Xəbər lenti
Ədalət gözəl mərhəmətdir

( Maidə surəsi – 8 )
Allahın sevgisini və razılığını qazanmaq üçün ədalətli olmalıyıq. Ədalətli olmaq üçün də insana vicdan lazımdır. Hər gözəl əxlaqın təməli məhz vicdana bağlıdır.
Ədalət sözü (kökü ədl) ərəb dilində insaflı deməkdir. Bir başqa adla adlandırsaq, bərabərlikdir. Qədim Şərq və qədim Yunan fəlsəfəsində ədalət təbiətin yaradılış prinsipi, həm fiziki, həm də kosmetik nizam-intizamıdır. Qədim Rimdə ədalət hərkəsin haqqını qəti və daim olaraq verilməsi kimi təvsir edilmişdi. Viktor Hüqonun gözəl sözü var: “ Yaxşı olmaq asandır, ən çətini ədalətli olmaqdır!”
Quranın əsas siyasi prinsipi də ədalət üzərində qurulmuşdu. Allah ədaləti əmr edər. Adil olan Allahın 99 ismi də ədalətə bağlıdar. Əgər rəhimli Allah bizə ədalətli olmağı əmr edirsə, nə üçün nəfsimizə təslim olub haqq yeyirik? Niyə bəzi insanlar hər hansı bir məqama, vəzifəyə çıxanda vicdanını sataraq vəzifə kürsüsündə əyləşir? Yaxşı tanıdığın adamın belə elə bir şeytan üzü ilə rastlaşırsan ki, heyrətdən donub qalırsan. Öz-özünə düşünürsən, bu mənim sevib hörmət etdiyim adamdırmı? Necə oldu ki, nəfsi özündən böyük olan bu adamı tanımadım? Suallar beynini deşir? Sonra yalan və şər dünyasına tapınan o insandan qaçaraq uzaqlaşırsan. Nə qədər çalışsan da, kürsüsünü hamıdan çox sevən, nəfsini Allah edən o adamı haqqa dəvət edə bilmərsən. Çünki onun ədaləti oturduğu kürsünün gətirdiyi şan-şöhrətdə dəfn olunub. O qədər biganədir ki, heç kimi vecinə almır. Vətən, millət, insanlıq və ən əsası da Allahı tanımaq istəmir.
Allah kəlməsi dildə başlayıb ciyərdə bitir. Nankor adam ona verilən nemətə xəyanət etdiyinə görə ciyərsiz olur. Allah deyəndə də, ciyərsizin sözü elə dildə qalır, nə əməlində, nə ruhunda özünü göstərə bilir. Mənim kürsüdən bərk-bərk yapışan, xalqın malına, canına susayan məmurlara bir sözüm var – ciyərsiz olmayın! Allahdan qorxun! Çünki Allah hər şeyi görür və bilir. Axır ki, tutduğunuz əməllərə görə hesab verəcəksiniz. Ətrafınızda ac, xəstə, çarəsiz qalan insanlara baxıb istehza etməyin. Yediyinizdən onlara da verin. Elə bir vaxt gələr ki, yığdığınız mal-mülk bir təbiət hadisəsi ilə yerlə yeksan olar. Nə ağalıq qalar, nə də tikdirdiyiniz saraylar...
Mənsurə Eldar XƏLƏFBƏYLİ
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar