Xəbər lenti
Azərbaycanlı yeni icadı ilə hamıya meydan oxuyur - FOTO
Yaşamaq üçün suyun nə dərəcədə vacib olduğu hər kəsə məlumdur. Dağlıq ərazilərdə yaşayanların su təchizatı isə olduqca çətin olur. Odur ki, çoxları çıxış yolunu öz həyətlərində artezian quyuları qazmaqda görür. Lakin dağlıq yerlərdə quyu qazmaq üçün mütləq xüsusi texnika gərəkdir. Əksər yerlərdə isə artezian quyusu qazmaq üçün Sovet istehsalı və qabaritləri olduqca böyük olan "Ural" markalı yük avtomobillərindən istifadə edilir.
Lerik rayon Pirzəkücə kənd sakini, əvvəllər sürücü işləmiş Nemət Əliyev isə artezian qazmaq üçün yeni texnika icad edib.
Manevr.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, onun dediyinə görə, ərsəyə gətirdiyi qurğunu hazırlamaq üçün xarici ölkələrin istehsalı olan avtomobil və digər texnikaların hissələrindən faydalanıb: "Bu maşını artezian su quyularını qazmaq üçün yığmışam. Hətta SSRİ-nin istehsal etdiyi "DT-75" traktorunun, "Zaporojets" avtomobilinin hissələrindən belə, istifadə etmişəm".
N.Əliyevin icad etdiyi texnika ölçüsünə görə "Ural"lardan kiçik olsa da, qazma gücü onlardan üstündür. Həmçinin az yanacaq sərf edir: "Maşının motoru dizel yanacağı ilə işləyən "Mercedes Benz-Vito" markalı "Minivan" avtomobilinindir, həcmi 2,3 kub santimetrdir, 130 at gücündədir. Yanacaq sərfiyyatı olduqca azdır. Digər quyu qazan maşınlardan qat-qat qənaətcildir. Bir gün ərzində cəmi 15-18 litr yanacaq sərf edir".
N.Əliyev onu da vurğulayıb ki, ixtira etdiyi qurğunun ölçüsü digər quyu qazan maşınlardan çox kiçikdir: "Qazma oxu 4 metrdir, özünün uzunluğu isə cəmi 3 metr 30 santimetrdir. Bu texnikanın üstünlüyü həm də ondadır ki, ölçüsü kiçik olsa da, Sovet istehsalı olan quyuqazan maşınlardan daha dərin qaza bilir. Digər artezian quyuqazan avtomobillərə porşenli su nasosu quraşdırılıb, mən isə buna təsərrüfatda işlədilən mərkəzləşdirilmiş su nasosu qoşmuşam".
Maraqlısı odur ki, bu texnikanı yaradanda ixtiraçının əsas məqsədi traktor düzəltmək imiş: "Prezident İlham Əliyev "İslam oyunları"nın simvolu olaraq suyu müəyyənləşdirikdən sonra mən də fikrimi dəyişdim. Artezian quyusu qazan maşın yaratmağı qərara aldım. Allaha şükür, tam ərsəyə gətirmişəm, ancaq hələ ki, xüsusi ad verməmişəm. Bu texnikanın ideyası mənə aiddir və heç kimin köməyi olmadan, təkbaşına yığmışam. Maşının cəmi 3 detalını zavod şəraitində düzəltdirmişəm. Yerdə qalan bütün işləri tokar, elektrik qaynağı və s. hamısını özüm görmüşəm. Təxminən, 18 ay bundan əvvəl bu maşını yığmağa başladım və ötən ay bitirdim".
"Maddi vəziyyətim tam əl vermədiyi üçün bu maşını yığmağa görə bankdan kredit götürmüşəm. Qurğunu tam hazır vəziyyətə gətirmək üçün 38-40 min manat xərcim çıxıb. İşimi dövlət səviyyəsində tam təkmilləşdirsəm, bu texnikadan çoxmərtəbəli binaların istinad divarlarının, elektrik dirəklərinin bünövrəsinin qazılmasında, hətta ağac əkmək üçün də istifadə etmək olar" - deyə müsahibimiz qeyd edib.
N.Əliyev düzəltdiyi texnikaya dövlət səviyyəsində ad verilməsini və dövlət səviyyəsində istehsal edilməsinə başlanılmasını istəyir. Gələcəkdə isə mini traktor yığmağı planlaşdırır. Yəni ölçüləri "Pikap" avtomobillərinin yük yerlərində daşına biləcək qədər kiçik, gücü isə ölçüsündən çox böyük olsun.
Müsahibimiz onu da bildirib ki, yaratdığı texnika quyu qazdırmaq istəyən sakinlərə çox sərf edir: "Əvvəlki texnikalara boş torpaq qatının 1 metrini 25-30 manata qazdırırdılarsa, mən 15-20 manata qazıram. Daş laylarda isə təbii ki, qiymət dəyişir. Qazılan quyunun məkanından çox şey asılıdır. Boş torpaq və ya çınqıl olanda yaratdığım maşın bir günə öz işinin öhdəsindən gəlir. Torpaq səthinin altında qaya və ya daş qatı varsa, qurğu ancaq 1,50 və ya 1,80 metr qaza bilir".
Qeyd edək ki, N.Əliyevin bu günə kimi qazdığı ən dərin quyu 56 metr olub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar