Xəbər lenti
Bayrağımızdakı ulduzun mənası – Tarixçi alim
Azərbaycanın Dövlət Bayrağının çox zəngin və maraqlı tarixi var. Bayraq 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin sədri Fətəli Xan Xoyskinin rəhbərliyi ilə keçirilən iclasda qəbul olunub.
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitunun icraçı direktoru, professor Cəbi Bəhramov Dövlət Bayrağı Günü ilə bağlı danışarkən deyib.
“Bundan əvvəl isə Cümhuriyyət elan olunduqdan sonra 1918-ci ilin 23-24 iyununda al rəngli, aypara və səkkizguşə ulduzlu bayrağın qəbul olunması təklif edilmişdi. Bəzi tarixi mənbələrdə bu tarix 27 iyun kimi də qeyd olunur. O zaman ingilis qoşunlarının generalı Tomson Bakıya gələrkən Bakı Dəniz Vağzalında bayrağımızı görür. O deyir ki, bu parça burada nə gəzir, bu, türklərin qəbul etdiyi bayraqdır. Bu məsələdən sonra noyabrın 9-da yığışıb konkret olaraq indiki dövlət bayrağımızın əsas rəmzləri olaraq göy, qırmızı, yaşıl rənglərini qəbul etdilər. Bayrağın qəbul edilməsi hökumətin icrasında həyata keçirilir”, - C.Bəhramov bildirib.
Professor bayrağın üzərində əks olunan rənglərin əhəmiyyətini sadalayıb:
“Mavi – türklük, qırmızı – müasirlik, yaşıl isə islamın rəmzi olaraq seçilib. Səkkizguşəli ulduz “Azərbaycan” sözünün əski əlifbada yazılışı ilə bağlıdır. Belə ki, əski əlifbada “Azərbaycan” sözü səkkiz hərflə yazılır. Bu isə əski əlifbada “bə” hərfindən sonra qalın saitin düşməsi ilə əlaqədardır. Bəzən bununla bağlı çox nağıllar söyləyirlər. Sözü hecalara bölürlər. Lakin Cəfər Cabbarlı da bayrağa həsr etdiyi şeirində bu barədə açıq şəkildə yazıb. Konstitusiyamıza görə, indiki Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Əgər bu, qanunda varsa, suala ehtiyac yoxdur. AXC-ni bizim dövlətimizin və dövlətçiliyimizin bərpası kimi qəbul edirəm. Çünki o zaman biz dünyanın ən sivil dövlət quruluşu formasını, respublika quruluşunu seçdik”.
C.Bəhramov bildirib ki, biz bütün keçmiş tariximizə müraciət edərək bu bayrağı qəbul etmişik:
“1920-ci ildə Sovet Rusiyası Azrbaycanı işğal edəndən sonra bu bayrağı yığışdırdılar. Amma xalq onu unutmadı. Hətta qədim mədəniyyət mərkəzimiz Şuşa şəhərində yaşayan bir nənəmiz 1926-cı ildə al bayraq və səkkizguşəli ulduzu toxuduğu xalçaya həkk edib”.
Tarixçi 1990-cı il noyabrın 17-də Heydər Əliyevin Naxçıvan Ali Məclisinə sədrlik edərkən bu bayrağın qaldırılmasını da yada salıb:
“Burada söhbət rəsmi dövlət səviyyəsində atılan addımdan gedir".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar