Xəbər lenti
“Təkcə jurnalistlər yox, həm də sosial şəbəkə istifadəçiləri alət kimi istifadə olunur”
Buna nümunə olaraq ötən gün bir qrup şəxsin rəsmi mənbədən məlumat olmadan "Zəngəzur dəhlizi artıq Azərbaycan üçün açıqdır” başlıqlı paylaşımları diqqət çəkirdi. Belə ki, hətta bəzi jurnalistlər belə təkzib və təsdiqini tapmayan bu məlumatı həm sosial şəbəkə hesablarında, həm də təmsil olunduqları mediada ictimailəşdirdilər.
Maraqlıdır, nə üçün sosial şəbəkə istinad mənbəyi olaraq görülür? Ümumiyyətlə, xüsusilə həssas mövzularda dezinformasiyaların yayılması nəyə hesablanıb?
Manevr.az xəbər verir ki, məsələ ilə bağlı sfera.az-a danışan media məsələləri üzrə ekspert Ələsgər Məmmədli yalan məlumatların yayılmasının kökündə propaqanda yaratmaq istəyinin dayandığını bildirib:
"Jurnalistikanın təməl prinsiplərindən biri obeyktiv olmaqdır. Media propaqanda vasitəsi olmamalıdır. Lakin təəssüf olsun ki, həm sosial mediada, həm də ənənəvi mediada bu təməl prinsipi tez-tez pozulur.
Media ekspertinin sözlərinə görə, bəzən dezinformasiyalar məqsədli şəkildə, dövlət qurumlarının bəzi nümayəndələri tərəfindən də göndərilə bilər: "Lakin rəsmi mənbələr bəzən bu cür xəbərləri özlərini monipulyasiya etmək üçün istifadə edirlər. Hətta bəzi şəxslər qəsdən mediadan istifadə edərək bu cür məlumatları jurnalistlərə ötürürülər. Jurnalist hətta rəsmi xəbərin içərisində belə propaqandanın olub-olmamasını ayırd etməli, cəmiyyətə reallığı təqdim etməlidir. Bu gün təkcə jurnalistlər yox, həm də sosial şəbəkə istifadəçiləri ictimai-siyasi çevrələrdə alət kimi istifadə olunur. Buna görə diqqətli olmaq, cəmiyyət və mediaya inamsızlıq yaratmamağa çalışmaq lazımdır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar