Xəbər lenti
İnsanların dəri rəngləri niyə müxtəlifdir...
Dünyada milyardlarla insan yaşayır. Onların bəzisi daha tünd rəngli dəriyə sahibdir, bəziləri isə açıq rəngli. Bir çox elm adamları, bu vəziyyəti müxtəlif mənasız səbəblərlə izah edirlər. Ancaq araşdırmalar göstərir ki, dəri rəngi həmin dəri rənginə sahib olan insanların yaşadığı coğrafiyaya və məruz qaldıqları günəş şüalarıyla əlaqəlidir.
İnsanların məruz qaldığı günəş şüaları, yəni ultrabənövşəyi şüalar orqanizmin ehtiyacı olan bir vitamini verdiyi təqdirdə, digər bir vitamini məhv edir. Nəticədə isə insanın yaşaya bilməsi üçün dəri rəngi mühitə uyğunlaşır. Milyon il öncə Afrikada yaşayanalırn dəri rəngi məlum deyildi. Çünki o insanların bədəni tüklə örtülü idi. Zaman keçdikcə, istiliyə nəzarəti tüklər deyil, tər vəziləri təmin etməyə başladı. Tər vəzilərinin artması və tüklərin azalması ilə ortaya ağ dərili insanlar çıxdı. Ancaq bu vəziyyət özü ilə birlikdə problem də gətirdi. Güclü günəş işığına məruz qalan insan yaşaya bilməzdi.Günəş işığı, bədən və ruhun sağlamlığı üçün çox vacibdir. Ancaq günəş işıqları ilə birlikdə məruz qaldığımız ultrabənövşəyi şüalar bizə çox zərər verir. Ultrabənövşeyi şüalar, fol turşusu və folat adlandırılan bir vitamini yox etdiyi halda, bizi D vitamini ilə təmin edir.
Folat xüsusilə hamilə qadınlarda dölün inkişafı üçün önəmli olan maddələrdən biridir. D vitamini də güclü sümüklər üçün çox vacibdir. Həm folat, həm də D vitamini qəbul etmək istəyən insanların tünd rəngli dərisi günəş şüalarının mənfi təsirlərini deyil, müsbət təsirlərini qəbul etməyə başladı. İnsan dərisinə tünd rəng verən melanin səviyyəsi artdıqca, insanlarda piqmentasiya inkişaf etməyə başladı və daha tünd rəng aldılar. Çünki ekvator bölgəsinin yandırıcı günəşinə ancaq bu şəkildə dözmək olardı.
Ekvator bölgəsindən insanlar fərqli ərazilərə yayılmağa başladığı zaman günəş işığı çatışmazlığı tünd rənglə əngəlləndiyinə görə D vitamini qəbulu dayandı. D vitamini yığılan bir vitamin olmadığı üçün, insanlar ən kiçik günəş şüasından faydalana bilmək üçün açıq rəng almağa başladılar.
Kanada və Alyaskada əhalinin tünd rəngli olması fikirləri yayındıra bilər. Amma burada qidalanma formalarını da nəzərə almaq lazımdır. Çünki dəniz məhsullarının tərkibində də D vitamini var. Buna görə də, dəniz məhsulları yeyən insanlar hələ də tünd rəngli dəriyə sahibdir.
Bəzən dəri rənginin dəri xərçəngi ilə əlaqəli olduğu iddia edilir. Ancaq elm adamları hesab edir ki, dəri rəngi ilə xərçəng arasında heç bir əlaqə yoxdur. Açıq dərili insanların dəri xərçəngi riski böyükdür, amma bu daha gec yaşlarda özünü biruzə edə bilər.
Ara rənglər necə yaranıb?
İrqçilər insanları ağ və qara olaraq iki rəngdə görmək istələr belə, ətrafa nəzər saldığınız zaman hər insanın fərqli rəngdə olduğunu görə bilərsiniz. Bu vəziyyətə səbəb isə, şəxsin yaşadığı coğrafiya ilə bağlıdır.
Günəş işıqları hər yerə fərqli bucaq altında düşür. Bu səbəblə də dəri rənglərinin təkamülü formalaşıb. Ekvator bölgəsində yaşayan insanlar ən tünd dəri rənginə sahib olduğu halda, bu bölgədən uzaqlaşdıqca insanların dəri rəngi addım-addım açılmışdı.
Bu gün artıq dəri rənglərinin təkamülü davam etmir. Çünki artıq insan bədəni rahatlığa alışıb. Günəş işığına birbaşa məruz qalmamaq üçün tikililər inşa edirik, güclü günəş kremləri istifadə edir, xüsusi geyimlər geyinirik. Sahil ərazilərdə yaşayan insanlar doğulduğu zaman ağdərili olsalar da, yaşa dolduqca dərilərinin rəngi tündləşir. Ancaq bu vəziyyət genlərə təsir etmir. Yəni xarici faktorların təsirindən meydana gəlir./bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar