Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Vəzifəsini itirənlər sağlamlıqlarını da itirir - SƏBƏBLƏR

Tarix: 14-02-2019 10:06     Baxış: 4306 A- / A+
Vəzifəsini itirənlər sağlamlıqlarını da itirir - SƏBƏBLƏR


Mütəxəssislər uzun illər vəzifədə olan şəxslərin işdən azad edildikdən sonra keçirdikləri sarsıntıların səbəblərini izah edir
Vəzifəsini itirən məmurların xəstələnməsi, yatağa düşməsi Azərbaycanda tez-tez rast gəlinən haldı. İşdən çıxarılan nazirlərin, başqa yüksək rütbəli məmurların müalicə üçün xarici ölkələrə, ya da elə yerli xəstəxanalara müraciət etməsi halları geniş yayılıb. İlkin rəylər belədir ki, bu, bir çox hallarda psixoloji gərginliyin nəticəsidir. Gərginlik bir çox xəstəlik ocaqlarını tətikləyir və nəticədə uzun illər gərgin şəraitdə çalışan məmurun sağlamlığında daha öncə özünü göstərən problemlər birdən-birə partlayış kimi üzə çıxır. Bunun səbəbi nədir? Niyə vəzifəsini itirən məmurlar az sonra sağlamlıqlarını da itirir?

Məsələn, 20 ilə yaxın Bakı Dövlət Universitetinin (BDU) rektoru postunu tutmuş Abel Məhərrəmov vəzifədən çıxarılandan 2 ay sonra xəstəxanaya aparılıb. Məlumata görə, Abel Məhərrəmov xəstəxanaya ürək çatışmazlığı diaqnozu ilə daxil olub. Hazırda sağlıq durumunda problem olmadığı deyilir.

Abel Məhərrəmovdan əvvəl isə uzun illər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri postunu tutmuş Əli Həsənovun səhhətində problem yaranıb. Respublika Müalicəvi Diaqnostika Mərkəzində müayinə zamanı Əli Həsənovun böyrəklərində, ödündə və digər orqanlarında problemlərin olduğu aşkarlanıb.

Vəzifəsini itirənlər sağlamlıqlarını da itirir - SƏBƏBLƏR


Sabiq vergilər naziri Fazil Məmmədov da hazırda xəstəxanadadır. O da bir çox xəstəlikdən əziyyət çəkir.

Tanınmış sosioloq Əhməd Qəşəmoğlu deyir ki, ümumilikdə hər kəs xəstələnə bilər: “Vəzifəni itirmək, vəzifədə olduğu müddətdə qazandıqlarının hamısını itirmək qorxusu, psixoloji sarsıntıya səbəb olur. Bir çox hallarda yaxın tanışlar adama salam vermir, əvvəlki hökm olmur. İnsan uzun müddət vərdiş etdiyi mühiti itirir. Psixologiyada geniş yayılıb ki, insanlar vəzifələrini tez-tez dəyişməlidirlər, çünki bir vəzifəyə vərdiş edəndə ətrafındakılara baxışı, özü haqda fikirləri fərqli olur. Bu məsələlər elmdə kifayət qədər işlənib”.

Əhməd Qəşəmoğlu deyir ki, bir insan böyük alimdirsə, vəzifədən çıxarılandan sonra gedir öz işi ilə məşğul olur: “Əksərən belə insanların səhhətlərində vəzifədən çıxarılandan sonra ağırlaşma hiss edilmir”.

Vəzifəsini itirənlər sağlamlıqlarını da itirir - SƏBƏBLƏR


Tanınmış sosioloq özünün vəzifədən çıxarılmasını da xatırlayıb: “O dövrdə Milli Məclis yanında ”Humanitar Tədqiqatlar və Proqnozaşdırma Mərkəzi"nin rəhbəri idim. Oranı ləğv etdilər. O dövrdə qohumlarım, dostlarım dilxor olmuşdu ki, niyə belə oldu. Mən isə sevinirdim, heç vecimə də deyildi. Gedib elmlə, yaradıcılıqla məşğul oldum, kifayət qədər uğurlarım oldu. Bu gün də sevinirəm ki, o işdən canım qurtardı. Saleh Məmmədov maliyyə naziri vəzifəsində idi, çıxardılar. Onun heç vecinə olmadı, getdi yaradıcılıqla, elmlə məşğul oldu. Belə misallar da var. O insan ki, həyatının mənasını vəzifədə, vəzifəni əldə saxlamaqda, əldə etdiyi səlahiyyətlərdə, imkanda görür, onlar psixoloji olaraq barışa bilmirlər. Onlarda stress yaradır. Sovet dövründə Rəsul Rza kino naziri, Səməd Vurğun vəzifə sahibi olublar, amma işdən çıxarılanda heç bir sağlıq problemləri olmurdu. Çünki şair idilər, cəmiyyətdə tanınırdılar. Yəni bütün problemin kökü insanın öz həyatının mənasını nədə görməsində, nələrə üstünlük verməsində, hansı dəyərlərin onun üçün mühüm olmasındadır".
Vəzifəsini itirənlər sağlamlıqlarını da itirir - SƏBƏBLƏR


Psixoloq Fərqanə Mehmanqızı deyir ki, istər vəzifəli, istər vəzifəsi olmayan şəxs vərdişlərini dəyişirsə, həyat tərzini dəyişdiyi zaman müxtəlif stresslər yaşayır.

Psixoloq vəzifədən çıxarılan şəxslərə mətbuatda yazılanların da təsirsiz ötüşmədiyi qənaətindədir: “Media, ictimai rəy kimi istəsə rəzil də edə bilər, vəzir də. Təbii ki, vəzifədən çıxarılmış şəxslər barələrində nə danışılmasını, qəzetlərdə haqlarında nələrin yazılmasını diqqətlə izləyirlər. Belə şəxslər haqda neqativ danışılır, yazılır, ən pis ssenarilər qeyd olunur. Bu da həmin şəxslərin sağlığına təsirsiz ötüşmür, gizli qalan xəstəliklərinin də üzə çıxmasına yol aça bilir”.musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar