Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Rəhim Rəhimli narkotikdən ölüb?

Tarix: 30-09-2022 11:04     Baxış: 4226 A- / A+

43 yaşlı müğənni Rəhim Rəhimlinin bu gecə vəfat etməsi hazırda ictimaiyyətdə (yəni sosial şəbəkələrdə) ən ciddi müzakirə olunan məsələdir: əgər doğrudan da ürəyində “tutmaya” qədər qüsur vardısa, kifayət qədər imkanlara malik olan Rəhim Rəhimli niyə həkimə müraciət etməyib?
Bəziləri Rəhimin dozadan artıq narkotik qəbul etdiyi üçün öldüyünü açıq şəkildə yazır, bir çox tanınmış və ictimai statuslu şəxs isə üstüörtülü şəkildə işarələr edir, ancaq üstünə getməyə, hər şeyi adı ilə çağırmağa cəsarət etmir və yaxud “ictimai baryeri” aşmaq istəmir; bəlkə də bunu “ölənin dalıyca danışmazlar” tabusu ilə əlaqələndirirlər; bəlkə elə zənn edirlər ki, bu həqiqət onun ruhunu narahat edər, cəmiyyətdə onu nüfuzdan salar və s.

Eyni münasibəti rəsmi qurumlar göstərir: Səhiyyə Nazirliyi ekspertizanın nəticəsinə uyğun ölümün əsl səbəbini açıqlamayıb və heç açıqlayası da deyil.
Hamısı qeyri-peşəkarlıqdandır.
Halbuki dünyada bir çox məşhur müğənni, aktyor və yaxud yazar, sənətçinin gənc yaşda narkotikdən öldüyünü dövlət qurumları rəsmən elan edir və dünya mediası da bunu yayır.
Uitni Hyuston kimi ecazkar müğənni narkotikdən ölə bilər və bunu ABŞ səhiyyəsi rəsmən elan edər, amma bizdə heç bir məşhur narkotikdən ölə bilməz. Niyə?
Narkotikdən öldüyünü deməməklə o dünyada sual-cavabdan qoruyuruq, Allahı aldadırıq? Ya pis vərdişə qurşanmasının onun artıq mövcud olmayan imicinə xələl gətirəcəyini düşünürük?
Biz dövlət olaraq, xalq olaraq narkotikə qarşı mübarizə aparmaq istəyirikmi? Onda deyək, yazaq, bağıraq! Ki baxın, filan məşhur gənc yaşda bu bəlanın qurbanı oldu, ay gənc, ay qız, ay oğlan, bu zəhrimardan uzaq dur!
Hansısa bir məşhurun narkotikdən ölməsini elan etməyin özü də narkomaniyaya qarşı bir mübarizə forması olmalıdır.
Əslində, insanlar onsuz da bilir – baxın sosial şəbəkələrə, hər şeyi özünüz müşahidə edəcəksiniz. Sadəcə, biz problemi ört-basdır etməklə məşğuluq, guya bununla problem yox olur.
Dərdi, bəlanı açıq deyib, üstünə getməklə həll edirlər, ört-basdır etməklə yox.
Allah hamısına rəhmət eləsin – kim necə yaşayıb, necə ölübsə, onu mühakimə etmək bizə düşməz, hər şeyin cavabını soracaq Qüvvə var! Bizə düşən həqiqəti demək və narahat olduğumuz məsələləri həll etməkdir. (Axar.az)

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar