Sizin Reklam Burada
Xəbər lenti
25-12-2024
24-12-2024
BÜTÜN XƏBƏRLƏR

Dünya tarixində ən böyük hünər və qəhrəmanlıqlar Vətən naminə edilib

Tarix: 05-03-2022 18:12     Baxış: 32 701 A- / A+

                                           Nadir İsrafilov
 
Tarix həmişə hər şeyi öz yerinə qoyur.
                               (Heydər Əliyev)
 
 Yetişməkdə olan nəsli ən qədim zamanlardan başlayaraq, bizim günlərədək cəmiyyətin inkişafı haqqında möhkəm biliklərlə silahlandırmaq, faktiki materialın seçilməsi və ümumiləşdirilməsi əsasında ictimai inkişaf qanunauyğunluqlarının elmi anlaşılmasının onların başa düşdüyü formada çatdırmaq, dünyəvi proseslərdə doğma Vətəninin yerini və rolunu xüsusi vurğulamaqla yeniyetmə və gəncləri milli ruhda tərbiyələndirmək tarix fənninin məqsədi və bu fənni tədris edənlərin əsas və ümdə vəzifələrindən biridir.
 
Yəqin, bəlkə də çoxları bilmir ki, uzun illər Azərbaycan tarixi yalnız epizodik formada SSRİ tarxi kursunun tərkibində, hər müəyyən bölmənin sonunda doğma tariximizə cəmi 1 dərs saatı ayrılmaqla tədris olunmuş, ayrı- ayrı dövrlərin qədim və zəngin səlnaməsi əslində diqqətdən kənarda saxlanılmışdır. Yalnız 80-ci illərin əvvəllərindən başlayaraq respublika tarixinin öyrənilməsi üçün ayrılmış saatların miqdarına müvafiq olaraq respublika tarixi üzrə proqram materialının həcmi və məzmununun qaydaya salınması, SSRİ tarixi və ümumi tarix kurslarını keçərkən qazanılan bilikləri öz respublikamızın materialları əsasında konkretləşdirmək istiqamətində ilk cəsarətli addımlar atılmışdı.
 
Təhsil nazirliyində mütəxəssislərin iştiraki ilə müzakirələrdən və təsdiq olunduqdan sonra, V-XI siniflər üçün nəzərdə tutulan ilk ayrıca hazırlanmış Azərbaycan tarixi üzrə proqrama əsasən “Azərbaycan tarixi” artıq “SSRİ tarixi” kursunun tərkibində deyil, müstəqil fənn kimi tədris planına salınır və bu fəndən attestata ayrıca qiymət yazılırdı. Yalnız 1986-cı ildə işıq üzü görən yeni “Tarix proqramı”nın tətbiqindən sonra Ümumtəhsil 11 illik məktəblərdə tarixin öyrənilməsinə həftədə 20 saat, ildə 678 saat ayrıldı. Vətən tarixi və Ümumi tarixin müstəqil kurslarının xətti prinsip əsasında tədrisi nəzərdə tutuldu.
 
Bu ilkə imza atılması nəticəsində “SSRI tarixi” ümumi kursunun tərkibundə, onunla sıx əlaqədə öyrənilən Azərbaycan tarixi ayrıca keçilirməyə başladı. Respublika tarixinin öyrənilməsinin təlim-tərbiyəvi əhəmiyyətini nəzərə alınaraq, proqramda Azərbaycan tarixinin saatları artırılaraq 71 saata çatdırılmış, VIII sinifdə-17, IX sinifdə-16, X sinifdə-22, XI sinifdə 16 saat müəyyənləşdirilmişdi. Bundan əlavə V sinifdə Azərbaycan tarixinə dair hekayələrin öyrənilməsinə 11 saat vaxt ayrılmışdı. Proqramda hər kurs üzrə əsas anlayışlar və aparıcı ideyalar, şagirdlərin əsas bacarıqları, fəndaxili və fənlərarası əlaqələr verilirdi.
 
Bu günün özündə də Azərbaycan tarixinin ayrıca fənn kimi tədris planına salınması və attestata ayrıca qiymət yazılmasının təşəbbüsçüsü və ayrıca Azərbaycan tarixi proqramının tərtibçisi olmağımdan müəyyən qürur hissi keçirirəm və hesab edirəm ki, Haqq savaşımızın Zəfər qələbəsi ilə başa çatdığı bir dövrdə Azərbaycan tarixinin daha da təkmilləşdirilməsinə və yeni faktlarla zənginləşdirilməsinə böyük zərurət yaranıb və bu istiqamətdə görülən işlər sürətləndirilməlidir. Təkcə, şanlı qələbəmizə dair faktların məcmusu deyil, mədəniyyətimizlə bağlı faktoloji  biliklərin səviyyəsi də müəyyənləşdirilməlidir. Çünki, bir millətin həqiqi tarixi həm də həmin millətin mədəniyyət tarixidir.
 
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar