Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

Gürcüstanda azərbaycanlı rəhbər vəzifəyə təyin olundu -ŞƏKİLLƏR

Tarix: 11-03-2019 18:52     Baxış: 3320 A- / A+
Gürcüstanda azərbaycanlı rəhbər vəzifəyə təyin olundu

Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin azərbaycanlıların sıx yaşadığı Kvemo Kartli bölgəsində regional bölməsi yaradılıb.

Manevr.az report-a istinadən xəbər verir ki, Abay Paşayev bölmənin rəhbəri təyin olunub.

Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili və Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri Zaza Vaşakmadze yerli hakimiyyət və ictimaiyyət nümayəndələrinə regional bölmə barədə məlumat veriblər.

Bildirilib ki, Kvemo Kartli bölgəsində yaradılan bölmə Dini Məsələlər üzrə Dövlət Agentliyinin ilk regional ofisidir. Bölmə hakimiyyət orqanları ilə yerli dini icmalar arasında fəaliyyəti koordinasiya etməklə yanaşı, bu sahədə mövcud çatışmazlıqları da müəyyən edəcək.

Dini Məsələlər üzrə Dövlət Agentliyinin Acarıstan Muxtar Respublikası və Samtsxe Cavaxeti bölgəsində də regional ofislərinin açılacağı nəzərdə tutulub.

Qeyd edək ki, A.Paşayev uzun illər təhsil sahəsində çalışıb. O həmçinin "Gürcüstan azərbaycanlılarının vətəndaş inkişaf mərkəzi” adlı qeyri-hokumət təşkilatının sədridir.
Gürcüstanda azərbaycanlı rəhbər vəzifəyə təyin olundu

Gürcüstanda azərbaycanlı rəhbər vəzifəyə təyin olundu



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar