure sərhədləri pozub. İndi isə müharibədə məğlub olandan sonra onlar üçün ən məqbul variantdan istifadə etmək niyyətindədirlər. Bunlar təxminən 1975-1976-cı illərin xəritələridir. Ancaq ortada razılaşdırılmış prinsiplər var. Azərbaycanın isə mövqeyi ondan ibarətdir ki, sərhədin müxtəlif hissələrində müxtəlif dövrlərin xəritələri istifadə olunacaq. Paşinyan yəqin ki, daxildə nüfuzunu qaldırmaq üçün SSRİ dövrünün hüquqi qüvvəyə malik ən son xəritələrindən istifadə ediləcəyini bildirib. Ancaq Azərbaycanın rəsmi mövqeyi müxtəlif dövrlərin xəritələrindən istifadəyə imkan verir”.
Tofiq Zülfüqarov Azərbaycanın hüquqi baxımdan tam şəkildə Göyçə mahalı və Zəngəzur məsələsini gündəmə gətirmək haqqına sahib olduğunu vurğulayıb:
“Fikrimcə, Azərbaycan üçün strateji baxımdan iki vacib məsələ öz həllini tapmalıdır. Birincisi, Azərbaycan xalqının razılığı olmadan qanunsuz şəkildə ölkəmizin Göyçə gölü sahilindən tam məhrum edilməsidir. İkincisi isə odur ki, SSRİ dövründə ölkəmizin ərazisi iki yerə bölünüb. Yəni Göyçə mahalı və Zəngəzuru nəzərdə tuturam. O ərazilərimiz də axı SSRİ dövründə Ermənistana zorla verilib. Bunları tələb etməyimiz də Almatı Bəyannaməsindəki prinsiplərə uyğundur. Bəhs etdiyimiz məsələlərin danışıqlar mövzusu olacağına əminəm. Bu, qaçılmazdır. Paşinyan isə özlərinə sərf edən vəziyyətin təbliğ etmək yolu ilə təsbit olunmasını istəyir. Amma yalnız qalib ölkələr belə davranırlar. Tarixdən yüzlərlə örnək vermək olar, məğlub ölkə heç vaxt öz ərazisini artırmır. Ermənistan tarixi ədalətsizliyi müxtəlif manipulyasiyalar yolu ilə təsbit etmək istəyir. Ancaq Azərbaycan heç vaxt buna razı olmayacaq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar