Xəbər lenti
Hərbi vəzifəlilərlə təlim toplanışı başladı

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Xüsusi Təyinatlı Qüvvələrin N hərbi hissəsində bir qrup hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, toplanışa qəbul edilən hərbi vəzifəlilər müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat vasitələri ilə təmin olunub.
Sonra toplanışın başlanması ilə əlaqədar təntənəli mərasim keçirilib. Çıxış edənlər toplanışın ehtiyatda olan hərbi vəzifəlilərin nəzəri biliklərinin və praktiki vərdişlərinin artırılması, eləcə də döyüş hazırlığının yüksəldilməsində mühüm əhəmiyyət daşıdığını iştirakçıların diqqətinə çatdırıb. Tədbir hərbi vəzifəlilərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.
Sonra toplanışın proqramına uyğun olaraq şəxsi heyətə Azərbaycan Ordusunun arsenalında olan müasir silah və texnikalar, hərbi-texniki vasitələr barədə ətraflı məlumatlar verilib.
Qeyd edək ki, toplanış çərçivəsində hərbi vəzifəlilərə real döyüş şəraitinə uyğunlaşdırılmış taktiki və digər hazırlıqlar üzrə nəzəri-praktiki məşğələlər keçiriləcək, eləcə də müasir döyüşaparma və özünümüdafiə üsulları öyrədiləcək.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































