Sizin Reklam Burada
Xəbər lenti
21 avqust
20 avqust
BÜTÜN XƏBƏRLƏR

"Bəlkə Azərbaycanda istedad qıtlığıdır?"- Tural Turan

Tarix: 12-08-2019 22:16     Baxış: 275 A- / A+
"Bəlkə Azərbaycanda istedad qıtlığıdır?"- Tural Turan
Xalq yazıçısı Anarın babası Xudadad bəy Rəfibəyli cümhuriyyət dövrümüzün fədailərindəndir. Ümumiyyətlə, Rəfibəylilər nəslinin bu yolda danılmaz xidmətləri olub. Anası Nigar xanım Rəfibəyli də sovet dövründə bu nüanslara görə çox incidilib. Daim nəzarətdə olublar.

Anar bəyin atası Rəsul kişinin də dilimiz, ədəbiyyatımız qarşısında xidmətləri böyükdür. Bu iki ədibin verdiyi tərbiyə ilə böyümüş Anar müəllim də milli adamdır.

Fəqət, müstəqillik dövrünün gənc yazarları - Fuad Cəfərli, Emil Rasimoğlu və bəndəniz Tural Turan (Bu sadalamaya onlarla gənc yazarımızı əlavə edə bilərəm) Anar bəy və onun nəsildaşlarından daha millidir. Çünki müstəqillik dövrünün yetişdirdiyi milli ruhlu ədiblərdir. Buna qısqanclıqla yanaşmaq lazım deyil. Çünki xələflər sələflərindən daha üstün olmalıdır. Bu təbiidir.

Anar bəyin böyük yazıçı olmaqla bərabər, sovet dövrünün senzurasının yeni dövrə daşınması və idarəetmədəki "aşırı ehtiyatlılıq" gedişləri bugünkü dövrlə uyğunlaşmır. Uyuşmur. Müstəqillik dövrünün Yazıçılar Birliyinə daha cəsarətli addımlar atacaq bir idarəçiyə ehtiyacı var. Yeni nəsil daha enerjilidir. Daha dinamik addımlar ata bilər.

Son 28 ilə nəzər salsaq görərik ki, bizimlə eyni dövrdə müstəqillik qazanmış Gürcüstanla müqayisədə çox geri qalmışıq. Müasir, yaşca çox gənc gürcü ədibləri - David Turaşvili, Georgi Kekelidze kimi imzalar indi Avropada oxunur. Kitablarının tirajı yüz minləri ötüb. Gənc erməni ssenaristlərinin səsi "Hollywood"dan gəlir. Bəs bizi kim təmsil edir? Dedektiv yazarları Çingiz Abdullayev və Varis...

Dedektiv əsərlər isə dünyada çox oxunsa da heç vaxt ciddi ədəbiyyat nümunəsi hesab olunmayıb. Bizim Avropa ədəbi mühitində tanınan imzamız yoxdur. Ən yaxşı halda Anar, Əkrəm Əylisli, Çingiz Hüseynov kimi imzalar post-sovet məkanında tanınır. Qonşu dövlətlərlə müqayisədəki bu uğursuzluğu son 28 ildə AYB-yə rəhbərlik edənlərin ayağına dövr və zaman özü yazmaqdadır...

Bəlkə Azərbaycanda istedad qıtlığıdır? Xeyr! Kifayət qədər istedadlı gənc şair və nasirlərimiz var. Sadəcə tanıtım və dəstək sıfırdır. Dövlət başçısı, ölkə rəhbərliyi isə mütəmadi olaraq bu yaradıcı quruma milyonlarla vəsait ayırır.

Bəs bu pullar hara gedib? Nəyə xərclənib? - deyə düşünməyə haqqımız çatırmı? Nəticə olmadığına görə bəli, çatır...

Son 28 il ərzində Azərbaycanın bütövlüyü, bütöv Azərbaycan kimi ideoloji ana xətt nəsrimizə daşınmadı. Cümhuriyyət dövrümüzlə bağlı sanballı mətnlər ortaya çıxmadı. Çünki AYB lazım olan stimulu sanballı imzalara verə bilmədi. Ya istəmədi, ya da bacarmadı.

Yazıçı Anar müəllimin rəhbərlik etdiyi qurumun üzvləri arasından dünya ədəbiyyatına çıxanlar olmadı. Anar müəllim kifayət qədər milli adam olmasına rəğmən, milli ədəbi ideoloji xəttin inkişafını ölkə daxili və xarici üçün müəyyənləşdirməkdə və təmin etməkdə aciz qaldı.

Qarabağ mövzusunu sanballı şəkildə dünya ədəbiyyatına çıxara bilmədik. Xocalı soyqırımı, Ağdaban, Qaradağlı faciələri ədəbiyyatımızın təbliğat maşınına mindirilmədi.

Halbuki Xatın, Xrosima, Xolokost kimi x-lənmiş (ikslənmiş) faciələrin sırasında bizim də "X" hərfi ilə başlayan Xocalı faciəmiz dayana bilərdi.

Yuxarıdakı soyqırımlar məhz yəhudilər, polşalılar, yaponlar tərəfindən ədəbiyyatın gücü ilə dünyada tanıdılıb.

Belə çıxır ki, əlahəzrət Anar müəllimin yazıçı nüfuzu, idarəetmə səriştəsi bu 32 il ərzində sadəcə Yazıçılar Birliyini qoruyub saxlamağa çalışıb. İndi bizdə Anar müəllimin sayğıdəyər dəstəkçiləri sadəcə olaraq bununla qürrələnirlər...

Sizcə son 32 ilə "uğurlu keçib" demək üçün bu iki xarakter (digərlərindən üstün cəhət) və cəmi bir fakt yetərlidirmi?

P.S: Sonda yarana biləcək müəyyən sualları hesablayaraq Qarabağ mövzusunda yazdığım bir cümləlik hekayələrimdən birini əlavə edirəm:

"Yuxarı məhlədəki qonşumuz Vazgen əmi tanımadığım adamlarla evimizə girib qundaqdakı qardaşıma - Türkaya üç-dörd güllə sıxdıqdan sonra qonaq otağımızdakı kökdən düşmüş pianomuzu dınqıldatdı və oynamağım üçün mənə beş rubl şabaş verdi..."

Tural Turan
Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar