Xəbər lenti
Diqqət: Qrip öldürə bilər!
Qrip öskürək, yaxud asqırma zamanı hava-damcı yolu ilə digər insanlara ötürülür. Yüksək hərarət, əzələ ağrıları, öskürək, başağrısı və xroniki yorğunluq və s. qripin əlamətləridir. Xəstəlik adətən 2-7 gün müddətində davam edir.
Qripə yoluxanların çoxu tam sağalır. Lakin bəzən qripin ağırlaşmaları ölümlə də nəticələnə bilir. Xəstəliyin ağırlaşmasına körpələr, yaşlılar, hamilə qadınlar, immun sistemi zəif olan şəxslər, ürək və ya ağciyər xəstəliyindən əziyyət çəkənlərdə daha çox rast gəlinir.
Qrip virusunun A, B və C tipli 3 növü var. İnsanlar arasında daha çox A və B tipli virus geniş yayılıb. Qış fəslində qrip virusunun müxtəlif növləri epidemiyaya çevrilərək, yoluxma ehtimalını artırır. Bu, mövsümi qrip adlanır. Mövsümi qrip epidemiyası dövründə yayılmış qrip virusuna yoluxma ehtimalı daha çoxdur. Qış aylarında bu dövr əksər hallarda 6-8 həftə davam edir.
Qripə qarşı peyvənd 1 il ərzində mövsümi qripə yoluxma halının qarşısını alır. Qripə qarşı peyvənd olunan hər 10 nəfərdən 7-8-də xəstəliyə qarşı immunitet güclənir. İmmunizasiya hər il, adətən, oktyabr və ya noyabr aylarında aparılır.
Qripə yoluxmamaq üçün hər il peyvənd olunmaq lazımdır. Qripə qarşı peyvənd öskürək, soyuqdəymə və qripə bənzər xəstəliklərə səbəb ola biləcək digər viruslu infeksiyanın qarşısını almır, yalnız növbəti qışda baş verməsi gözlənilən spesifik qrip virusunun qarşısının alınması üçün edilir.
Yaşı 65-dən yuxarı olan şəxslərə, davam edən (xroniki) ağciyər xəstəliyi, xroniki ürək xəstəliyi olanlara - stenokardiya, ürək çatışmazlığından əziyyət çəkənlərə, yaxud nə vaxtsa infarkt keçirənlərə, ağır böyrək xəstəliyi olanlara (nefrotik sindrom, xroniki böyrək xəstəliyi, böyrək çatışmazlığı, böyrək köçürülməsi), sirroz kimi ağır qaraciyər xəstəliyi olanlara, diabet xəstəliyindən əziyyət çəkənlərə, immuniteti zəif olanlara, məsələn, kimyaterapiya və yaxud steroid müalicəsi alanlara (bir aydan çox), QİÇS xəstəliyi olanlara və ya dalağı çıxarılanlara, dağınıq skleroz kimi ağır sinir sistemi xəstəliyi olanlara və yaxud keçmişdə insult keçirən şəxslərə, xroniki xəstələr üçün müalicə mərkəzi və yaxud uzun müddətli qayğı mərkəzində müalicə alan şəxslərə payız fəslində mövsümi qripə qarşı vaksin edilməsi tövsiyə olunur.
Bu vaksinin tənəffüs yolları infeksiyasına yoluxan uşaqlara edilməsi də məsləhət görülür.sonxeber
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar