Xəbər lenti
Əlin sehri və gücü - ŞƏKİLLƏR
“Yeddi il ərzində - müalicə aldığım dövrdə evdən çölə çıxmırdım, sanki özümə qapanmışdım. Dostlarımın təkidi ilə, 2018-ci ildə Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzinə daxil oldum. Əvvəl kompüter kursuna yazılsam da sonradan ağac üzərində oyma peşəsinə yiyələndim. Bu sahə mənə daha maraqlı gəldi. Eyni zamanda əlil arabasında qılıncoynatma idman növü ilə də məşğul olmağa başladım. Səhərlər sənətkarlıq kursunda, günortadan sonra isə idman məşqlərində olurdum. Sərgi və yarışlarda qabiliyyət və gücümü sınadım. Cəmiyyətə qaynayıb-qarışdım. Ölkədə tanınmağa başladım...”
Bu sözlərin müəllifi Abdulbağı Səlamət oğlu Abdullayev 1987-ci ildə Masallı rayonunun Göyəçöl kəndində anadan olub. 2004-cü ildə şəhid Nicat Həsənov adına kənd tam orta məktəbini bitirib. 2005-ci ildə ordu sıralarına yollanıb. Hərbi xidmətdən qayıtdıqdan sonra, 2007-ci ildə Bakı şəhərində, tikinti sahəsində işləməyə başlayıb. 2011-ci ildə, iş prosesində zədə alıb. Əməliyyat olunsa da ayaqlarında hərəkət məhdudiyyəti yaranıb...
“Eskirim” idman klubunda şəxsi məşqçisi Məhin Məlikovanın, əlil arabasında qılıncoynatma üzrə ölkə yığmasının baş məşqçisi Asəf Məlikovun rəhbərliyi ilə respublika birinciliklərində, beynəlxalq yarışlarda uğurla çıxış edib.
Milli Paralimpiya Komitəsinin qılıncoynatma idman növü üzrə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Respublika Kuboku (may, 2018) yarışlarında gümüş medala sahiblənib.
Əlil arabasında qılıncoynatma idman növü üzrə milli komanda tərkibində Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Dünya Kubokunda (noyabr, 2018) çıxış edib. 45 ölkədən 500-ə yaxın idmançının iştirak etdiyi dünya səviyyəli yarışa ilk dəfə qatılan Abdulbağı rapira növündə qənaətbəxş xal əldə edib. Onun təbirincə desək, beynəlxalq yarışlara qatılmaq təcrübə toplamaqla yanaşı, peşəkarlıq səviyyəsinin artırılması baxımından da çox önəmlidir.
Həmin il “Difai” təşkilatının yaradılmasının 113-cü ildönümünə həsr olunmuş qılıncoynatma üzrə turnirdə “sablya” və “şpaqa” növləri üzrə birinci, “rapira” növündə ikinci yerə sahiblənib. 2019-cu ildə Federasiya Kubokunda hər üç növ üzrə çempion olub. Bundan əlavə bir neçə beynəlxalq turnirin mükafatına, respublika Gənclər və İdman Nazirliyinin Fəxri fərmanına və digər təltiflərə layiq görülüb.
Xudafərin körpüsünə Prezident İlham Əliyevdən sonra – 2021-ci ilin iyun ayında 31 ölkədən 40 tələbə ilə birgə ilk səfər edənlərdən olduğunu vurğulayan Abdulbağı Abdullayev deyir ki, burada tələbələrin iştirakı ilə Azərbaycanın böyük bayrağını açaraq, "Qarabağ Azərbaycandır" şüarını səsləndirdik, Əlil Arabasında Qılıncoynatma Federasiyasının prezidenti Asəf Məlikovla üçrəngli Zəfər bayrağımızın altında qılıncoynatma səhnəsini nümayiş etdirdik.
İstedadlı gənc deyir ki, hər bir əsər mənimçün əzizdir, qiymətlidir. Bu əziyyətli və çətin işdə əl qabiliyyəti ilə yanaşı səbr, iradə də şərtdir. Çünki sərgilənəcək əsərlərin hazırlanmasında hər bir xırda detala, incəliyə fikir verməlisən.
Hazırladığı sənət nümunələrindən – “Qarabağ Azərbaycandır!”, “Sülh”, “Azərbaycan xəritəsi” və milli atributlarımız sərgilərdə ona uğur gətirib. 44 günlük Vətən müharibəsi zamanı başladığı və gərgin zəhmətə başa gələn “Sülh” oyma işinə altı ay vaxt sərf edib.
Sadə alətlər – cürbəcür ölçülü isgənə, bıçaq, cilalama kağızı və s. ilə hazırladığı işlərdə əsasən cökə, fıstıq, qoz ağacından istifadə edir. Oyma işi bitdikdən sonra üzəri cilalanır, dolğu vurulur, cürbəcür yağ, lak çəkilir. Qiymətlər isə işdən asılı olaraq dəyişir. Abdulbağı bildirir ki, dövlət bizimçün hər cür şərait yaradır, hazırladığımız məhsulları, əl işlərimizi sərgi-yarmarkalarda satışa çıxarırıq. Xarici ölkə vətəndaşları əsasən suvenirlərə (milli musiqi alətləri, xarıbülbül, abidələr və s.), bizimkilər isə hədiyyə üçün masaüstü, çərçivəli əl işlərinə üstünlük verirlər.
İstedadlı gənc daha çox tarixi, vətənpərvərlik mövzusunda əsərlər yaratmaq əzmilə çalışır. O, respublikada keçirilən sərgi və tədbirlərdə istirak edir, qalib gəldiyi müsabiqələrdə Diplom (əlilliyi olan şəxslərin XI Ümumrespublika Yaradıcılıq-sərgisində kompozisiyalar üzrə I yer və s.), sertifikat və hədiyyələrlə təltif olunub, televiziya verilişlərinə dəvət alıb, haqqında süjetlər çəkilib.
Möhtərəm Prezidentimiz İlham Əliyev 4 saylı DOST Mərkəzinin açılışı zamanı Abdulbağı Abdullayevin “Qarabağ Azərbaycandır!” əl işini bəyənib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva isə bir neçə sərgidə onun əsərlərini dəyərləndirib. Bu, Abdulbağını daha da ruhlandırır.
Fiziki məhdudiyyətli 35 yaşlı bu gənc həyat üçün mübarizədən yorulmur. Əksinə illər keçdikcə püxtələşir, mükəmməlləşir. Sevib-seçdiyi işə, idman növünə həvəslə yanaşır və bunun bəhrəsini görür, uğurlu nəticələrə imza atır.
Onun hədəfi 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək XVII Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq və bu mötəbər idman yarışının, eləcə də beynəlxalq yaradıcılıq sərgilərinin ən ali mükafatına sahiblənməkdir.
Yeni ailə quran Abdulbağıya həyatda xoşbəxtlik, sənətdə və idman sahəsində uğurlar arzulayırıq!
Akif AĞAYEV,
jurnalist-publisist,
MASALLI.
Bu sözlərin müəllifi Abdulbağı Səlamət oğlu Abdullayev 1987-ci ildə Masallı rayonunun Göyəçöl kəndində anadan olub. 2004-cü ildə şəhid Nicat Həsənov adına kənd tam orta məktəbini bitirib. 2005-ci ildə ordu sıralarına yollanıb. Hərbi xidmətdən qayıtdıqdan sonra, 2007-ci ildə Bakı şəhərində, tikinti sahəsində işləməyə başlayıb. 2011-ci ildə, iş prosesində zədə alıb. Əməliyyat olunsa da ayaqlarında hərəkət məhdudiyyəti yaranıb...
“Eskirim” idman klubunda şəxsi məşqçisi Məhin Məlikovanın, əlil arabasında qılıncoynatma üzrə ölkə yığmasının baş məşqçisi Asəf Məlikovun rəhbərliyi ilə respublika birinciliklərində, beynəlxalq yarışlarda uğurla çıxış edib.
Milli Paralimpiya Komitəsinin qılıncoynatma idman növü üzrə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Respublika Kuboku (may, 2018) yarışlarında gümüş medala sahiblənib.
Əlil arabasında qılıncoynatma idman növü üzrə milli komanda tərkibində Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Dünya Kubokunda (noyabr, 2018) çıxış edib. 45 ölkədən 500-ə yaxın idmançının iştirak etdiyi dünya səviyyəli yarışa ilk dəfə qatılan Abdulbağı rapira növündə qənaətbəxş xal əldə edib. Onun təbirincə desək, beynəlxalq yarışlara qatılmaq təcrübə toplamaqla yanaşı, peşəkarlıq səviyyəsinin artırılması baxımından da çox önəmlidir.
Həmin il “Difai” təşkilatının yaradılmasının 113-cü ildönümünə həsr olunmuş qılıncoynatma üzrə turnirdə “sablya” və “şpaqa” növləri üzrə birinci, “rapira” növündə ikinci yerə sahiblənib. 2019-cu ildə Federasiya Kubokunda hər üç növ üzrə çempion olub. Bundan əlavə bir neçə beynəlxalq turnirin mükafatına, respublika Gənclər və İdman Nazirliyinin Fəxri fərmanına və digər təltiflərə layiq görülüb.
Xudafərin körpüsünə Prezident İlham Əliyevdən sonra – 2021-ci ilin iyun ayında 31 ölkədən 40 tələbə ilə birgə ilk səfər edənlərdən olduğunu vurğulayan Abdulbağı Abdullayev deyir ki, burada tələbələrin iştirakı ilə Azərbaycanın böyük bayrağını açaraq, "Qarabağ Azərbaycandır" şüarını səsləndirdik, Əlil Arabasında Qılıncoynatma Federasiyasının prezidenti Asəf Məlikovla üçrəngli Zəfər bayrağımızın altında qılıncoynatma səhnəsini nümayiş etdirdik.
Qeyd etdiyimiz kimi, Abdulbağı həm də ağac üzərində oyma işi ilə məşğuldur. Əcdadlarımızdan, lap qədim dövrlərdən bizə əmanət olan ağacişləmə sənət növünü yaşadır. Onun bir-birindən maraqlı əsərlərini izlədikcə, yüksək zövq və dəqiqliklə işləndiyinin ilk baxışdan şahidi olur, xoş hisslərlə təəssüratlanırsan...
Əvvəlcə nə hazırlayacağı haqqında düşünür, şəklini cızır, dizaynını çəkir, sonra taxta parçasına yeni həyat verir.İstedadlı gənc deyir ki, hər bir əsər mənimçün əzizdir, qiymətlidir. Bu əziyyətli və çətin işdə əl qabiliyyəti ilə yanaşı səbr, iradə də şərtdir. Çünki sərgilənəcək əsərlərin hazırlanmasında hər bir xırda detala, incəliyə fikir verməlisən.
Hazırladığı sənət nümunələrindən – “Qarabağ Azərbaycandır!”, “Sülh”, “Azərbaycan xəritəsi” və milli atributlarımız sərgilərdə ona uğur gətirib. 44 günlük Vətən müharibəsi zamanı başladığı və gərgin zəhmətə başa gələn “Sülh” oyma işinə altı ay vaxt sərf edib.
Sadə alətlər – cürbəcür ölçülü isgənə, bıçaq, cilalama kağızı və s. ilə hazırladığı işlərdə əsasən cökə, fıstıq, qoz ağacından istifadə edir. Oyma işi bitdikdən sonra üzəri cilalanır, dolğu vurulur, cürbəcür yağ, lak çəkilir. Qiymətlər isə işdən asılı olaraq dəyişir. Abdulbağı bildirir ki, dövlət bizimçün hər cür şərait yaradır, hazırladığımız məhsulları, əl işlərimizi sərgi-yarmarkalarda satışa çıxarırıq. Xarici ölkə vətəndaşları əsasən suvenirlərə (milli musiqi alətləri, xarıbülbül, abidələr və s.), bizimkilər isə hədiyyə üçün masaüstü, çərçivəli əl işlərinə üstünlük verirlər.
İstedadlı gənc daha çox tarixi, vətənpərvərlik mövzusunda əsərlər yaratmaq əzmilə çalışır. O, respublikada keçirilən sərgi və tədbirlərdə istirak edir, qalib gəldiyi müsabiqələrdə Diplom (əlilliyi olan şəxslərin XI Ümumrespublika Yaradıcılıq-sərgisində kompozisiyalar üzrə I yer və s.), sertifikat və hədiyyələrlə təltif olunub, televiziya verilişlərinə dəvət alıb, haqqında süjetlər çəkilib.
Möhtərəm Prezidentimiz İlham Əliyev 4 saylı DOST Mərkəzinin açılışı zamanı Abdulbağı Abdullayevin “Qarabağ Azərbaycandır!” əl işini bəyənib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva isə bir neçə sərgidə onun əsərlərini dəyərləndirib. Bu, Abdulbağını daha da ruhlandırır.
Fiziki məhdudiyyətli 35 yaşlı bu gənc həyat üçün mübarizədən yorulmur. Əksinə illər keçdikcə püxtələşir, mükəmməlləşir. Sevib-seçdiyi işə, idman növünə həvəslə yanaşır və bunun bəhrəsini görür, uğurlu nəticələrə imza atır.
Onun hədəfi 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək XVII Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq və bu mötəbər idman yarışının, eləcə də beynəlxalq yaradıcılıq sərgilərinin ən ali mükafatına sahiblənməkdir.
Yeni ailə quran Abdulbağıya həyatda xoşbəxtlik, sənətdə və idman sahəsində uğurlar arzulayırıq!
Akif AĞAYEV,
jurnalist-publisist,
MASALLI.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar