Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ərəblər – İspaniya və Servantes

Tarix: 17-11-2021 20:22     Baxış: 42 011 A- / A+
Avropada Renessans (intibah) ədəbiyyatının formalaşmasında ərəblərin rolu böyükdür. Qeyd edək ki, Avropanın inkişaf etməyinin ən böyük səbəblərindən biri də renesansdır. Belə ki, Əməvi ərəb xilafəti İspaniyanı işğal etdikləri zaman oraya şərq ədəbiyyatını, şərq mədəniyyətini daşımışdırlar. Kordova və Əndəlus(Andelusiya) əmirliklərində müsəlman alimlərinin əsərləri, çalışmalarının olması buna bariz nümunədir. Hətta, o alimlərə İbn Ərəbini də misal vermək olar. Ədəbi nöqteyi nəzərdən yanaşaq:
Ərəblər(müsəlmanlar) İspanlara şərq ədəbiyyatını və şərq mədəniyyətini öyrətdikdən sonra ispan aşıqlar həmin o öyrəndiklərini İtaliya, Fransa və digər Avropa ölkələrinə daşımışdırlar.
Əlavə olaraq qeyd edək ki, Məşhur ispan yazıçı Migel de Servantesin Don Quijote (Don Kixot) əsərini oxuyan oxucular bildirirlər ki, əsərin baş qəhrəmanı Don Alonsonun davranışları (Don Kixot) ərəblərin Bəhlul Danəndəsinə bənzəyir. , Don Kixot əsəri ilə fəlsəfədə “Don Kixotluq etmək “ termini yaranmışdır. Bu söz adətən yersiz və boş yerə yaxşı iş görən adama deyilir.
Bir məlumat da qeyd edək ki, iddialara görə, ispanların kökəni də türkəsilli imiş. Göstərilən “fakt”, “sübut” da budur ki, həmin o xalq(ispanlar) eynən azərbaycanlılara bənzəyir. Halbuki, bu iddianın genetik yol ilə izahı vardır. İspanların azərbaycanlılara üz quruluşu və antropoloji cəhətdən bənzəmələrinin səbəbi ərəblərdir. Belə ki, ərəb xilafəti həm Azərbaycanı həm də İspaniyanı işğal etmiş, sözügedən ərazilərə də ərəbləri köçürmüşdür. Ərəblər hər iki yerli xalqla qaynayıb qarışmışdırlar. Yəni hər iki xalqı birləşdirən məfhum ərəblərin daşıdığı J haploqrupudur.
Böyük İspan yazıçısı, şairi Migel de Servantes :
Məşhur ispan ədibi “Don Kixot” romanının müəllifi Migel de Servantes Saavedradın şairliklə məşğul olduğunu bilirdinizmi?! Belə ki, Servantesin külliyyatında pyes və romanlarla yanaşı şeirlər də mövcuddur. Lakin, o şeirlər ispan dilindən Azərbaycan dilinə tərcümə edilməmiş, təhlil olunmamışdır. Servantesin şeirlərində zərif eşqin ətrini duymaq olur.
Şeirlərdən nümunələr:
Qalatea:
Tanto cuanto el amor convida y llama
Al alma con sus gustos de apariencia,
Tanto más huye su mortal dolencia
Quien sabe el nombre que le da la fama
Eşqin görkəmidir ruhu dadlandıran
Ona şahlıq verib, şöhrət qazandıran
Qəlbi xəstə edən də eşqdir biləsən
Vüsala qaçanda şəfa görərsən

Servantes bu bənddə eşqin zərifliyindən və əzəmətindən söz açmışdır. Belə ki, insanım ruhunu qidalandıran, onu üstün səviyyəyə qaldıran eşqdir. Niyə məhz ruh?! Cavab budur ki, insanı canlı edən ruhdur, ruhsuz insan içi orqanlarla dolu ölü bir cəsəddir. Qeyd etmək lazımdır ki, sevgi, eşq, vicdan, iman, mənlik, şüur, gözün görməsi kimi mücərrəd-insani hislər ruhun zatında təzahür etmişdir. Deməli, iki sevgilinin biri-birinə aşiq olması onların ruhundakı eşqdən aslıdır. Yəni, onların cismani bədənləri yox, ruhları bir-birinə aşiq olur. Qəlbi xəstə edən də məhz məhəbbətdir ki, sevgililər qovuşduqları zaman məhəbbət xəstəliyi şəfa tapar.

Segura está, quien nunca fue querida
Ni supo querer bien, de aquella lengua
Que en su deshonra se adelgaza y lima
Eşqdir hər dildə, incə və ahəng
Həyatın qurşağın edir rəngarəng
Sevgidən xəbərsiz qafil insanlar
Bir gözəl gördükdə rüsvay olarlar.

Eşq sözü demək olar ki, hər dildə incə, ahəngli, qəlbəoxşayan tərzdə səslənir. Belə ki, ispan dilində amor, ərəbcə eşq, rusca lyublu, ingiliscə love olaraq yazılır və axıcı formada tələffüz edilir.
Məhəbbət həyatın özüdür. Eşqsiz həyat olmaz. Ümumiyətlə, eşq məfhumu kiçik məfhum deyil. Eşq dedikdə ilk öncə Tanrıya olan sevgi məvəddət ağıla gəlir. Məvəddət sözünün mənası bir şeyi sevib və onun dediklərinə əməl etmək deməkdir. Qeyd edək ki, məhəbbət, sevgi, məhəbbət kimi məfhumların hamısı “Eşq” də gizlənmişdir. İnsanın bir şeyə məhəbbəti, sevgisi olmasa, o yaşaya bilməz. Məsələn ananın oğula məhəbbəti, vətəndaşın vətənə sevgisi, aşiqin məşuqa məhəbbəti və.s Hətta, susuz bir insanın dəlicəsinə su istəməsi də həmin insanın suya olan istəyi, sevgisidir. Xülasə, bu məsələni geniş formada təhlil etmək olar. Klassik şairimiz Nizami Gəncəni boş-boşuna deməmişdir ki,
“Eşqdir mehrabı uca göylərin
Eşqsiz ey dünya nədir dəyərin”
Sevgini mənasız görən insanlara cahil deyilir. Belə ki, həyatın mənası eşq üstündə qurulmuşdur. Allah insanı, Kainatı , Dünyanı qüsursuz böyük eşqlə yaratmışdır. Eşqi inkar və mənasız hesab edən insanlar, gözəl bir qadın gördükdə ona aşiq olar və hərəkətlərindən utanırlar.

Mənbələr:
Migel de Servantes Saavedra poemas
Don Kixot əsəri
Nizami Gəncəvi “Xosrov və Şirin”
Cazibə və Dafiə qüvvəsi kitabı- Eşq bölməsi
İspanya tarihi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar