Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qaz yox, işıq yox, su yox, bağ(lantı) yox, “xiyar necə əyri bitməsin”?

Tarix: 21-02-2022 21:33     Baxış: 2288 A- / A+
Eyni telefon nömrəsinə görə iki dəfə çəkiliş haqqı alınması qanunidir?

Nizami TKQ Qarabağ qazisindən zorakılıqla 200 manat çəkiliş haqqı alıb.
Kommunal, nəqliyyat və rabitə xidməti qurumlarının inhisarçı mövqeyindən yararlanaraq istehlakçılara şişirtmə tariflər tətbiq etməsi qanunla cinayət məsuliyyətinə gətirsə də, hələ də nə qanun tətbiq edilir, nə məsuliyyət hiss olunur. Təsəvvür edin, “Azərişıq” ASC 5 il qabaq 03.04.2017-ci il tarixli texniki şərt versə də, hələ də üzərinə düşən görəvi – verdiyi texniki şərti icra edib, işıq çəkilməsini təmin etməyib. Xidmətdən imtinaya “səbəb” 1-ci dərəcəli Qarabağ qazisindən qanunda nəzərdə tutulmayan 202 manatlıq “texniki şərt” haqqı”nın tələb edilməsindən imtina olub. 5 ildir Qarabağ qazisinin şikayətlərini İqtisadiyyat Nazirliyi Energetika Nazirliyinə yönləndirir, sonuncu isə enerji sahəsində istehlakçı hüquqlarını müdafiə etməkdən imtina edir. Lap bu günlərdə Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı filialının rəisi Xəyyam Abdinov suçu istehlakçı qazinin üstünə yıxıb ki, texniki şərti vaxtında icra etməyib, yəni 202 manat “şərt haqqı” ödəməyib. Özü də bu “şərt haqqı” bilirsiniz nədən qaynaqlanır? Mıx -mismar, tıxac, sıxac, maşın -mexanizm, kabel, sayğac qutusu xərcləri ( heç demə, sayğac pulsuzdur, qutusu 35 manatdır -M. B.) və üstəgəl 18 faizlik “xidmət ƏDV -si” ! Özü də 5 metrlik məsafədəki dirəkdən xətt götürülməsi belə çətindir ki, 5 ildir icra edilmir, ən yaxşı halda, “ASAN”dan yeni texniki şərt alınması tələb edilir? Bəyəm istehlakçı ildə bir dəfə yeni texniki şərt almalıdır? Energetika Nazirliyinin başbilənləri yeni şərtin yerinə yetirilməsinin, icrasının qoşulma haqqı ilə təmin ediləcəyini xüsusi vurğulayıb. Xidmət özbaşınalığına, Konstitusiyaya hörmətsizliyə baxın, 2016-cı ildə verilən ərizə əsasında 2017-ci ildə verilən texniki şərtə görə 2018-ci ildə qəbul edilmiş qoşulma haqqı tarifi tətbiq edilir! (?) Bu isə o deməkdir ki, vətəndaşın vəziyyətini pisləşdirən qanunun geriyə qüvvəsi var. Ana Qanunun 149-cu maddəsi isə bunu rədd edir. Bir özbaşınalığı da vurğulayaq ki, qoşulma haqqı kimsə özünə ayrıca xətt çəkdirəndə tutulur, daha dirəkdən götürəndə yox. Əlillərin sosial infrastrukturla pulsuz təmin olunmaq hüququnu da nəzərə alsaq, işıq – qaz , su, telefon çəkilməsinin uyğun xidmət qurumlarının üzərinə düşdüyünü kim bilməsə də, hökumət bilməmiş olmaz . Bəs icra hakimiyyəti orqanları niyə vətəndaşlardan qanunsuz haqq tələb edilərək işıqsız, qazsız, susuz, rabitəsiz qalmasına son qoymur? Yeri gəlmişkən, Sabunçu RİH başçısının köməkçisi Qarabağ qazisindən qanunsuz ödəniş tələb edilməsini, Həbib adlı komunxozun reket dəstəsinin qazilərə və bağda işləyən fəhlələrə hücumunu, nəticədə qaziyə 5 min manatlıq ziyan vurulmasını “kupça” ilə bağlayıb. Guya yaxınlıqdakı İsa Həsənovun ( Prezidentin keçmiş köməkçisi Əli Həsənovun RİH-in keçmiş şöbə müdiri olan qardaşı) möhtəşəm villasının yerləşdiyi bağ , müavinlərin, başçının özünün onlarla hektar bağ torpaqları “kupça” ilə ələ keçirilib.
Nə isə, qonudan uzaqlaşmayaq, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin adının dəyişdirilməsini bilməsək də, xidmətinin yarıtmazlığının dəyişmədiyini hər gün, hər ay görüb -bilirik. Təsəvvür edin, Nizami Telefon Kommunikasiya Qovşağı (TKQ) eyni telefon nömrəsinə görə 1-ci dərəcəli Qarabağ qazisindən zorla ( pul almayınca, inteneti kəsmək qorxusu ilə) 2 dəfə çəkiliş haqqı alıb, amma bunu qanuni sayır ki, 80 manatlıq çəkiliş haqqı ƏDV ilə birlikdə 120 manat edir. Belə çıxır, ƏDV nəzərdə tutulmayan xidmət haqqına 50 faizlik ƏDV hesablanır? Korrupsiya faktı göz önündə olsa da, hələ də qiymətini almayıb. Bu da son deyil, qazidən aylıq 2 manat əvəzinə internetdən istifadə adı ilə 8 manat abunə haqqı tutulub. Hələ üstəlik şişirtmə internet tarifləri də inhisarçılıq mövqeyindən yararlanmaqla tətbiq edilib. İndi isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin aparat rəhbərinin müavini Bəxtiyar Məmmədov yazır ki, eyni nömrəyə görə iki dəfə çəkiliş haqqı barədə deyilənlər təsdiqini tapmayıb. Əlbəttə, korrupsiyanın meydan suladığı yerdə kim qanunsuz ödəniş alındığını boynuna alar? Fakt isə ortadadır : 1988-ci ildən kabelləşdirilən binaya 2008-ci ildə ayrılan əlavə telefon nömrəsinə (5701907) görə 120 manat çəkiliş haqqı bir alınıb, 2012-ci ildə 40 manat da bir.
Hələ kabel pulu adına da qəbzsiz ödəniş edilib. Belə çıxır, 4 ildən sonra qazidən əlavə 40 manatı əlavə dəyər vergisi adına alıblar? Bunu ki Baktelekom rəhbərliyi özü rəsmi məktublarla bildirib, indi fakt niyə təsdiqini tapmır?
Kommunal xidmət sahəsindəki özbaşınalıq saymaqla bitməz. Saymazlıq istehlakçıların hüquqlarının qorunmamasını ortaya qoyur. Nə yazıq, məhkəmə hakimiyyəti də, hər bir hakimin özü də istehlakçı olsa da, istehlakçı hüquqlarını yox, xidmət qurumlarının özbaşınalığını qoruyur. İstehlakçılar nə inzibati, nə də məhkəmə qaydasında özbaşınalıqdan qoruna bilir. Sonra da təəccüblənirik ki, “xiyar niyə əyri bitir”. Su yox, qaz yox, işıq yox, “xiyar necə əyri bitməsin”? Yenə telefon, internet olsaydı, “xiyarın əyri bitməsi” təsdiqini tapardı. ..

Məğrur Bədəlsoy

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar