Xəbər lenti
DİQQƏT: Bu vərdişlər siqaretdən daha təhlükəlidir!
Həmişə siqaretin ziyanlarından, onu tərgitməyin vacibliyindən danışılır. Amma hər kəsin həyatında onu hər gün zəhərləyən və ziyan verən başqa vərdişlər də var. Həyatımıza heç bir təsiri olmadığını düşünməklə necə də yanılırıq...
İdmana gedib sağlam qidalansaq da, alkoqol və siqaretdən imtina etsək də, paxıllıq etməyə, inciməyə və şikayətlənməyə davam edirik. Bəlkə, bunları da tərgitməliyik?
Hər insan həyatında bir dəfə də olsa, bu hissləri keçirib. Bir dəfə olsa, yaxşıdır, biz onları tez-tez yaşayırıq və sanki bu həyatın keyfiyyətinə heç cür təsir etmirmiş kimi narahat olmuruq. Amma həyatımıza təsirini bilsəydik, bir an içində onları tərgitməyə çalışardıq.
Etdiyimiz hər şey, əslində, bir məqsədə çatmağa istiqamətlənib - xoşbəxt olmaq. Amma bu vərdişləriniz olsa, nə etsəniz də, xoşbəxt ola bilməyəcəksiniz və buna səbəb maddi vəziyyətin aşağı olması, dostlar və sevdiyiniz adamla problemlər, sevimli məşğuliyyətin olmaması deyil. Həyatınızda nə cür mükəmməl şərait və vəziyyət olsa da, yenə də narazı olacaqsınız. Lifehacker.ru dörd zəhərli vərdişi təqdim edir:
1. Paxıllıq
Bu, elə bir aldadıcı hissdir ki, nə öz uğurlarına, nə də başqalarının uğurlarına sevinməyə imkan verir. Sosial şəbəkələr bu hissin yaranmasını daha da asanlaşdırıb.
Yuta Ştat Universitetinin sosioloqlarının 435 tələbə arasına keçirdikləri sorğu nəticəsində məlum olub ki, insanın həyatına olan münasibəti sosial şəbəkələrdə keçirdiyi zamandan asılıdır. Digər həyatlara, daha doğrusu, onların redaktə olunmuş təsvirlərinə nə qədər baxsanız, o qədər də başqalarının sizdən daha xoşbəxt və rahat yaşadıqlarını düşünəcəksiniz. Real həyatda paxıllıq hissi yaşayanlar kifayət qədərdir.
Nə etməli?
Əgər bircə gün paxıllıq etdiyiniz insanla yerlərinizi dəyişdirsəydiniz, bu, sizin xoşunuza gəlməzdi. Hər kəsin öz mübarizəsi və mükafatı var. Özünüzü heç kimlə müqayisə etməməlisiniz, hər kəsin fərqli keçmişi olub. Heç kimin müqayisə olunacaq dərəcədə eyniliyi yoxdur.
Hərənin öz həyat yolu var və çətinlik, problemlərlə mübarizə apararaq, onları həll edib rahat həyata qovuşmağa çalışırlar. Hər kəs əlində olan yeganə həyatın ən yaxşı versiyasını yaşamağa çalışır. Bunu digərlərinin əlindən almağa çalışmaq eqoistlikdir.
2. İncimək
İncimək hissini araşdırsaq, gözləntilərlə reallığın üst-üstə düşmədiyindən yarandığını görərik.
Məsələn, yolda yıxılırsınız və əlinizdəki ərzaqlar ətrafa dağılır. Yanınızda heç kim yoxdur, yaxınlıqda kor dilənçi dayanıb insanlardan sədəqə istəyir. Siz onun kömək edəcəyini heç düşünmürsünüz də, buna görə də heç bir inciklikdən söz gedə bilməz. Amma əgər orada iş yoldaşınız olsaydı və heç nə etmədən dayanıb baxsaydı, onda incikliyiniz ciddi olacaqdı, hətta bəlkə də, ömürlük.
Bu neqativ emosiyalar sizi hələ uzun müddət izləməyə davam edir. Həmin insanla bağlı istənilən xatırlamada içinizdə neqativ emosiyalar vulkanı püskürəcək, köhnəlmiş incikliklər sağlamlıq üçün daha da ziyanlıdır, müalicə oluna bilməyən travmalar kimi.
Necə xilas olmaq?
Bunun üçün, sadəcə, insanlardan heç nə gözləməməyi öyrənmək lazımdır. İnsanlar sizə heç nə - ən adicə, nəzakətli, xoş, qayğıkeş, anlayışlı, dostcanlı olmağa da məcbur deyillər. Hər şeyi olduğu kimi qəbul edin.
Əlbəttə, bu, o demək deyil ki, siz sizə kobudluq edənlərlə danışmalısınız. Sadəcə, seçimlər edin, kimlərlə danışmağa davam etməyi, kimlə sağollaşmağı qərarlaşdırın. İnciklik hissi olmadan həyat daha asan olacaq.
3. Şikayətlənmək
Şikayətlənmək vərdişə çevriləndən sonra həyatın necə keçməsindən asılı olmayaraq, insan deyinməyə, narazı olmağa nəsə tapır. Həmişə deyinən insan həyatındakı pozitiv məqamları görə bilmir, şükür etməyi bacarmır, həyatında ancaq mənfi hadisələri görür və hər kəsə də bu haqda danışır.
Həyatın obyektiv kadrı, dəyəri yoxdur, ancaq sizin gördüyünüz kimidir. Ancaq neqativi görürsünüzsə, demək, elədir. Bu, nə üçündür? Ətrafdan sizə yazığı gələn və üzülən baxışlar üçün?
4. Mühakimə
Rahatlıqla digərlərini mühakimə edib qınayırıq. Yaşından və cinsindən asılı olmayaraq, hər kəs qeybət edir. Mühakimənin iki tərəfi var: digərlərini mühakimə və özünü mühakimə. Bu, içinizdəki sevgini öldürür və insanı mənfi emosiyalarla doldurur.
Nə etməli?
Dünyada hər kəsin səhv etmək hüququ var, digər heç kimin beynində yaşamamışıq, onun yaşam tərzini, əvvəllər necə yaşadığını, ağlında hansı fikirlərin fırlandığını bilə bilmərik. Belə olan halda, mühakimə etmək futbol oyununda stadionda nə baş verdiyini görmədən oyunu ancaq tribunadakı qışqırıqlar əsasında təsvir edib, fikir bildirməyə bənzəyir.
Özünü - ən yaxşı tanıdığın insanı mühakimə etmək isə, sadəcə, bilin ki, heç vaxt heç nəyə aparıb çıxarmayacaq. Bəlkə də, bu vərdiş sizə valideylərinizdən keçib, bilin ki, o, heç vaxt motivasiya etmir, ruhlandırmır. Əksinə, özünüzü uğursuz hiss etməyinizə, bununla barışıb əzab çəkməyinizə səbəb olur.
Bəzən özünüzə yazığınız gəlməyə başlayır. Bunu özünütənqidlə əvəz etmək olar. O halda insan, sadəcə, düzgün etmədiklərini görüb üzərində işləyir, özünü sevərək daha yaxşı biri olmağa çalışır.
Bütün ziyanlı vərdişləri tərgitməyin belə bir üsulu da var. 21 gün köhnə vərdişi tərgitmək və ya yeni vərdiş qazanmaq üçün kifayət edən vaxtdır. Yəni, sadəcə, 21 gün ərzində bunları etməsəniz, onlar artıq sizin vərdişiniz olmayacaq./sia.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar