Sizin Reklam Burada
Xəbər lenti
12-11-2026
11-11-2026
BÜTÜN XƏBƏRLƏR

MİDA mindən çox güzəştli mənzili satışa çıxarır - QİYMƏTLƏR

Tarix: 13-11-2026 10:11     Baxış: 429 A- / A+


MİDA mindən çox güzəştli mənzili satışa çıxarır - QİYMƏTLƏR
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) dörd yaşayış kompleksi üzrə ümumilikdə 1 049 mənzili güzəştlə satışa çıxaracaq.
Manevr.az xəbər verir ki, bu barədə MİDA məlumat yayıb.
Məlumata görə, mənzillərin satışı dekabrın 16-da saat 11:00-da başlayacaq və saat 13:00-dək davam edəcək. Gözləmə qaydasında mənzil seçimi isə saat 12:00-dan 13:00-dək aparılacaq.
Satışa çıxarılan mənzillərdən 839-u Binəqədi, 201-i Şirvan, 5-i Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsində, 4-ü isə Yevlax Yaşayış Kompleksində yerləşir.
Mənzillərin qiymətləri aşağıdakı kimidir:
Hövsan Yaşayış Kompleksi:
- 4 otaqlı – 118 800 manat.
Binəqədi Yaşayış Kompleksi:
* 3 otaqlı – 98 415 manatdan;
* 4 otaqlı – 133 650 manat;
* 5 otaqlı – 211 275 manat.
Şirvan Yaşayış Kompleksi:
* 2 otaqlı – 54 815 manat;
* 3 otaqlı – 69 160 manatdan;
* 4 otaqlı – 93 765 manatdan.
Yevlax Yaşayış Kompleksi:
* 1 otaqlı – 43 225 manat;
* 3 otaqlı – 70 490 manatdan;
* 4 otaqlı – 103 740 manat.
Qiymətlərə ƏDV daxildir.
MİDA-nın məlumatına əsasən, Hövsan və Binəqədi yaşayış komplekslərində mənzillər yalnız şəxsi vəsait hesabına, Şirvan və Yevlaxda isə həm şəxsi vəsait, həm də ipoteka krediti vasitəsilə əldə edilə bilər.
Güzəştli ipoteka üzrə illik faiz dərəcəsi 4%, kredit müddəti isə 3 ildən 30 ilədəkdir.
Minimal ilkin ödəniş və 30 illik kredit müddəti nəzərə alınmaqla, Şirvanda aylıq ödənişlər 236 manatdan, Yevlaxda isə 186 manatdan başlayır.
Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təchiz olunmuş vəziyyətdə təklif edilir.
Mənzillərin seçimi elektron qaydada “Güzəştli mənzil” sistemi vasitəsilə həyata keçiriləcək. Satışda yalnız sistemdə elektron kabineti olan vətəndaşlar iştirak edə biləcəklər. Elektron kabinetin qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq bütün iştirakçılar bərabər hüquqa malikdirlər.
Mənzillərin dəqiq sahəsi, qiyməti və satış şərtləri barədə ətraflı məlumatı MİDA-nın rəsmi internet saytından əldə etmək mümkündür.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar