Xəbər lenti
“Uğur robotları“
Sizə elə gəlir ki, müasir dövrün mənfi vərdişləri içərisində ən uca zirvə texnologiya tələsi və sosial şəbəkələrə məxsusdur? Bəs uğurun həqiqi mənasını dərk etmədən uğur ardınca təngnəfəs qaçan varlıqların davranışlarını necə dəyərləndirək?
Heç bilirsinizmi, yaşadığınız ölkədə öz bacarıqlarından xəbərsiz, müqayisə etdiyi “kimsə” olmaq üçün çabalayan minlərlə insan var. Özünü inkişaf etdirmək üçün insanlararası müqayisə düzgün təhlil metodu deyil, lakin belə görünür, müqayisəni bacara bilməyənlər də çoxdur.
Öncəliklə, insanın özünü yetişdirmə metodlarına nəzər salaq. Əksəriyyətimiz bilir ki, böyüməkdə olan uşaq sırf ətraf mühiti öyrənmək, içində var olduğu dünyanı bütün cəhətləriylə dərk etmək üçün çoxlu suallar verir. Uşaq böyüdükcə (yəni, onun şəxsiyyət kimi formalaşma dövründə) niyə bu sualların sayı azalır və ya tamamilə yox olur, bilirsinizmi? Çünki dünyanı kifayət qədər anlamış uşaq artıq özünün dünya içərisində varlığını anlamağa cəhd edir. Bu cəhd daxili hesablaşmalar, başqa insanlar tərəfindən sakitlik və ya özünəqapanıqlıq kimi qəbul edilən daxili sual-cavab şəklində davam edir. Əslində isə fərd öz içində böyüməkdə olan şəxsiyyətin sirli üzlərini tapmaq üçün mübarizə aparır. Çünki öyrənmək insan təbiətinin doymaq bilməyən arzularından biridir. Biz çox vaxt əlaqələndirməyi bacarmasaq belə həyat boyu etdiyimiz hər bir davranışın (düzgün və ya yanlış olmasına baxmayaraq) ilkin qığılcımı öyrənmək arzusundan doğur.
Tutaq ki, yuxarıda göstərdiyimiz proses normal tempi ilə davam etdi.
Özünü tanıyan və anlayan yetişkin insan hansı yolu seçər? Birincisi, əsla müqayisə etməz. Əsla bənzəmək, kiminsə daha bir saxta kopyası olmaq istəməz. Öyrənməyin kitabını bağlamaz. Öyrəndiklərim məni nə vaxtsa aldadıbmı deyə qazandığı bilikləri aşağı bal yazmaqdan zövq alan müəllim titizliyi ilə yoxlayar. Ağlını, müdrikliyini düzgün dəyərləndirməyə çalışar, hətta düzgün dəyərləndirmək üçün “dəyərləndirmə metodları” başlığı ilə daha bir axtarışa yollanar. Sahib olmadıqları üçün ağlamaq yerinə, sahib olduqlarıyla elə davranışlar sərgiləyər ki, başqa insanlardan fərqini ustalıqla ortaya qoyar. Ən azı bir məqsəd seçər, öz yaşamı üçün xüsusi əhəmiyyət kəsb edən dəyərləri qoruyar, bu dəyərlərə sahib yoldaşlar axtarışına çıxar. Hansı ki, həmin dəyərlər təkcə özünə faydalı deyil. Əks halda, bu yalnız şəxsi mənfəət olardı. Sözün həqiqi mənasında yaşamaq üçün mübarizə aparar. Bu “yaşamaq” adlandırdığımız şey bizim nəfəs alıb-verdiyimiz mühitdən aşılmaz dağlar, keçilməz sədlər qədər uzaqda olsa da. Deməli, “Fərhad” olub dağları yarmaq lazımdı. Amma, Fərhada bənzəməyə çalışmayın. Dağları fərqli üsulla yaran yeni bir “Fərhad” olun.
Heç kəs dana bilməz ki, insanın yaşaması, həm özünə, həm başqalarına faydalı ola bilməsi üçün motivasiya, motivasiya sayəsində qapımızı çalan uğurlar mənasızdır. Əslində, bəli, uğur bizim qapımızı çalmalıdır, biz onun arxasınca ac-susuz qaçmamalıyıq. Uğur - çalışan, əziyyət çəkən insanın əldə etdiyidir. Pulla alınan, təklif edilən, ətrafdakılar ona sahibdir deyə sevgiylə yox, hirs ilə sahib olmaq istədiyimiz şey uğur deyil. Uğur işıldaquşu kimi qaranlıqda yanıb sönür, onu əldə etməyə layiq olan yanıb-sönən işığı görə biləndir. İndi isə bütün işıqları yandırıb, cüzi qığılcımı görə bilməyənləri də uğur'la təltif edirlər. Uğur robotlarının (çağımızın güc həvəslisi insanlarının) sayı nəsli tükənməz şəkildə artır.
Yaratdıqlarına və ruhuna hörmət bəslədiyimiz dahilər uğur dalınca qaçmırdı. Məqsədlərinə çatmaq istədikləri uzun səyahətdə sevgilərini biliyə ərməğan edərkən uğur onlara qovuşmaq üçün yola çıxırdı. Onlar güc sahibi olmaq istəmirdilər, sahib olduqlarını bütün gücləri ilə qoruyub yaşadırdılar. Qabiliyyətlərindən bixəbər deyildilər və bacarıqlarından məmnun idilər. Uğur onlara özlərini göstərmək və ya sübut etmək üçün yox, cəmiyyətə faydalı olmaq üçün lazım idi.
İndiyədək əldə etdiyiniz və “uğur” sandığınız həmin maddi nemətləri nəzərdən keçirsəniz, bir də baxacaqsınız ki, o heç mənəvi nemətləri ilə qarşınıza çıxmayıb. Siz onun ardınca məqsədsiz qaçarkən, o da sizdən arxasına baxmadan qaçırmış, məgər. Baxırsınız ki, “uğurlarınız” da saysız-hesabsız sosial şəbəkələrdə paylaşdığınız xatirəsiz şəkillər kimi durmadan, məqsədsizcə artır.
Çağımızın insanı sahib olduğu bilgiləri dəyərləndirmək istəməyib yeni bilik ardınca sürüklənərkən çox şeydən məhrum olur, əslində.
Qısaca, sözüm odur, orqanları yaxşı tanıyıb öz ruhunu tanımağı bacarmayan “həkim”, yalnız hesablamağı bilən, öz mənəvi dəyərlərinin sayını 0-a endirən “mühasib”, şagirdlərin biliyini daima sınamağı ədalətli hesab edib özünü öyrənməkdən məhrum etmiş “müəllim”, müxtəlif tikililərlə sevgi qazanmış, lakin könüllərdə sevgi inşa edə bilməmiş “memar”, ən əsası, sertifikatları, statusu, bütün maddi-mənəvi sərvəti ilə qürurlanan robot olmayın.
Bəlkə də, əsl uğur həmişə istədiyiniz zirvəyə çatmasanız belə, əsla olmaq istəmədiyiniz insana dönüşmədən qala bilməkdir.
İndi isə gerçək uğurlara qaçmağın yox, onların ardınca yorulmadan, səbirlə irəliləməyin vaxtıdır.
Zərintac Həsənova

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar