Xəbər lenti
Qaranlıq məqamlar milli dəyərlərin itməsi təhlükəsidir, qaranlıqdan uzaq olun
Əkrəm Bəydəmirli
Kimin necə düşünməsindən asılı olmayaraq Azərbaycanda zamanında bədii film istehsalı sahəsində uğurlu təcrübə olub.
Hələ sovet dövründə çəkilən kinofilmlərə nəzər salanda baxırsan kino üçün lazım olan bütün parametrlərə diqqət yetirilib. Peşəkar aktyor seçimi, ürəyə yol tapan musiqilər hamısı öz yerində əks olunaraq tamaşaçının rəğbətini qazanıb. Təbii ki, o dövrün sərt qadağaları və digər məqamlar filmlərin ssenarisinin çərçivəyə uyğun yazılmasına gətib çıxarırdı.
Bəs, bu gün rəğbət doğuracaq, dünyaya səs salacaq filmlərimiz niyə yoxdur? 90-cı illərdən sonra bir sıra şəxslər qeyd edirdilər ki, maliyyə olmadığına görə, kino sənayemiz çöküb. Həqiqətən kinonun inkişafı üçün pul vacibdir. Nəinki kinonun həmçinin elmində, təhsilində, medianında və digər sahələrin inkişafında maliyyə zəruridir
Ancaq etiraf etmək lazımdır ki, bu gün filmlərin çəkilməsi üçün vəsaitlər az deyil. Dövlət tərəfindən film çəkilişinə vəsait mütəmadi olaraq ayrılır. Bundan əlavə serialların nümayişi zamanı kifayət qədər reklam roliklərinə rast gəlmək olar. Bəs, vəsaitlərin ayrılmasından sonrakı dövrdə niyə uğurlu seriallara rast gəlmirik?
Mən maraq üçün son dovlər çəkilən seriallara bir qədər nəzər saldım. Demək olar ki, aktyorlar, rejissorlar filmin yaxşı alınması üçün dərindən -qabıqdan çıxırlar. Ədalət naminə qeyd etməliyik aktyordan tələb olunan nə varsa onu edirlər. Ancaq serial çəkilişində heç bir irəliləyiş yoxdur. Bəs, bunun səbəbi nədir? Məncə burada ən ciddi problem ssenarilərdədir.
Zəif, cəsarətsiz, bayağı ssenari əsasında çəkilən bu seriallara yalnız bir dəfə, çətinliklə baxmaq olur. Tamaşaçının başını belə zəif məhsullarla müəyyən bir dövr qatmaq mümkündür.. Lakin tamaşaçını heyrətləndirmək, sözün yaxşı mənasında auditoriyanı əyləndirərək maarifləndirmək üçün ortaya sanballı film qoymaq lazımdır.
TV rəhbərləri, filmi çəkən rejissorlar nəhayət dərk etməlidirlər ki, zəif, cəsarətsiz ssenarilərlə uğurlu ekran əsəri ortalığa qoya bilməyəcəklər. Bu sahəyə ayrılan pullarda hədər yerə gedəcək. Bu gün bəzi insanlar deyirlər ki, biz də yavaş-yavaş serial çəkməyi öyrənirik. Hətta Türkiyə təcrübəsini, indi çəkdiyi filmləri örnək gətirirlər.
Məncə bu müqayisə uğursuz cəhddir. Vaxtıllə Azərbaycanda “Arşın mal alan”, tarixi mövzuda “Babək” və digər möhtəşəm kino nümunələrimiz ortalığa çıxanda Türkiyənin kino sənayesi çox zəif səviyyədə olub. Həqiqətən bu sahə hazırda qardaş ölkədə inkişaf etməkdədir. Bizdə isə bu inkişaf tendensiyası görsənmir.
Əlqərəz, kino sənayesində və xüsusilə, serial çəkilişində problemin kökü, mahiyyəti, törədəcəyi fəsadlar çoxlarımıza aydındır. Qaranlıq isə yazılmamış qanunlarla tənzimlənən dəyərlərin itməsi təhlükəsidir. “Babək” filminə baxan gənc Babək kimi mübariz olmaq istəyir. Bu gün çəkilən bəzi seriallara, orada olan obrazlara baxan gənc kim olmaq istəyəcək?
Bu suala oxucular özləri cavab versin. Azərbaycanın kino sənayesinə, ssenarilərin yazılışına münasibət dəyişməlidir. Qeyri peşəkar, cəsarətsiz, zəif ssenarilərdən qurtulmaq üçün şəffaf müsabiqələr elan olunmalıdır. Bəlkə papaq altında elə oğlanlar var ki, sanballı ssenarilər ortalığa qoyacaq. Burada dostbazlıq, qohumbazlıq daha hansısa bazlığa deyil, yalnız peşəkarlığa önəm verilməlidir. Əks təqdirdə telekanalları zəbt edən bayağı ssenarilərdən qurtula bilməyəcəyik.
Kino sahəsinin yalnız dövlət büdcəsi hesabına inkişafı qeyri mümkündür. Dövlət yalnız inkişafa təkan verə bilər, müxtəlif formada yardımlar göstərər. Bu sahənin rentabelli işləməsi üçün kinonun da iqtisadiyyatı formalaşmalıdır. Azərbaycan çərçivəsində kinofilmlər çəkib ciddi gəlir götürmək real görünmür. Kifayət qədər intellektual potensialın və kapitalın olduğu şəraitdə müəyyən standartlara uyğun filmlər çəkib ən azından Türkiyə və digər ölkələrin bazarlarına yol tapmaq olar. Əgər istehsal olunan filmlərin xaricdə satış bazarı möhkəmlənərsə, şübhəsiz, kino iqtisadiyyatı formalaşar. Son onu da qeyd etmək istərdim, hər əli qələm tutan, hər yazıçı ssenari yaza bilməz. Bədii əsərdə, xüsusilə, romanlarda müəllif uzun-uzadı fikirlər yazar, öz real və qeyri real obraz yaradar. Ancaq kino ssenarilərində müasir tamaşaçınının gözündən heç bir məqam yayınmır. Burada hər hansı uzunçuluq, boşluq, qeyri peşəkar yanaşma ssenarinin zəifliyini bir daha artırır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar