Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Enerji və batareya ilə bağlı bildiyimiz yanlış məlumatlar

Tarix: 07-03-2019 09:04     Baxış: 3264 A- / A+
Enerji və batareya ilə bağlı bildiyimiz yanlış məlumatlar


Mobil telefonlar artıq bir neçə ildir ki, həyatımızın ayrılmaz parçasına çevrilib və telefonlarla bağlı ən böyük problemlərdən biri də batareya və enerji ilə bağlıdır.Bəs batareya haqqında bildiyimiz bəzi məlumatlar həqiqətən doğrudurmu? Bu məqalədə batareya ilə bağlı olan və hamının demək olar bildiyi məlumatların doğru olub olmadığını sizlərə çatdıracağıq.

1.Telefon enerji toplayarkən istifadə etmə, əlində partlayar!


-Doğrudur buna inanan kütlə mövcuddur.Onlar həqiqətən elə bilirlər ki, telefon enerji toplayan zaman ondan istifadə etmək təhlükəlidir.Lakin texnologiyanın və şirkətlərin inkişafı o səviyyəyə çatıb ki,artıq istehsal olunan telefonlar əlbətdə ki, bu tip testləri keçdikdən sonra bazara çıxarırlır.Təbii ki, əgər siz saxta adapterlərdən usb bağlayıcılardan istifadə edirsinizsə, o zaman hər an təhlwkə altındasınız və hər hansı partlayış heç də sizi təəccübləndirməsin.

2.Telefonu bütün gecə enerjidə saxlamaq zərərlidir bu həm batareya ömrünü azaldar həmdə yanğına səbəb ola bilər.

-Bu cür məsləhətlərlə də yəqin ki, tez-tez qarşılaşırsınız xüsusilə valideynlər bunun əlehinədir. Manevr.az technote.az-a istinadən bildirir ki, müasir mobil telefonlar özləri batareyanın dolmasını müəyyən edəcək funksiyalara sahibdirlər.Əgər mobil teleonun batareyası tam dolu olarsa, bu zaman telefon avtomatik olaraq batareyaya gələn enerjini dayandırır və bunun nəticəsində batareya zərər görməmiş olur.Digər tərəfdən mütəxəssislər bateryanın 40%-80% arasında saxlamağı məsləhət görürlər bu batereya ömrü üçün faydalıdır.Bir daha qeyd edək ki, əgər siz saxta məhsul və enerji toplayıcılardan istifadə edirsəniz bu halların baş verməsi istisna deyil ən azından dünyada baş verən hadisələrə nəzər salın .2 həftə əvvəl saxta enerji toplayıcı istifadə edən şəxs enerji axınına məruz qalaraq həyatını itirmişdi.

3.Telefonu enerjiyə taxmazdan əvvəl ilk növbədə batareyanın tam boşalmasını gözlə.


Yəqin ki, bu cür məsləhətlərlə hamınız üzləşmisiz.Bu termin müasir dövrdə istifadə olunan lityum-iyon batareyalar üçün keçərli deyil və çox köhnə batareyalarda bundan istifdə olunurdu və həmin məsləhət o dövrdən günümüzə qədər gəlib çatmışdır.

4.Telefonu ilk dəfə alanda 24 saat enerjidə saxlayın.


Yenə köhnə model nikel batareyalar üçün keçərili olan bir məsləhət. 24 saat çox böyük rəqəmdir əslində köhnə batareyaları belə 16 saat enerjidə saxlamaq kifayət edərdi.Ən yaxşısı isə ilk 2-3 günü davamlı olaraq istifadə etmək və enerji ilə qidalandırmaq məsləhət görülərdi.Lakin müaris batareyalarda bu rəqəm 6 saatdır.İstehsalçı fərqi ilə isə bu rəqəm daha aşağılara düşür.Texnologiyanın inkişafı artıq bir neçə saat və dəqiqəyə tam dolmaq bacarığına sahib batereyaların istehsalına gətirib çıxarıb.

5.Telefonun rəsmi istehsalçısı tərəfindən istehsal olunmayan adapter və usb bağlayıcılardan istifadə etməyin.


-Saxta,lisenziyasız məhsullar istisna olmaqla telefonunuzu başqa model telefonların adapterləri ilə rahatlıqla enerji ilə təmin edə bilərsiniz.Bu zaman sırf telefonun öz adapterinin üstünlyü ondadır ki, məhz həmin adapterlə daha qısa zamanda enerji ilə batareyanı təmin etmək olar.Yəni yuxarıda qeyd olunurki, telefonu yalnız və yalnız öz adapteri ilə enerjiyə qoşun.Lakin qeyd edək ki,siz başqa model telefonların adapterlərindən istifadə zamanı problemlə üzləşməyəcəksiz yetər ki, istifadə etdiyiniz məhsul saxta və lisenziyasız olmasın.Bu halda heç bir problem yaşanmaz.

6.USB vasitəsilə telefona enerji ötürmək batareyanın ömrünü azaldır.

-Təbii ki,qeyd olunan fikir də yanlışdır.USB ilə enerji qidalanması zamanı yeganə fərqli olan məqam USB daha aşağı amper istifadə etdiyi üçün batareya gec dolur.Yəni,telefonunuzu kompüter vasitəsilə rahatlıqla enerji ilə təmin edə bilərsiniz.Bu zaman batareya daha az aşınar və əksinə batareyanıza ziyanı yox xeyri olar.

7.Batareyanın yüksək temperaturda qızması zərərlidir.

-Müsir lityum-iyon batareyaların qızması əslində normal haldır.En sağlam istifadə batareyanı oraq temperaturunda saxlamaq və kəskin temperatur dəyişikliyinə icazə verməməkdir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar