Xəbər lenti
Ölməzlərdən biri - ŞƏHİD RUSLAN AĞAYEV
Müharibə insanlığın ən ağır imtahanıdır – sunami kimi qarşısına keçəni udur, zəlzələ kimi dağıdır, xarabaya çevirir və insanlıq bu xarabalığın altında can verir.
Müharibə dünyanı idarə edən güclərin oyunudu. Silah alverçilərinin gəlir mənbəyidi. Bəzi başı boşların “adrenalin yüksəltmə” yeridi - pul verib turist kimi savaşa “səyahət” edirlər. Xəstə ruhların qanlı oyunudur. Ermənilər də şizofren xəstəsidir. Həmişə rus “dayısının” qoltuğunun altına girib” mənəm-mənəm” deyiblər. İrəvana soxulub özlərinə yer etməkləri azmış kimi, bir də Qarabağa yerləşiblər. Ən yaxşı yerləırdə yaşayıb, ən yaxşı işdə çalışıblar. Çörəymizi yeyib bizə təpik atıblar. Bu xəstə millətin yaxşısı varmı? Mənim rastıma çıxmayıb. Az qala boynumuzdan düşürtmədiyimiz ermənilərin törətdikləri vəhşilik biz anaları dərin yaralayıb. Hər cür çətinlik, əzab və əziyyətlə böyütdüyümüz övladları əlimizdən alaraq savaşın qan qoxan göbəyinə atdılar. Vətən namusdur! Namusu əldən verməmək üçün övladlarını qurban verən türk analaır...
Qanlı savaşlardan şəhid oğul anaya və bütün insanlığa gülümsəyər. Şəhid gülümsəyər, amma anaların ciyəri yanar, ürəyi parça-parça olar. Oğul məzara, ana isə canlı ruha dönər. Şəhid Ruslan Ağayevin anası Bənzər ana kimi...
İllərdi şəhid Ruslan Ağayev haqqında bir kəlmə yaza bilməmişəm. Gözümün önündə qocalan, saçı ağaran, beli bükülən Bənzər anaya baxıb için-için ağlamışam. Cürət edib yaxınlaşmamışam. Eləcə kənardan səssizcə göz yaşı tökmüşəm.
Ruslanla bir məhəllədə yaşayıb, eyni məktəbdə təhsil almışıq. Çox mehriban, savadlı, aktiv şagird idi. Məktəbin Komsomol təşkilatının rəhbəri kimi şagirdlərin qayğısına qalır, problemlərini həll edir, tədbirlərdə yaxından iştirak edirdi. Müəllimlər də Ruslanı çox istəyirdi. Heç yadimdan çıxmır, tənəffüs zamanı yuxarı sinif şagirdlərindən bir neçəsi pilləkənin başında bir-birlərini itələyəndə arada aldığım zərbədən az qala pilləkəndən aşağı yuvarlanacaqdım. Ruslan son anda məni havada tutub saxladı. Uşaq idim, hönkür-hönkür ağladım. Məni sakitləşdirdi. Elə bildim qarşımda qardaşım durub – doğmadan doğma. Ruslan kobudluq edənləri də danladı. Bəlkə də cəza aldılar. Ruslan gözümdə bir qəhrəmana döndMən də məktəbin fəallarından idim. Ruslan öz bildiklərini bizə də öyrədirdi. Həmişə tədbirlərdə çıxış edirdik. Məşqlər uzun çəkəndə bizi evimizə qədər gətirirdi. Ruslan həm məktəbdə, həm qonşular arasında, qohumların içində əxlaqı, qeyrəti ilə sevilirdi.
Ağayev Ruslan Mövlud oğlu 1971-ci il noyabrın 2-də Sumqqayıt şəhərində anadan olmuşdu. 1979-1989-cu illərdə Sumqayıt 24 saylı tam orta məktəbdə təhsil almışdı. İnşaat mühəndisi olmaq istəyirdi. Lakin ali məktəbin qəbul
imtahanlarında konkursa düşdü . 1989-cu ildə işə başladı və az müddətdə kollektivin sevimlisinə çevrildi. 1990-1992-ci illərdə Uzaq Saxalində həqiqi hərbi xidmətdə olmuşdu.
Əsgərlikdən qayıdanda artıq müharibə başlamışdı. Ermənilərin törətdikləri vəhşilik Ruslanın qəlbində intiqam alovu yandırmışdı. Könüllü olaraq Milli ordu sıralarına yazılaraq ən qaynar nöqtə olan Laçına yollanmışdı. Komandanlığın verdiyi tapşırıqları həyata keçirir, qəhrəmanlıqla döyüşürdü. Son döyüş yeri isə Laçının Fingə kəndi oldu. Ruslan Ağayev 26 oktyabr 1992-ci ildə snayperin açdığı atəş nəticəsində gözlərini əbədi olaraq bu fani dünyaya yumdu. 21 illik gənc ömrünə ancaq sevgi və mərhəmət sığdıran Ruslan üçün hər kəs ağladı. Son mənzili Sumqayıt Şəhidlər Xiyabanıdır. Məqamın uca olsun, şəhidim.
Mənsurə ELDAR XƏLƏFLİ
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar