Xəbər lenti
Bakıda rus bölməsində təhsil güclüdür? - Ekspert
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid rusdilli məktəblərin Azərbaycan məktəblərindən səviyyəli olması barədə təsəvvürlərin mif olduğunu deyib. Onun sözlərinə görə, rusdilli məktəblərdə yaxşı müəllimlər və peşəkar kadrlar azlıq təşkil edir və təhsilin səviyyəsi azərbaycandilli məktəblərdən aşağıdır.
Mövzu ilə bağlı axar.az-a danışan təhsil eksperti Kamran Əsədov bu rəyin statistikada əksini tapmadığını bildirib. O bildirib ki, rus bölməsində təhsil alan abituriyentlərin nəticələrinin Azərbaycan bölməsindən zəif olması barədə səsləndirilən fikirlər yanlışdır:
“Bunu istənilən qəbul imtahanında görə bilərik. Məsələn, 2016-cı qəbul ilində I ixtisas qrupu üzrə qəbul imtahanında 31399 abituriyent iştirak edib. Onların Azərbaycan bölməsi üzrə 33.02 faizi, rus bölməsi üzrə isə 42.65 faizi tələbə adını qazanıb, qəbul planı 77.94 faiz yerinə yetirilib. II ixtisas qrupu üzrə imtahanda iştirak edən abituriyentlərin sayı 22133 nəfər olub. Onların Azərbaycan bölməsi üzrə 42.94 faizi, rus bölməsi üzrə isə 55.15 faizi tələbə adını qazanıb, qəbul planı 80.04 faiz yerinə yetirilib. III ixtisas qrupu üzrə qəbul imtahanında 19673 nəfər abituriyent iştirak edib. Onların Azərbaycan bölməsi üzrə 40.76 faizi, rus bölməsi üzrə isə 49.32 faizi tələbə adını qazanıb, qəbul planı 83.35% yerinə yetirilib. IV ixtisas qrupu üzrə qəbul imtahanında 5340 nəfər abituriyent iştirak edib. Onların Azərbaycan bölməsi üzrə 49.32 faizi, rus bölməsi üzrə isə 32.30 faizi tələbə adını qazanıb, qəbul planı 77.25 faiz yerinə yetirilib. Bu göstərici digər ixtisas qrupları ilə müqayisədə ən aşağı göstəricidir. V ixtisas qrupu üzrə qəbul imtahanında 18158 nəfər abituriyent iştirak edib. Onların Azərbaycan bölməsi üzrə 13.03 faizi, rus bölməsi üzrə isə 23.68 faizi tələbə adını qazanıb, qəbul planı 87.81 faiz yerinə yetirilib. Göründüyü kimi, IV ixtisas qrupu istisna olmaqla, qalan bütün qruplarda imtahanda iştirak edənlər arasından ali təhsil müəssisələrinə qəbulolma faizi rus bölməsində daha yüksəkdir, amma müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlər arasında qəbulolma faizi hər iki bölmədə, demək olar ki, eyni səviyyədədir. Ümumilikdə, Azərbaycan bölməsində ali təhsil müəssisələrinə qəbul olanlar imtahanlarda iştirak edənlərin 38.32 faizini, müsabiqədə iştirak etmək hüququ qazananların isə 81.72 faizini təşkil edir. Rus bölməsində bu göstəricilər müvafiq olaraq, 48.51 və 85.52 faizdir. Bu tendensiya bütün illərə aiddir. Faktlara əsasən demək olar ki, rus bölməsində tədris Azərbaycan bölməsindən daha keyfiyyətlidir”.
Ekspertin sözlərinə görə, 2016-ci ildə müxtəlif qruplar üzrə rus bölməsində təhsil alan şagirdlərin ortalama balı Azərbaycan bölməsində oxuyanların balından yüksəkdir:
“Azərbaycan və rus bölmələri üzrə ayrılıqda abituriyentlərin I-IV və V ixtisas qrupları üzrə topladıqları balların paylanma təhlili göstərir ki, I-IV ixtisas qruplarında hər iki bölmə üzrə abituriyentlərin ballarının paylanma nəticəsinə görə Azərbaycan bölməsində ortalama 211.92, rus bölməsində 252.73 bal olub. Bu da rus bölməsinin nəticələrinin üstün olduğunu göstərir. Azərbaycan və rus bölmələri abituriyentlərinin orta bal göstəriciləri arasındakı fərq 2015-ci ilə nəzərən 39.80 faizdən 40.81 faizə qədər artıb. Azərbaycan bölməsində abituriyentlərin yalnız 43.49, rus bölməsində isə 54.47 faizi 200-dən çox bal toplayıb. 2016-cı ildə olduğu kimi, 2017 və 2018-ci tədris illərində də rus bölməsində təhsil alan şagirdlərin nəticələri Azərbaycan bölməsində oxuyanlardan yüksəkdir. Şagirdlərinlərin rus bölməsinə getməsinin qarşısını almaq üçün ilk növbədə Azərbaycan bölməsində təhsilin keyfiyyətini qaldırmaq lazımdır”.
Qeyd edək ki, hazırda ölkədə 340 orta məktəbdə 90 min şagird rus dilində təhsil alır. Bu, orta məktəblərin 7,6 faizində tədrisin rus dilində aparılması, ölkədə ümumən şagirdlərin 6,3 faizinin rus dilində təhsil alması deməkdir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar