Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

Şirvandakı hərbi təyinatlı zavodda baş verən partlayışla bağlı yeni iddia

Tarix: 12-08-2016 09:28     Baxış: 2475 A- / A+
Müdafiə sənayesi naziri gərginlik içində; partlayışlar Yavər Camalovu çətin duruma salıb

Şirvandakı hərbi təyinatlı zavodda baş verən partlayışla bağlı yeni iddia

Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində olan və Şirvanda yerləşən hərbi təyinatlı “Araz” zavodundakı partlayışın nəticələrinin aradan qaldırılması davam edir. 2 nəfərin ölməsi, 26 nəfərin yaralanması ilə nəticələnən partlayışdan sonra fəaliyyəti iflic olan zavodda iş prosesi tam olaraq bərpa edilməyib. Rəsmi qurumlar zavoddakı partlayışın hansı səbəbdən baş verməsini açıqlamağa tələsmirlər. Əvəzində hesabat tələb edən media əməkdaşlarının məhkəmə ilə hədələnməsi faktı var.

MSN rəsmiləri, özəllikə nazir Yavər Camalov olayın miqyasının kiçildilməsi istiqamətində addımlar atır. Nazirliyin mətbuat xidməti hadisədən 1-2 gün sonra olay zamanı yaralıların evə buraxıldıqları haqda məlumat yaymaqla sanki zavoddakı dəhşətli, Şirvan şəhərini 10-12 saat gərginlik içində saxlayan partlayışın sıradan bir olay olması fikirini formalaşdırmağa çalışıb. Zavodda nə baş verib sualı açıq olaraq qalır. Ən müxtəlif versiyalar içində təxribat versiyasından tutmuş texniki təhlükəsizlik qaydalarının pozulması versiyası da var.

Redaksiyamıza daxil olan məlumata görə, zavodun tərkibindəki utilizasiya mərkəzinə istifadə müddəti bitmiş tankın bəzi hissələri, həmçinin atəş mexanizm və qurğuları, özəlliklə atəş qülləsi təhvil verilib. İddiaya görə, lüləsi üstündə olan atəş qülləsinin utilizasiyası zamanı içində mərmi olub-olmaması yoxlanılmayıb. Bu şəkildə utilizasiya dəzgahına göndərilən tank qülləsində partlayış baş verib və detonasiya zamanı utilizasiyaya təqdim olunan digər mərmilər, sursatların qablaşdırmalarının aşması üzündən zəncirvari partlayışlar meydana gəlib. Bu iddianın doğru olmasına israr etmirik. Bəlkə də bu, diqqəti əsas hədəfdən yayındırmaq üçün ortaya atılmış versiyadır. Rəsmi qurumların da verəcəyi məlumatları dərc etməyə hazırıq.

Qeyd edək ki, bu il iyulun 26-da “Araz” zavodunda baş verən partlayış MSN-in tabeliyindəki müəssisələrdə baş verən və yanğınla müşayiət olunan ilk partlayış deyil.

Yada salaq ki, 2015-ci il iyulun 6-da Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki “Telemexanika” zavodunda da yanğınla müşayiət olunan partlayış baş vermişdi. Hərbi təyinatlı zavodda baş vermiş partlayış zamanı Şirvan şəhər sakini, 1967-ci il təvəllüdlü Raziyə Cəfərxan qızı Süleymanova aldığı ağır dərəcəli yanıq xəsarətlərindən hadisə yerində keçinmiş, 19 nəfər yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılmışdı. Onlardan bir çoxuna ilkin tibbi yardım göstərilərək evə buraxılmışdı. Sonradan yaralılardan bir neçəsi də xəstəxanada keçinmişdi. Şirvan Şəhər Prokurorluğunda “Telemexanika” zavodunda baş verən partlayışla bağlı Cinayət Məcəlləsinin 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılsa da, bu günə qədər hadisənin baş vermə səbəbləri ictimaiyyətə açıqlanmayıb.

Bu olaydan 1 ay sonra, 2015-ci il avqustun 6-da MSN-in tabeliyindəki “İqlim” Elmi-İstehsalat Müəssisəsinə daxil olan zavodda güclü yanğın baş vermişdi. Yanğını söndürmək üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin 20-yə yaxın yanğınsöndürən maşını cəlb olunmuşdu. Müdafiə sənayesi naziri Yavər Camalov Şirvandakı zavodlarda partlayışlardan dərhal sonra əraziyə getdiyi kimi “İqlim” Elmi-İstehsalat Müəssisəsinə daxil olan zavodda baş verən yanğından sonra ora da baş çəkmişdi. Həmin vaxt naziri müavinləri, fövqəladə hallar nazirinin müavinləri və yüksək çinli şöbə rəisləri də müşayiət etmişdilər.

Yanğın yarımzirzəmi, divarları iç tərəfdən rezin materialla əhatələnən böyük bir tikilidə baş verdiyindən yanğınsöndürənlər içəri daxil ola bilməmişdilər. Rezin materialın yanması nəticəsində əmələ gələn qatı duman da alovu ram etmək istəyən yanğınsöndürənlərə ciddi çətinliklər yaratmışdı. Alov sutka yarımdan sonra söndürülsə də, hərbi təyinatlı zavodda yanğının hansı səbəbdən meydana gəlməsi ictimaiyyətə açıqlanmamışdı. 1 il fərqlə, bir-birinin ardınca baş verən yanğınla müşayiət olunan partlayışlar müdafiə sənayesi nazirini çətin duruma salıb. Y.Camalov nazirliyə tabe olan bütün müəssisə və təşkilatlarda texniki təhülkəsizlik, yanğın təhlükəsizliyinə cavabdeh şəxsləri toplayaraq onlara xüsusi tapşırıqlar verdirib. MSN-ə tabe olan bütün qurumlarda təhlükəsizlik tədbirləri gücləndirilib. Gələn məlumatlara görə, nazir Yavər Camalov baş vermiş olaylardan sonra təlaş içindədir. Ən aktual suallardan biri də budur ki, müdafiə təyinatlı zavodlarda fasilələrlə baş verən partlayışla müşayiət olunan yanğınlar təsadüfdürmü? (musavat.com)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar