Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nobel mükafatına layiq görülməyən dahi qadınlar - ŞƏKİL

Tarix: 08-03-2019 21:47     Baxış: 4222 A- / A+
Nobel mükafatına layiq görülməyən dahi qadınlar - ŞƏKİL

Bu gün qadınlar cəmiyyətimizin aparıcı qüvvəsidir. Dünyanın müxtəlif ölkələrində qadınlar ictimai-siyasi, elmi və mədəni həyatda ciddi rol oynayırlar və söz sahibidirlər. Lakin elmi tədqiqatlar sahəsində uzun müddət qadınlar kişi həmkarlarının kölgəsində qalıb. Yaxud hansısa ciddi elmi ixtiranın məhz qadın tərəfindən edilməsi elmi və ictimai dairələrdə mümkünsüz hesab olunub. Son onilliklərə qədər xüsusilə dəqiq və təbiət elmlərində əsas söz sahibi kişilər olublar.


Beynəlxalq Qadınlar Günü münasibətilə İsveçrənin "Neue Zürcher Zeitung” qəzetində dərc olunan məqalə əldə etdikləri elmi nəticələrə görə layiq olduqları mükafatları almayan, ixtiralarına görə Nobel mükafatının onlara deyil, kişi həmkarlarına nəsib olduğu qadın dahilərə həsr edilib.

Məqalədə oxuculara ilk olaraq amerikalı astronom Henriyetta Sven Livitt (1868-1921) haqqında söhbət açılıb. Harvard Universiteti Rəsədxanasında saatda 25 sent məvaciblə "kompüter” olaraq çalışan H.Livitt gecə səmasının fotolarında müxtəlif ulduzların analizi ilə məşğul olub, fotolar əsasında onların parlaqlığını ölçüb. Sırf riyazi hesablama işləri apardıqlarına görə, rəsədxana rəhbəri Edvard Pikerinq Henriyetta və digər əməkdaşları kompüter adlandırıb. H.Livitt analiz və hesablamaları nəticəsində Sefeid dəyişkən ulduzlarının işıqsaçma gücü və dövriliyi arasında əlaqəni aşkara çıxarıb, kainatın "Süd yolu” (Kəhkəşan) ilə məhdudlaşmadığını isbatlayıb. O, bir növ kainatda ulduzlararası məsafəni müəyyən etmək üçün ölçü metodları təqdim edib. Bütün bu elmi nailiyyətlər isə rəsədxana rəhbəri Pikerinqin adı ilə nəşr olunub. Livittin adı isə ən yaxşı halda yalnız araşdırma iştirakçısı kimi qeyd edilib. Livittin Sefeidlərarası dövrilik və işıqsaçma gücü arasında əlaqə metodundan yararlanan Edvar Habbl 1920-ci ildə Andromeda dumanlığının "Süd yolu”nda yerləşən ulduz topası deyil, ona ən yaxın yerləşən ayrıca qalaktika olduğunu isbat edib.

Elmi nailiyyətləri ilə kölgədə qalan qadınlar arasında avstriyalı fizik Lize Maytnerin (1878-1968) adı da qeyd edilməlidir. Vyanada doğulan yəhudi əsilli alim nasist Almaniyasında təqib olunduğuna görə Berlindəki elmi araşdırmalarını İsveçdə davam etdirib. O, 1938-ci ildə uran atomlarının parçalanmasını elmi şəkildə sübuta yetirib. Lakin nüvə parçalanması ixtirasına görə Nobel mükafatını L.Maytner deyil, Berlində əməkdaşlıq etdiyi almaniyalı professor Otto Hahn alıb.

Amerikalı genetik Netti Stevens (1861-1912) apardığı tədqiqatlar nəticəsində 1905-ci ildə ilk dəfə X və Y xromosomlarının doğulacaq körpənin cinsiyyətini müəyyən etdiyini sübuta yetirib. Bu kəşfə baxmayaraq, elm aləmi eyni kəşfi bir neçə ay sonra etmiş Edmund Vilsonun nəticələrini qəbul edib.

Yaxud da britaniyalı astrofizik Coselin Bernell (1943) hələ doktoranturada təhsil alarkən 1967-ci ildə ilk dəfə pulsar adlanan ulduzları müşahidə edib. Pulsarlar elektromaqnitik radiasiya şüası yayan yüksək məqnitləşmiş və böyük sürətlə dönən neytron ulduzları olub müşahidə edildikdə bir növ mayaka bənzəyirlər. 1974-cü ildə bu ixtiraya görə Nobel mükafatı isə Bernellin elmi rəhbəri Antoni Heviş və Martin Rayla təqdim olunub.

Elm aləmində qadın alimlərin nailiyyətlərinin inkar edilməsi və ya lazımi diqqətə layiq görülməməsi, eləcə də onların araşdırmalarının kişi həmkarlarının adına çıxılması "Matilda effekti” adlanır. Həmin məsələni ilk dəfə amerikalı qadın haqları müdafiəçisi Matilda Keyc ictimailəşdirdiyi üçün bu, elmi dairələrdə onun adı ilə tanınır. (AZƏRTAC)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar