Xəbər lenti
Nəyə görə seksizm adi hal alıb? - Psixoloqdan cavab
“Kişilər ağlamaz”, “Özünü arvad kimi aparma” – bu kəlmələr hər birimizə tanışdır. Oğlanlara uşaq yaşlarından güclü, iradəli, mərd olmaq aşılanır, ağlamaq isə zəiflik əlamətidir. Bu səbəbdən ağrıdan və acıdan əziyyət çəkib ağlayan kişiyə az rast gəlirik.
Güclü cinsə öz hisslərini büruzə vermək yaraşmaz. Bununla yanaşı, zərif cinsin nümayəndələri üçün də bəzi qadağalar var.
Hesab edilir ki, əsl qadın təvazökar olmalı, rahatlıq yaratmalı və evinin, ocağının qoruyucusu olmalıdır. O, güclü cinsin nümayəndəsi ilə bərabər ola və kişiyə icazə verilən hərəkətləri edə bilməz. Misal üçün, kişi kimi söyüş söymək. Bu, cəmiyyət tərəfindən mənfi qarşılanır, çünki belə hərəkətlər cazibədar, zərif qadın obrazını dağıdır.
Qadın və kişilər üçün olan qadağalar siyahısını davam etdirmək olar. Ancaq bu qadağaların hansı səbəbdən qoyulduğunu, buna nəyin bəraət qazandırdığını və arxasında nələrin gizləndiyini bilmək maraqlı olardı. Bu məsələdə bizə “Humel” psixoloji mərkəzin nümayəndəsi Tariel Faziloğlu yardım edib.
“Bu hal təkcə bizim cəmiyyətimizə xas deyil. Azərbaycan cəmiyyətində, digərləri kimi, insanlara gender bərabərliyi ilə bağlı münasibət mövcuddur. Bu, seksizm adlanır. Və bir qayda olaraq, seksizmdə bir cinsə üstünlük verilir. Əksər hallarda qadınlar ayrı-seçkiliyə məruz qalırlar, ancaq cəmiyyətdə bunun qurbanı olan kişilər də var. Seksizmin yaradılmasının üç səbəbi var: sosial, psixoloji və iqtisadi”, - psixoloq qeyd edib.
Manevr.az bildirir ki, oxu.az-ın müsahibinin sözlərinə görə, İslamda və türk mədəniyyətindəki etnopsixoloji mövqedən kişilər hər zaman ailə başçısı hesab edilib, bütün məsuliyyət onun üzərindədir, kişi ciddilik və cəsarət rəmzidir.
“Azərbaycan ənənələrində və mental dəyərlərində kişi ailədə hökmranlıq edir, o, qoruyucu, qidalandırıcı rol oynayır, qadın isə ondan zəif olur. Ancaq bəzi psixoloji aspektlər var ki, qadın və kişilər üçün sərhəd rolunu oynayır. Bizdə kişinin ağlamağı qəbul edilmir və onu tənqid edirlər. Bunun öz psixoloji izahı var.
Qadın emosional, kişilər isə rasional varlıqdır. Təbiətinə görə qadınlar həssaslığa, kişilər əsaslılığa meyilli olurlar. Ancaq emosional kişi kimi, rasional qadınlara da rast gəlmək olur. Və qadın barəsində “özünü kişi kimi aparır” ifadəsi tərif, kişi barəsində “özünü qız kimi aparır” ifadəsi isə təhqirdir. Hər iki halda bu, seksizmin təzahürüdür”, - T.Faziloğlu deyib.
Ekspert əlavə edib ki, iqtisadi səbəblərin seksizmə gətirib-çıxarmasında iqtisadi münasibətlərin rasional xarakter daşıması əsas rol oynayır.
“Müasir dünyada elə qadınlar tapmaq olar ki, onlar kişi peşələrinə yiyələniblər və bu, seksist münasibətlərə gətirib-çıxarıb. Misal üçün, Azərbaycan təhsil sistemində, demək olar ki, feministlik üstünlük təşkil edir. Kişi müəllimlərin sayı azdır. Rəsmi statistikaya görə, məktəblərdəki pedaqoqların 91 faizi qadınlardır. Dünya praktikasında isə vəziyyət tamamilə fərqlidir.
Kişi və qadın müəllimlər arasındakı faiz dünya praktikasında 70-30 və ya 60-40 olur. Analoji vəziyyət tibb sahəsinə də aiddir. Burada da qadın həkimlərin sayı üstünlük təşkil edir.
Ancaq neyrocərrahiyyədə ixtisaslar var ki, burada bütün həkimlər kişilərdir. Çünki qadınlar minimum altı saat davam edən cərrahi yükün ağırlığına tab gətirə bilməzlər. Nəticədə, qadınlara qarşı seksizm yaranır”, - T.Faziloğlu bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar