Xəbər lenti
Hansı yazıçını deputat görürsünüz? – Sorğu
Düşünə bilən hər kəs siyasətin içindədir. Xüsusən, ədəbiyyat adamıdırsa, onu ictimai proseslərdən kənar saymaq mümkün deyil.
Dünya ədəbiyyatından Pablo Neruda, Ahmet Həmdi Tanpınar, Knut Hamsun kimi nümunələrin qarşısına Azərbaycandan Abbasqulu Ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Nəriman Nərimanov və digərlərini çıxara bilərik. Son dönəmlərin yazıçıları arasında deputat kimi parlament kürsüsündə olmuş kifayət qədər ad sadalaya bilərik.
Bəs indi necə, yazıçıları deputat görmək istəyənlər varmı?
Manevr.az bildirir ki, teleqraf.com bu sualla ədəbiyyat adamlarına müraciət edib.
“Türklər demiş….”
Şair Aqşin Yenisey: “Yafəs Türksəsi namizəd kimi görürəm. Bütün günü xalqın arasındadır və xalqla eyni vəziyyətdə yaşayır. Yaşamaq uğrunda mübarizə haqqında çox maraqlı təkliflər verə bilər. Türksəs, türklər demiş, həm də bir “girişimçidir”. Ən böyük üstünlüyü isə boy-buxununun böyüklüyünə baxmayaraq, yeyimcil olmamasıdır”.
“O olsun”
Yazıçı Rəbiqə Nazimqızı: “Birmənalı deyim ki, heç birinin deputat olmasını istəmirəm. Şairin missiyası və xoşbəxtliyi şeir yazmaqdır, bunu da təklikdə edirsən. Milli Məclis nasir üçün, bəlkə, maraqlı ola bilər, ya gələcəkdə memuar yazmaqdan ötrü...
Məsələn, mən heç vaxt, lap 60 yaşımda belə deputat olmaq istəmərəm. Darıxdırıcı və məsuliyyətli işdir, rəsmi vəzifədir, öhdəliklər var, ən azı pencək-qalstuk, ya kostyum geyinmək məcburiyyətindəsən. Ovqat adamı olmaq problemi, dözümsüzlük məsələsi var.
Yalnız maaşlarına, mənzil və digər problemlərinin həll olunmasına görə bütün şairlər, nasirlər Milli Məclisdə olsunlar, başqa heç nəyə görə yox. O ki qaldı, kitab, nəşriyyat, bədii tərcümə məsələlərinə, bunu etmək üçün iki-üç ağlı başında, məsuliyyətli şairin, ya nasirin mədəniyyət komissiyasında təmsilçiliyi pis olmazdı. Təbii, gənc, ya orta yaşlı adamın.... Məsələn, Qismət olsun”.
“Uyğun gəlmir”
Yazıçı Malik Atilay: “Düzünə qalsa,yazıçılardan heç kimin deputat olmasını istəmirəm. Çünki mənim üçün ədəbiyyat adamı elə ədəbiyyat adamıdır. “Deputat yazıçı” anlayışı nəsə uyğun gəlmir”.
“Ədəbiyyat yadlarına da düşməyəcək”
Yazıçı Çinarə Ömray: “Kamal Abdullanı deyərdim... Çünki uzun zaman dövlət əhəmiyyətli işlərdə çalışıb, ədəbiyyat adına işlər görüb. Ən bariz nümunələrindən biri kimi, Slavyan Universitetində yaradıcılıq fakültəsi yaratmasını və Yaradıcılıq Fondunu göstərə bilərəm. Pərviz Cəbrayıl deyərdim, amma inanmıram ki, özü bunu istəsin. Əsəd Cahangirdən də deputat olar. Bütün deputatlara ədəbiyyat oxudar, məcbur da olsa. Onlara “izmləri” öyrədər.
Salam Sarvan vicdanlı adamdır. Vicdanlı da deputat olar. Birdə Şahbaz Xuduoğlu... Adam deputat olmaya-olmaya ədəbiyyat üçün çox şey edib, gör olsa nələr edər.
“Arzum budur ki...”
Yazıçı Ayxan Ayvaz: “Fikrim konkretdir. Heç bir yazıçımıza deputat olmağı arzu etmirəm. Arzum sadəcə budur ki, bizim yazıçılar Milli Məclisin deyil, dünyanın səhnəsinə çıxsınlar”.
“Gərək birini seçəsən”
Yazıçı Fərhad Amur: “Düzü, istəməzdim hansısa şair-yazıçı deputat olsun. Necə ki zamanında Umberto Eko Balonya Universitetinə rektorluq təklifinə “yox” cavabı vermişdi. Mən də o mövqeyin tərəfdarıyam, ikisi də - yazarlıq da, deputatlıq da kifayət qədər vaxt və məsuliyyət tələb etdiyi üçün gərək birini seçəsən”.
“Bizim yazarlar siyasiləşəndə....”
Yazıçı Hikmət Nazim: “Heç birini deputat görmək istəməzdim, çünki heç birinin siyasiləşməyini arzulamıram”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar