Sizin Reklam Burada
Xəbər lenti
07-06-2026
06-06-2026
BÜTÜN XƏBƏRLƏR

Günün təsiri - Rəfail TAĞIZADƏ yazır

Tarix: 08-06-2026 11:24     Baxış: 363 A- / A+
Təranə Məmməd

İnsan itirdiklərinə acıdığı kimi, qazanc bildiyi tapdıqlarına da sevinir. Bu qazanc insan olanda daha çox sevinirsən. Çünki tapdığın sənə dost olur, doğmana çevrilir. İkinci özün, çoxdan axtardığın adam olur. Dərdləşirsən. Onunla danışanda rahatlanırsan, boşalırsan.
Sənə elə gəlir ki, onu illərdi tanıyırsan. Söylənənləri görmüş, yaşananları yaşamış kimi olursan. Hər şey sənə tanışdır.
O, ürək qapısına açıq insandı.  Qapını döyən də sevinir, qapısı döyülən də.
Yanında olmayanda da yanında olan kimi hiss edirsən. Yol yoldaşın, dərd sirdaşın olur. 
Uzaqda olanda özünə, sözünə, səsinə darıxırsan. Bilirsən ki, nə vaxt çağırsan yanında olacaq, yanında olacaqsan. Sevinci, kədəri, ağrını bölüşmək üçün. İnsan bölüşəndə yüngülləşir.
Bu qazanc ömrünü uzadır. Ərk etdiyin, ümid bağladığın adamın var.
O safdır, təmizdir. Lap təzəcə doğulan uşaq kimi. Üzündəki təbəssüm, gözündəki ümid tanıyanlara, doğmalara yaşam həvəsi verir.
Niyyətində, istəyində kölgə yoxdur. Ancaq özü olmayanda kölgəsi yanında olur. Həmdəm işıqlı kölgəsi.
Özündən çox sükutu, uzaqlara baxan xəyalları danışır. Demək istədiklərini baxışlarından oxumaq olur. Onun özü də elədi. İnsan çox şeyi dilinə gətirmək istəmir. Bilir ki, anlayan baxışından anlayacaq. Bəzi şeylərin dilə gətirilməsi ucuzlaşmış sayılır. 
Belə insanlardan daha çox yazmaq istəyirsən, ancaq yaza bilmirsən, sərhəd qoymur. Keçə bilmirsən o sədləri. Baryerlər həmişə müdafiə deyil, çox zaman mühafizə rolunu oynayır. Söz bəzən ona, bəzən sənə dəyib qayıdır.
Sükutu danışdığından çox danışan insanın bu dəfə danışa bilmədiyindən yox, “danışmaq olmaz”ından, kənarda qalanlardan danışılacaq. Yəni, azından.
Ona görə də proporsiya burda pozulur - qırılır. Bunun neçəsinin yazıya düşəcəyi hələ bilinmir.
Qələm də duruxa-duruxa: “Olar? Olmaz!” – deyərək tərəddüddədir.
Bunları yazıya köçürmək çox çətindi. 
Oxucu, yəqin bunu nəzərə alar.
Beləliklə, yazılmayanlar yazılanlardan çox alınır. 
Hər söz də bir qənimətdi, - deyib yola çıxırıq.

***
Kənardan zərif görünən insanın bərkimiş iradəsi, dözümü var. Onu yaxından tanıyana dönüş nöqtəsi bir söz, bir baxış ola bilər - əvvələ, ya da sona dönməyə.
Prinsiplərinə sadiqdir. Hər kəslə ünsiyyət qurmaz. İlk söhbətdən qərar verər. Qərarları bildiklərinə - analiz və təhlillərinə, təcrübəsinə əsalanar. 
Təmənnasız insanın təmannasız insan – insanlıq sevgisi var.
Süzülən gözlərin kiprik pərdələri hər şeyi deyər, anladar. Burda nöqtədə ola bilər, vergül də. 
Öz bildiklərinə inanar, bir də inandıqlarına. Sonda yenə qərar özünün olar.
Sevdiklərini ikiəlli tutar. Özünə nəzarət hər zaman yerindədir.
Bütün yazarlar kimi o da əsərlərində həm də özünü yazır. Onun yazılarında da özündəki kübarlıq var. Artıq kəlmələr işlətmir, bilmədiyini, görmədiyini, təsəvvüründə canlandırmadığını yazmır. Mümkün görünməyənlərin içində onun mütləq mümkün bir gördüyü var. 
İnsan psixologiyasına bələd olması ona kənardan baxaraq zamanla müşahidədə saxlamaqdan doğan təəssüratları,  təhlil, nəticə. Tanıdığı, qəbul etdiyi insana diqqət, inam, sədaqət, və özünə doğma bildiyini buraxmaq istəməməsi...  Hər şey bundan başlayır.
Təəccüblərinin sevinci bəzən “bir maşın gül”ə dönür. “Anlaşılmayan, başa düşülməyən, qapısı daim bağlı olan qonşusunun iç dünyasının böyüklüyü” ilə oxucunu heyrətləndirər. “Qaşqabaqlı görünən acıqlı adamın bölüşməyə nə qədər ehtiyacı olduğunu”, “həmişə yolunda gördüyü, dərdini bölüşdüyü akasiya ağacı”nın yoxluq kədəri, bir “yasəmən gülünün insan həyatındakı dəyişikliyi”, “eyni xəstəliyi xəbərsiz yaşananın bir-birini duyub yaşamaq istəkləri”... Çox şeyin danışmağa yox, bir baxışa olan ehtiyacı. “Göyərçün sevgisi”. “Sirr adamın sirri, onun açılmasının ötürülmə nüansları”. “Danışmaq istəməyənlərin danışmaq istəyi” – danışdırılması. “Heç vaxt görmədiyi insanın bir sözə ehtiyacının sevinc yaşantıları və əbədi sevgisi”. 
Və bütün arzuların “QIŞ NAĞILI”...  Bir anın nələrə qadir olması... Duymaq və duyulmaq... 
Hisslər, duyğular, gizli yaşananların baxış söhbətləri. Görünməyənlərin görüntüləri. Hər şeyin bir anda dəyişə bilməsi - əsərlərinin ana xəttini təşkil edən Sevgi.

İnsan doğulduğu yerə oxşayır. Elə insan da var ki, o həm də doğulduqları günə oxşayırlar. Uşaq Günündə dünyaya gələn, uşaq qəlbli, gəlişinə sevindiyimiz, doğmamız Təranə xanım Məmməd kimi!














                                   









Rəfail TAĞIZADƏ                    
01.06.2026

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar