Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağ zəfərinin görünən və görünməz tərəfi

Tarix: 08-10-2021 16:30     Baxış: 3157 A- / A+

Prof.Şahlar Əsgərov
YAP Veteranlar Şurasının üzvü

Qarabağın qara bəxti və zəfərə gedən yol

Zəfər gününün mahiyyətini dərindən başa düşmək üçün Qarabağ probleminin tarixinə nəzər samaq lazımdır. Bu halda hardan hara gəldiyimizi və Zəfərin qiymətini bilərik.   
Bu tarix öz başlanğıcını çar I Pyotrun vəsiyyətindən götürür. Vəsiyyətdə deyilir: “Erməniləri Cənubi Qafqaza köçürün və orada  xaçpərəst dövlət qurun. Sonra Şimali Qafqazı kiçik xalqlardan təmizləyin. Min il də keçsə İstanbulu  alın”. Bu direktivə uyğun İran və Türkiyədən on minlərlə erməni Cənubi Qafqaza köçürüldü. Bu yeni bir  dövlət qurmaq üçün zəruri olan  alt yapı idi. Bu köçürmə hadisələrinin nəticəsində hansı ki, “yersiz gəldi, yerli qaç!” dövrü başladı  qarabağlıların sosial-iqtisadi vəziyyəti ilbəil korlandı. Varlılar da kasıblaşdı. Bəy oğlu Qasım bəy Zakir yazırdı: “Bayram oldu heç bilmirəm neyləyəm, bizim evdə axta zoğal da yoxdur”.  
Bu illər ərzində Cənnəti məkan Qarabağda ermənilər tədricən silahlandırılırdı, tarix xeyli saxtalaşdırılırdı, beynəlxalq aləm xeyli çaşdırılırdı. Azərbaycalılar isə tərksilah edilmiş, onların öz torpaqlarını fiziki və ya hüquqi müdafiə etmək imkanları əlindən alınmışdı. Müqavimət göstərənlər üçün Şuşa qəzəmati də tikilmişdi. Obrazla qısaca desək, Cənubi Qafqazda azərbaycanlılar zorla atdan salınmış, ermənilər isə atlandırılmışdı. Azərbaycanlıların əlindən quş tüfəngləri belə alınmışdı. Fəlsəfi dillə desək, 200 il ərzində Qarabağda ermənilər subyekt, azərbaycanlılar isə obyekt halına gətirilmişdi. 2003-cü ildə Vladimir Putin Yerevanda son 300 ildə baş verənləri gülümsəyərək belə dilə gətirdi: “Çox zaman keçmədi-cəmi 300 il. Deyildi və edildi”!
Bu geosiyasi plan həyata keçirildikcə Azərbaycanın ərazisi 114 min kv.km-dən 86,7 min kv.km-ə qədər azalmış və üstəlik I Qarabağ müharibəsində xeyli torpaq işğal olundu. Rus hərbi dəstələri ermənilərə güclü dəstək verirdi. Nəticədə minlərlə şəhid verdik və müharibəni uduzduq. Ancaq Allah böyükdür. Böyük Tofik Fikrət demiş: “Sönməz əbədi, hər kəsin gündüzü vardır!”
Zəfər Günü
“30 ildə bizi başa düşməyənlərə 30 gündə çox şeyi başa saldıq” – İlham Əliyev.
Zəfər gününə gedən qısa yol 27 sentyabrdan–Anım günündən başlayır. II Qarabağ müharibəsində 2907 şəhid verdik, qazilərimizin sayı da minlərlədir. Şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə cansağlığı arzulayırıq. 27 sentyabr Anım yürüşündə şəhidlərimizin əziz xatirəsi möhtəşəm və ləyaqətlə yad edildi. Bu təkrarsız və sentimental Anım günü həm də qazilərimizin qəhrəmanlıqlarını yüksək səviyyədə ehtiva edirdi.
Anım günündə ən çox eşitdiyimiz sözlər  “qəhrəmanlıq”  və  “vətənpərvərlik”  oldu. Sual olunur “qəhrəmanlıq” nədir?  Vətənpərvərlik nədir? Bu anlayışların mahiyyətini dərindən anlamaq üçün onları mənafelərin mübarizəsi kontekstində təhlil etmək lazımdır.
İnsan fəaliyyətinin əsas daşıyıcı qüvvəsi mənafedir. Mənafelər iki cür olur: şəxsi və ictimai. Hər bir fərd üçün bu mənafelərin nisbi cəmi vahiddir. İctimai mənafesi yüksək olanların şəxsi mənafesi az olar. Özünü çox sevənlərin ictimai mənafesi az olar. Bu baxımdan, qəhrəman o kəsdir ki, öz şirin canını vətənə (ictimai mənafeyə)  qurban verir. II Qarabağ müharibəsində 2907 vətən övladı şəhidlik zirvəsinə yüksəldilər. Onlar vətənin qəhrəman övladlarıdır, bizim isə qürur mənbəyimizdir. Qazilərimizin sırasında da qəhrəmanlıq göstərənlərimiz çoxdur.                            
Bu cür düşünərək, vətənpərvərliyə də tərif verə bilərik: Öz şəxsi mənafesini ümumi mənafeyə (vətənə, millətə) qurban vermək, vətənpərvərlikdir. Sülh dövründə Vətən yolunda yorulmadan xidmət etmək də vətənpərvərlikdir. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Kaş ilk şəhidimizin adını və soyadını biləydim. Güman edirəm ki, Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanımın əllərində tutduqları  şəkillər  vətənin  ilk qəhrəmanlarındandır.
Bu deyilənlər Zəfərin görünən tərəfləridir. Ancaq Zəfərin görünməyən tərəfləri də var. Onları görmək üçün şanlı qələbəyə fəlsəfi yüksəklikdən  baxmaq lazımdır. Təbiətşünaslıqda “formanın saxlanması qanunu” var. Bu qanuna görə cisimlər (canlı və cansız varlıqlar)  həmişə formasını qorumağa çalışırlar (Canlı orqanizmə kəsici alətlə yara vurularsa, orqanizm  yaranı sağaltmağa cəhd edər, yəni öz əvvəlki formasını  almağa çalışar). Torpaq da, sərhədlərimiz də canlı orqanizmdir. Ermənistan Azərbaycana Dağlıq Qarabağ  yarasını vurub.  Bu yara son 30 ildə sağalmağa can atır ki, öz əvvəlki formasını alsın.
Dəyərli bir kəlamda deyilir: əgər çox ağıllı olarsansa alim olarsan. Əgər çox güclü olarsansa pəhlivan olarsan. Əgər ruhun çox olarsa qəhrəman olarsan. Qəhrəman əsgərlərimiz torpaqdan ruh alaraq Qarabağ uğrunda ona görə igidcəsinə vuruşdular ki, Azərbaycanın Qarabağ yarasını sağaltsınlar. Hərbi həkimlərimizin dediyinə görə, müalicə zamanı əsgərlərimiz narkoz altında olanda belə təkrar-təkrar “Qarabağ” deyirdilər. Əsgərlərimiz  öz yaralarını unudub, Qarabağ yarasının  hayında idilər. Müqəddəs torpağımızın yarası sağalarsa, ərazimizin forması bərpa olunar.  
Azərbaycanın xəritəsinə baxanda diksinirəm. Tut yarpağını qurd yeyən kimi qonşu dövlətlər torpağımızı yeyiblər və yeyirlər.  Şükürlər olsun, Dəmir Yumruğun altında Vətənimiz yağılardan  təmizləndi. Qisas qiyamətə qalmadı.
Məlumdur ki, yaşamaq üçün yer planetində  üç potensial mühit var: torpaq, su və səma. Tarixdən bilirik ki, türklər at belində Şərqdən Qərbə gedərək torpağın potensialından yetərincə istifadə etmişlər. Gəmilər vasitəsi ilə suyun, dənizin potensialından istifadə edərək Konstantinopolu fəth etmişlər. Ancaq son 100 ildə səmanın potensialından istifadə edə bilmədilər. Çünki səmayə nə atla, nə də gəmi ilə getmək mümkün deyil. Səmaya yol ancaq elm və təhsildən keçir. Bu, elm və bilik sahələrində gerilik  yüz illərdi ki  davam etdi. Şükürlər olsun ki, artıq Bayraktar bizə səmanın potensialından istifadə etməyə imkan verdi. Elm və təhsildə geriliyə son qoyuldu və Türk dünyası da beynəlxalq aləmdə söz sahibinə çevrildi.
Türkiyə Cümhuriyyətinin başçısı R.T.Erdoğan: “Dünya beşdən böyükdür”- deyir. Azərbaycan Prezidenti İlham Əliyev: “Biz döyüş meydanında, siyasi müstəvidə Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır”- deyir. Qazaxıstan lideri Nursultan Nazarbayev: “Azərbaycanın Zəfəri Türk dünyası üçün mühüm əhəmiyyət daşıyır”- deyir. Bu tarixi qələbə nəticəsində Azərbaycan iki yüz ildən əvvəlki ictimai-siyasi durumunu bərpa etdi. Azərbaycan yenə də bölgədə gedən hadisə və prosesləri idarə edən, aktiv tərəfə, yəni subyektə çevrildi. Ermənistan iki yüz il öncəki vəziyyətinə qayıtdı. Yəni passiv tərəfə, idarə olunan tərəfə, obyektə çevrildi. Belə nəticəyə gəlmək olar ki, lokal mənada Zəfər günü 2907 şəhidin və minlərlə qazilərin toplam arzusunun cəmidir. Qlobal mənada Türk dünyasının zədələnmiş qamətinin düzəldiyi gündür. 
Qordi düyünü
Azərbaycanın Qordi düyününü müzəffər Ali Baş Komandan silahla  açdı və “Qarabağ Azərbaycandır!”-dedi.  Bu ifadəni sonra Rusiya prezidenti cənab V.Putin də təkrar etdi: “Beynəlxalq hüquqa görə, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”- dedi. Bu cümlə çar Rusiyasının 300 il öncə vurduğu düyünün açılması deməkdir. Düyünü vuran onu özü açmalı oldu. 
Azərbaycan XXI əsrdə müharibə aparmağın fəlsəfəsini dəyişdi. Birinci Qarabağ müharibəsindən fərqli olaraq, İkinci Qarabağ müharibəsində ordumuz qeyri-standart taktikadan istifadə etdi. Qədimdən müharibəni at belində qılıncla aparırdılar. XX əsrdə müharibələri tankla, topla və təyyarələrlə aparırdılar. XXI əsrdə Azərbaycan müharibəni telefonla, mikrofonla və dronlarla apardı və hərbi fenomen sayıla biləcək taktiki yeniliyə imza atdı. Belə ki, ənənəvi müharibələrdən fərqli olaraq, Ordumuz döyüşdə əsgərləri yox, texnikanı hədəfə aldı. Bunu duyan  erməni əsgərləri texniki qurğuları təcili tərk edərək qaçıb canlarını qurtarmağa çalışırdılar. Nəticədə, çoxlu sayda salamat hərbi qənimət götürüldü və düşmən ordusu darmadağın edildi.
Müharibə zamanı hər millət öz milli portretini çəkir. Azərbaycan XXI əsrə layiq özünün portretini çəkdi. Ermənilərin özlərinə çəkdikləri tablo feodal təfəkkürün məhsuludur. Müharibə həm də tarixi TEST-dir. Azərbaycan bu TEST-dən üzüağ çıxdı. Ermənilər tesdən keçə bilmədilər. Ziyalı kəsiminin nümayəndəsi kimi Ordumuz qarşısında baş əyirəm. Zəfərimiz mübarəkdir!- deyirəm.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar