Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

Sərhədsiz uşaqlar, yoxsa düşüncə ölçüləri

Tarix: 10-02-2026 19:01     Baxış: 396 A- / A+
Uşaq olmaq necədir? – Onların məsum düşüncələri 
Sərhəd qoymaq - daha yaxşısına çatmaq üçün bəzi istəklərdən imtina etməyi izah etmək formasıdır. Eyni zamanda, sərhəd özünəməxsus fikir və düşüncələrin, dəyərlər çərçivəsində mənəvi rahatlığın təmin edilməsidir.
 Ona görə də, sərhədlərin qoyulması, münasibətlərin sağlam əsaslar üzərində qurulmasında xüsusi əhəmiyyət kəsb edir. Sərhədsizlik isə bəzən məlumatsızlıq, bəzən də sadəlövhlük kimi xarakterizə oluna bilir. Əslində, sərhəd müəyyən mənada düzgün rejimin, keyfiyyətli fəaliyyətin formalaşmasına xidmət edir. Sərhədləri əngəlləməklə qarışdırmaq olmaz. Çünki, əngəl problemin həllinə maneə olan faktorlar kimi göründüyü halda, sərhəd isə problemin yaranmaması üçün əvvəlcədən müəyyən
edilmiş, qərarlar ardıcıllığıdır. Məhz, sərhədlər gələcəyə yönəlik sağlam addımların əsasını təşkil edir. Vacib nüans ondan ibarətdir ki, sərhəd qoyularkən, lazımi nəzarət qaydalarına riayət edilməlidir. Etik, estetik göstəriciləri nəzərə almaqla, sərhədləri ifadə etmək, anlayış meyarlarına diqqət yetirməklə, izah etmək, həmin sərhədlərin etibarlı qəbul olunmasına gətirib çıxaracaqdır. Sərhəd təyin edərkən, ən önəmli xüsusiyyət, nə çox sərt üslubdan çıxış etmək, nə də gərəyindən artıq elastik davranış sərgiləmək lazımdır. Sərhədin ən həssas əlaməti, vəziyyətə və şəraitə uyğun orta həddi müəyyənləşdirməkdir.

Müasir dövrdə, texnoloji inkişafın sürətlə artdığı bir zamanda, uşaqların sürətli anlama, qavrama və düşünəbilmə qabiliyyətinin olduğunu görməzdən gələ bilmərik. Ona görə də, müasir uşaqlara sərhəd qoymaq əvəzinə, onların sərhədlərinin olduğunu hərtərəfli izah etmək daha məqsədəuyğundur. Çünki, müasir uşaqlar dövrün tələbləri səviyyəsində böyüyür və inkişaf edir. Xüsusilə diqqət etmək lazımdır ki, uşaqlara sərhədlərin olduğunu təyin
edərkən, onları idarə etmək kimi anlamasınlar. Müasir uşaqlar müstəqil düşünmək və müstəqil qərar vermək, fikri ilə yaşadıqlarını düşünürlər. Bu baxımdan, idarə edilməyi qəti şəkildə rədd edirlər. Əsas problemlərin də mənbəyi elə bu vəziyyətdən yaranır. Ancaq, uşaqlara sərhədləri müxtəlif vasitələrlə təqdim etmək, onlarda özlərinə qarşı aidiyyət duyğusunu ortaya çıxarmış olacaqdır. Aidiyyət duyğusu inkişaf etdikcə, uşaqlar öz sərhədlərini müəyyənləşdirə biləcəklər. Belə ki, aşağıdakı sərhədləri fərqləndirməklə, aidiyyət duyğusunu uyğun olaraq
formalaşdırmaq olar:
1. Fiziki sərhədlər: Müəyyən yaşdan etibarən, fiziki göstəricilərə uyğun etik qaydalara xüsusi riayət etməyi aşılamaq lazımdır. Yəni, müəyyən
məhrəmiyyət kriteryalarına əməl etməklə, vacib məsuliyyətlərə yiyələnmə olacaqdır.
2. Duyğu sərhədləri: Uşaqlarda təsirlərə məruz qalma daha çox effektiv olduğundan, duyğu sərhədlərini tənzimləməkdə çətinlik çəkirlər. Ona görə
də, duyğu sərhədlərini müxtəlif forma və məzmunda izah etməklə, müəyyən nizamlamanın yaranmasına dəstək olacaqdır.
3. Münasibət və ünsiyyət sərhədləri: Uşaqlar bəzən münasibətlərdə o qədər ifrat dərəcəsinə gəlirlər ki, əsas öhdəlikləri ikinci plana keçir. Bu da öz
növbəsində, sərhədin vacibliyini aşkara çıxarır. Digər tərəfdən, ünsiyyətdə böyük və kiçik fərqi qoymadan, eyni üslubda, eyni tərzdə çıxış etmək,
sərhədsizliyin əlaməti kimi özünü göstərir. Ünsiyyət sərhədləri birbaşa baxış bucağının dəyişməsinə kömək olacaqdır.
4. Sosial-ictimai sərhədlər: Uşaqlar hər zaman tez inanır və tez aldanırlar. Eyni zamanda, davranış meyarları gözlənilməz xarakter daşıyır. Xüsusən də, texnoloji inkişaf əsrində tez inanıb, tez aldanmaq özü ilə birgə böyük təhlükə doğurur. Uşaqların texnoloji alətlərdən istifadəsi zamanı bu problem daha qabarıq özünü göstərir. Uşaqlar tərəfindən, bu istiqamətdə sərhədlərin düzgün qəbul edilməsi, onların texnoloji alətlərdən həm davranış, həm də təhliletmə cəhətdən məharətlə istifadə etmələrinə töhfə vermiş olacaqdır. Unutmayaq ki, sərhədlər qoyularkən konkret olaraq, “bəli” və “xeyr” sözlərindən istifadə düzgün sayılmır. Ona görə ki, “bəli” cavabı verilirsə, onu aydın və təsvirli formada izahını tələb edirlər. Yəni, “bəli”nin hansı məqsəd və səbəb daşıdığını mütləq açıqlamaq ehtiyacı vardır. “Xeyr” cavabı isə uşaqlar tərəfindən
qətiyyən qəbul edilmir. Ümumiyyətlə, inkarlıq mənası daşıyan bütün cavablar uşaqlar üçün əhəmiyyətsiz fikirlər hesab olunur. Hətta, hər hansı istəyə qarşı inkar cavab aldıqda, həmin istəyə kortəbii şəkildə marağı və meyli artmış olur. Ona görə
də, “bəli”lərdən planlı və sistemli, açıqlayıcı formada istifadə edildikdə, uşaqların inamını qazanmaq mümkün olur. “Xeyr” sözünü isə işlətmək əvəzinə, mümkün həll variantlarını təklif etmək daha yaxşı olardı.

Ayxan Hüseynli
Doktorant

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar