Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Günahın özündən də pis olan dörd xislət

Tarix: 25-11-2018 19:49     Baxış: 3241 A- / A+
Günahın özündən də pis olan dörd xislət


Qurani Kərimdə Mütəal Allah bəzən insanı tərifləyir, yəni onu izzət, şərəf sahibi bilir, bəzən də insanı günahkar, ziyan içində olan adlandırır.

Təfsir alimləri bu mətləbə aydınlıq gətirərək insanı iki mövqedən xarakterizə edirlər. Biri insanın zati xüsusiyyət və potensialı, ikincisi isə insanın əldə etdiyi mənəvi vəziyyəti.

Manevr.az islaminsesi.info-ya istinadən bildirir ki, insan Allahı tanımaq, Ona bəndə olmaq, ibadət etmək, dərrakəyə və qəlbə (ruha) malik olmaq baxımından maxluqat içərisində misli olmayan bir varlıqdır. Bu potensial və qabiliyyət insana şərəf və izzət qazandırır və bu daimi olaraq onun Allah tərəfindən bəxş edilmiş "sərmayəsidir". Digəri isə insana qiymət və dəyər qazandıran düşüncə və əməlləridir. Bu düşüncə və əməlləri ilə insan həm müsbətə doğru tərəqqi, həm də mənfiyə doğru tənəzzül edə bilər.

İnsan yüksəldikcə yüksələ bilən, alçaldıqca alçala bilən bir varlıqdır. Bütün İlahi dinlər və peyğəmbərlər (ə) məhz insanı yüksəlişə dəvət və kiçildikcə kiçilməkdən çəkindirmək üçün Allah Təala tərəfindən məmur edilib. Allah Rəsulu (s) insanı öz şərafət məqamından aşağı salan, onu kiçiltdikcə kiçildən dörd mühüm mətləbə işarə edərək buyurub:

أربعة في الذنب شر من الذنب :الاستحقار ، والإِفتخار ، والإِستبشار ، والإِصرار

Dörd şey vardır ki, günahın özündən də şərrdir (pisdir):

Təhqir- Kimsəni təhqir etmək onun haqqını qəsb etməkdən, malını oğurlamaqdan, hətta canını almaqdan daha betərdir.

İftixar- Bəzən insan günah edir, haram yeyir, içki içir, əxlaqsızlığ edir, bu azmış kimi çıxıb insanlar arasında etdiyi əxlaqsızlığı fəxrlə də danışır.

Sevinmək- Bu, günahdan sonrakı bir haldır ki, iftixara bərabər olan bir əməldir. İnsan etdiyi əxlaqsızlığı, pis əməli pəxrlə sevinə-sevinə danışır.

İsrar- davamiyyət mənasındadır. Bütün bu deyilənlərdən zərrəcə geri düşməmək, hətta davamına israrlı olmaq mənasındadır.

Deyilən bu xislətlər nəinki günah, günahın özündən də artıqdır. Çünki Rəhman Allahın günahkarı bağışlamasına ümüd var. Amma bu xislətlərə sahib olduğu halda insanın bağışlanmağından heç danışmağa dəyməz. Bu kimi düşüncə və əməllər insanı kiçiltdicə kiçildən, onun zati dəyərinə kölgə salan işlərdir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar