Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

Cəbhədə öldürülmüş erməni zabitin adı açıqlandı – Ermənilər nazirliyi ifşa etdi /FOTO

Tarix: 22-03-2017 18:14     Baxış: 4506 A- / A+
Cəbhədə öldürülmüş erməni zabitin adı açıqlandı

Ermənistanın Müdafiə Nazirliyinin cəbhədə təxribatlar zamanı verdikləri itkilərini gizlətməsinə baxmayaraq, sosial şəbəkələrdə Ermənistanın bəzi vətəndaşları bu barədə informasiyaları yaymağa başlayıblar.


Manevr.az xəbər verir ki, "AzeriDefence”nin məlumatına görə, bu gün "Facebook” şəbəkəsində Levon Soqomonyan adlı erməni cəbhədəki itkilər barədə status yazıb.


Profilindən göründüyü qədər L.Soqomonyan I Qarabağ müharibəsi veteranlarındandır. O səhifəsində 2016-cı ilin yaz-yay aylarında Qarabağa səfərlərinin fotosunu paylaşıb.


Levon Soqomonyanın şərhinə öncə Razm.info saytının və Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Hovannesyanın "Facebook” səhifəsində rastlaşılıb. Lakin az keçməmiş hər iki səhifə veteranın şərhini silib.

Araşdırmalar zamanı məlum olub ki, Levon Soqomonyan adlı erməni veteranı öz səhifəsində də bu barədə yazıb və bir çox veteranlar onun statusunu paylaşıblar.


Ermənilərin ənənəvi qaydada cəbhədəki itkiləri gizlətmələrini və Müdafiə Nazirliyinin təzyiqi ilə statusu silə biləcəklərini nəzərə alaraq onların fotosunu və statusu olduğu kimi təqdim edirik: "Əziz dostlar 12 mart 2017-ci il öz hərbi borcunun icrası vaxtı, döyüş zamanı 18-ci motoatıcı diviziyasının zabiti Çixanyan Xaik Nifritaroviç həlak oldu. Dostlar adından həlak olmuş zabitin ailəsinə səmimi başsağlığı verirəm. Xaik yaxşı zabit, ailə başçısı və əla dost idi. Hərçənd Azərilər bizim 8 əsgər və zabitin həlak olması haqqında bildirdilər. Parlament seçkiləriylə əlaqədar Ermənistanın və Arsaxın Müdafiə Nazirliyi əsgərlərin həlak olması haqqında informasiyanı yaymağı lazım bilmir. Niyə bunu gizlətmək lazımdır??????? Dostlardan bir çoxu hətta Yerablur qəbiristanlığından keçirilən dəfn mərasimində iştirak etməyi bacarmadılar. Çünki Xaik və başqa hərbi qulluqçular həlak olması haqqında heç məlumatları olmadı. Biz itkimizdən kədərlənirik!!!!”

Cəbhədə öldürülmüş erməni zabitin adı açıqlandı
Cəbhədə öldürülmüş erməni zabitin adı açıqlandı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar