Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kişilər də zorakılığa məruz qalır

Tarix: 25-03-2023 10:20     Baxış: 368 A- / A+


Kişilər də zorakılığa məruz qalır
Ailədaxili şiddət və ya zorakılıq - bu anlayış barədə indi çoxlarımız məlumatlıyıq. Demək olar ki, bu mövzu mütəmadi olaraq cəmiyyətdə müzakirə predmetidir.
 
Həm ailədaxili münasibətlərin tənzimlənməsi, həm də zorakılıq hallarına “yox” deyilməsi məqsədilə müvafiq təşkilat və qurumlar tərəfindən davamlı şəkildə maarifləndirmə işləri aparılır. Bütün bunlara baxmayaraq ailədaxili münasibətlərdə gərginlik davam edir və qadınlar, uşaqlar, bəzən hətta kişilər də zorakılığın qurbanına çevrilir.
 
Məsələn, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov  deyir ki, məişət zəminində zorakılığa məruz qalanlar arasında kişilər də olur və son illər bununla bağlı faktların sayı artıb: “Bütün cəmiyyətlərdə kişilərin zorakılığa məruz qalması ilə bağlı faklar mövcuddur.
 
Sadəcə cəmiyyətdə kişilər məişət zorakılığına məruz qaldığını səsləndirməkdən çəkinirlər. Burada söhbət təkcə qadının kişiyə zorakılıq törətməsindən getmir. Ailədə qardaş, ata-oğul, nəvə-baba münasibətləri də var. Məişət zorakılığı həm fiziki, həm də psixoloji olaraq törədilə bilər. Pandemiyaya qədər 14 faiz kişilərin məişət zorakılığına qalması ilə bağlı fakt var idisə, sonralar kişilərə qarşı zorakılıq hallarında artım müşahidə olunub”.
 
Araşdırmalarımıza və apardığımız sorğuya görə, artıq kişilərin 15-20 faizi zorakılığı törətməkdən qaçır və boşanmaya hazır olduğunu bildiriblər
 
Onun sözlərinə görə, birmənalı olaraq, cəmiyyətdə “məişət zorakılığına yox” deyilməlidir və zorakılığa qarşı mübarizə aparılmalıdır: “Mübarizə vətəndaşlar tərəfindən də davam etdirilməlidir. Vətəndaş özünün, qohumunun, qonşusunun və ya tanıdığı şəxslərin zorakılığa məruz qalması ilə faktı bizə bildirməli və buna laqeyd yanaşmamalıdır. Əksər hallarda bu cür hadisə ilə rastlaşanlar bizə müraciət etmək istəmirlər. Ona görə də xahiş edirəm ki, bizim “Qaynar xətt”ə müraciət etsinlər. Bu məsələyə laqeyd yanaşmaq olmaz, çünki biz hamımız cəmiyyətin bir parçasıyıq. Biz bu gün bir qadın vətəndaşın qəddarcasına öldürülməsinin, başqa bir qadının intihar etməsinin şahidiyik. Ona görə də bu hallarının baş verməməsi üçün siqnallar vaxtında dövlət qurumlarına çatdırılmalı, vətəndaşlar da buna həssas yanaşmalıdır. Əks halda, belə faciələr, xoşagəlməz hallar baş verir. Bizim araşdırmalarımıza və apardığımız sorğuya görə, artıq kişilərin 15-20 faizi zorakılığı törətməkdən qaçır və boşanmaya hazır olduğunu bildiriblər”.
 
Yeri gəlmişkən, Azərbaycanda 2010-cu ildə qəbul edilmiş "Məişət zorakılığı haqqında" qanun bu davranışları “yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, şəxslərdən birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması” kimi qiymətləndirir. Qanundan da göründüyü kimi, məişət zorakılığının qurbanları təkcə qadınlar və uşaqlar deyil, eyni zamanda kişilər də ola bilər. Məişət zorakılığına məruz qalan şəxslərin xəsarətinin dərəcəsindən asılı olaraq, qarşı tərəf cinayət və ya inzibati məsuliyyətə cəlb edilir.
 
İnzibati Xətalar Məcəlləsinin 158-ci maddəsi xüsusiləşdirilərək, sırf məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulması zamanı tətbiq edilir. Bu maddəyə görə, məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi, yəni şəxsin digərinin mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsi, iqtisadi asılılıq yaradılması və saxlanılması və bu vəziyyətdən sui-istifadə edilməsinə yönəlmiş hərəkətləri 100 manatdan 300 manatadək cərimə edilməsi ilə cəzalandırılır.  Həmin maddənin ikinci bəndində isə məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digərinə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.
 
Akkreditasiyadan keçmədən qurbanlara yardım göstərən qeyri-dövlət müəssisələrinin də məsuliyyətə cəlb edilməsi barədə həmin maddədə qeyd edilib.
 
Əgər məişət zorakılığı törətmiş şəxsin əməlində cinayət tərkibi yoxdursa, lakin zərərçəkmişin hüquqları pozulubsa, həmin şəxsə eyni və ya ona oxşar hərəkətlərin təkrarlanmaması barədə yazılı xəbərdarlıq edilə, həmçinin zərərçəkmişə qısamüddətli mühafizə orderi verilə bilər.
 
Mühafizə orderi məişət zorakılığı törətmiş şəxsin zərərçəkmişə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında aktdır. Bu order məişət zorakılığının qurbanlarını qoruyur. Zərərçəkmiş müraciət etdikdən sonra 24 saat ərzində zorakılığı törədən şəxsə xəbərdarlıq edir və dərhal zərərçəkmişə 30 gün müddətinədək qısamüddətli mühafizə orderi verir. Qısamüddətli mühafizə orderində zorakılığı törətmiş şəxsə bunun təkrar törədilməsi, zərərçəkmişin axtarılması, şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi qadağan edilə bilər. Zorakılıq törədənin xəbərdarlıq və ya qısamüddətli mühafizə orderinin tələblərinə əməl etməməsi uzunmüddətli mühafizə orderinin verilməsi üçün əsasdır. Uzunmüddətli mühafizə orderində isə zorakılıq törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqlarla ünsiyyət qaydaları, yaşayış sahəsindən və ya birgə əmlakdan istifadə qaydaları, zərərçəkmişə tibbi və hüquqi yardım göstərilməsi ilə bağlı xərclərin zorakılıq törədən tərəfindən ödənilməsi şərtləri qeyd olunur. Həmçinin, mühafizə orderinin tələblərini icra etməyən şəxsin qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunması da izah edilir.
 
Qısamüddətli orderi əldə etmək üçün zərərçəkmiş icra hakimiyyətinə müraciət etməlidir. Belə müraciətləri hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yerlərdə də fəaliyyət göstərən monitorinq qrupu araşdırır. Mülki Prosessual Məcəlləsinin 355-1-ci maddəsinə əsasən, uzunmüddətli mühafizə orderini əldə etmək üçün zərərçəkmiş yaşadığı yerin məhkəməsinə müraciət edə bilər. Ərizə verildikdən 3 gün ərzində məhkəmə həmin müraciətə baxır. Uzunmüddətli mühafizə orderi 30-180 gün müddətinə verilir. Bu orderin verilməsi barədə işə şəxsi və ailə sirrinin yayılmasının qarşısını almaq və uşaqların maraqlarının təmin edilməsi üçün qapalı məhkəmə iclasında baxıla bilər. Orderin verilməsi barədə məhkəmə qərarı dərhal icraya yönəldilir və həmin vaxtdan müddəti hesablanır. Qəbul edilmiş qərardan verilən şikayət də icranı dayandırmır.
 
Sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki, Azərbaycanda kişilərə qarşı şiddət qadınlarla müqayisədə daha güclüdür: “Ortada çox böyük sosial bəla var, lakin insanlar başa düşmür. Bu gün Azərbaycanda qadına şiddət yoxdur, bu gün Azərbaycanda ailə faciəsi var. Sadəcə qadına şiddət bu məsələnin görünən tərəfidir. Hazırda bizdə ailələrdə vəziyyət çox pisdir. 100 evlənəndən 27-si boşanırsa düşünün ki, bunun neçəsi evdə mübahisə edir. Səksən faizədək ailələrimizdə arzuolunmaz münasibət hökm sürür. Bu həmin ailənin yox, bütövlükdə xalqın faciəsidir.  Həmin ortamda böyüyən uşağın da psixologiyası düzgün formalaşmır. İndi psixolji mərkəzlərin çoxuna getsəniz görəcəksiniz ki, ora gələnlərin əksəriyyəti azyaşlılardır. Buna görə biz “SOS” siqnalı çalmalıyıq, deməli deyilik ki, qadına qarşı şiddət var. Biz mənəvi dəyərləri qoruyub düzgün ailə modelinin formalaşmasına səbəb olmalıyıq. İndi bəzi feministlər, qurumlar hay salıb ki, qadına qarşı şiddət artıb. Kişilərə qarşı şiddət artıb, qadınlara qarşı yox. Qadın bütün günü psixoloji olaraq dili ilə kişiyə təsir edir. Kişinin də güclü olduğu tərəf fiziki tərəfidir, o da fiziki güclə ona təsir edir. Buna görə də söhbət ailədən getməlidir, fərddən yox. Şiddətin olduğunu iddia etməklə qadınlar dünyada Azərbaycan kişisi barədə mənfi obraz yaradırlar. Bu məslənin həlli yolu var. Təklif edirəm ki, sahələr üzrə sosial iş xidməti yaradılsın. Həmin xidmət də hər ailəni diqqət mərkəzində saxlasın ki, hansı ailədə riskli, gərgin vəziyyət var. Bu xidmət lazım gəldikdə maarifləndirmə işi də aparmalıdır”.
 
 
Taleh Şahməmmədli
Yazı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant layihəsi çərçivəsində hazırlanmışdır
 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar