Xəbər lenti
Təhlükəli kolbasa və sosislər: "Xaricdən gətirilən məhsulların tərkibi daha zərərlidir"
Qış mövsümündə kolbasa və sosislər əksər ailələrin süfrəsində vazkeçilməz nemətə çevrilir. Xüsusən də səhər yeməyində bu nemətlərə tez-tez rast gəlirik. Hazırda satışda müxtəlif qiymətə, müxtəlif çeşiddə kolbasa və sosis məhsulları var ki, onların da əksəriyyətinin ya tərkibi haqqında məlumatlı deyilik, ya da diqqət etmirik.
Artıq hər kəsə məlumdur ki, bu cür məhsulların istehsalı zamanı çoxlu sayda müxtəlif kimyəvi maddələr vurulur. Həmin maddələr əsasən məhsulun dadını, rəngini və iyini xoşagəlimli edir. Bundan başqa əlavə məhsula lazım olan qatı konsistensiya vermək, onun həcmini və saxlama müddətini artırmaq üçün də müxtəlif kimyəvi maddələrdən istifadə edilir, hansı ki, həmin maddələrin bir hissəsi insan oranizmi üçün çox ziyanlıdır.
Bu baxımdan həkimlər hər zaman kolbasa və sosis məhsullarının insan sağlamlığı üçün xeyirli olmadığını bildirir. Məsələn, ekspertlər qeyd edir ki, bütün kolbasa məhsullarına əlavə olunan nitratlar (natrium nitriti) orqanizmdə güclü kanserogen təsirinə malik olan birləşmələr (nitrozaminlər) əmələ gətirir. Nitratların kolbasada əsas "vəzifəsi" məhsula xoşagəlimli xarici görünüş vermək və onun saxlanma müddətini artırmaqdır. Beləliklə, tez-tez kolbasa məhsulları qəbul edən insanın orqanizmində xərçəng hüceyrələrin əmələ gəlməsi prosesi sürətlənir. Təbii ki, immun sistemimiz bu hüceyrələri daim zərərsizləşdirir. Lakin immun sistemimiz müxtəlif səbəblərə (xəstəlik, stress və s.) görə zəifləyə bilər ki, bunun nəticəsində "sağ qalmış" xərçəng hüceyrələri çoxalaraq xərçəng şişini əmələ gətirər. Bu harada xatırladaq ki, ötən il avropalı alimlər həyəcan siqnalı verərək bildirirdilər ki, kolbasa məhsulları daha çox qadınlarda xərçəng yarada bilir. Belə ki, tədiqat nəticəsində məlum olmuşdu ki, gündə cəmi 9 qram kolbasa məhsulu qəbul edən qadınlarda döş xərçənginin inkişafı ehtimalı 15 faiz artıq olur. Dünya Səhiyyə Təşkilatı da bütün kolbasa və emal olunmuş ət məhsullarını siqaret ilə eyni səviyyədə birinci kateqoriyada kanserogen elan edib. Təşkilat bəyan edib ki, bu qidaları hər gün qəbul edən şəxsdə xərçəng riski 20 faiz artır.
Kolbasalarda daha bir ziyanlı maddə fosfatlardır. Orqanizmə daim yüksək dozalarda fosfatlar daxil olduqca kalsium və fosforun balansı pozulur, nəticədə osteoporoz xəstəliyi inkişaf etməyə başlayır. Əgər kolbasanın rəngi çox parlaqdırsa, deməli məhsulda fosforun miqdarı yetərincə çoxdur.
Bəzən satışda etiketi olmayan, ev şəraitində hazırlanan kolbasalar da rast gəlirik. Bu cür kolbasaların qiyməti nisbətən ucuz olduğu üçün bir çox hallarda alıcıların diqqətini cəlb edə bilir. Təbii ki, ucuz qiymətə satılan kolbasa və sosisqalar daha da zərərli ola bilir. Çünki bu məhsulların tərkibində ət demək olar ki, olmur. Onların əsas tərkibi paxlalı bitki, heyvan dərisi, sümükləri və digər tullantı hissələri, selliloz və ətə bənzər kimyəvi maddələrdən ibarət olur.
Bəzən qeyd edirlər ki, ölkə xaricindən, o cümlədən Rusiyadan gətirilən kolbasa və sosisqalar daha keyfiyyətli və təhlükəsiz olur. Lakin bu məhsulların qiyməti yerli istehsaldan bəzən iki dəfə baha olduğundan hər kəs üçün əlçatan olmur.
Bəs, ekspertlər nə deyirlər?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mövzu ilə bağlı musavat.com-a danışıb. E.Hüseynov qeyd edib ki, xarici ölkədən gətirilən kolbasaların tərkibində kimyəvi qatqılar daha çoxdur: "Həmin məhsulların uzunmüddətli qalması üçün daha çox kimyəvi qatqılar vururlur ki, bu da insan orqanizmi üçün ziyandır. Bunun üçün də əsasən yerli istehsal olan kolbasa və sosis məhsullarına üstünlük vermək lazımdır.
Yerli istehsala gəldikdə isə hazırda ölkəmizdə 30-a yaxın kolbasa və sosis istehsal edən müəssisə var. Onların arasında standartlara uyğun, ətdən kolbasa istehsal edən də, xüsusi nişanı olmayan müəssisələr də var.
Lakin vaxtaşırı üzərində etiketi olmayan, tərkibi aydın göstərilməyən təhlükəli kolbasalar da satılır. Bu cür məhsulların rəngi daha çox qırımızı, üzəri parlaq olur. Həmin məhsullardan imtina etmək lazımdır".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar