Xəbər lenti
"Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı"
Gözümüzü açdığımız torpaqdır, Vətən. Milyardlarla insan doğulur, yüzlərlə fikir səslənir, ilk gözümüzü Anamızın qucağında iki gözümüzü isə doğma Vətənimizdə açırıq. Onun torpağıyla, onun suyuyla, təbii sərvətləri ilə yaşayırıq. Torpaq yağışın qoxusun gətirər, biz isə vətən övladı olaraq deyirik ki, Torpaq vətən qoxusu-" qəriblik duyğularıdı.
Vətən qoxusunu canımızı hiss etdiyimiz müddətcə qoxlaya onun keşiyində dura bilərik. Ancaq qəriblik duyğusunda bir itki, bir kədər dayanır. Hansı ki, tarix günü- gündən dəyişir. Əvvələ nəzər yetirdiyimizdə Azərbaycan torpaqlarının ermənilər tərəfindən zəbt edilməsini müşahidə edirik ki, bu zəbt edilmə günləri ayları saymadan tam 30 illik bir gəncin qərib qocalığına bərabər oldu.Torpaqlarımız bizdən getməklə yanaşı, uğrunda bir çox vətən övladlarının itkisini də yaşatdı. Gənclərimiz öz həyatlarından, ailələrindən keçərək öz doğma ailəsi olan vətən uğrunda döyüşdü. Ən çətin mərhələli savaşdan şəhid adı altında alnıaçıq üzüağ çıxdı. Onlar şəhid olmaq üçün can atırdılar. Nə badə ki, düşmənin əlində öləydilər, bu zaman özlərini heç bağışlamazdılar. Hətta bəzi vətən övladlarımız elə bir dar situasiya altında qalmışdılar ki, burada öləcəklərini bildiklərindən özləri öz canlarına qıymışdılar. Vətən tərəddüd deyil, təmkindir. Vətən üzün ağ olması, əlin qabarlaşması bəzən də yoxsul bir fərdin zəngin qəlbi deməkdir. Vərən keşiyinə nəzər yetirdiyimizdə nə qədər zəngin qəlbə layiq övladlar var, görürük. Bütün taxta ləvazimatlarını, qəpik- quruşlarını isti bir soba üçün xərclədilər. Ailələrini təmin edib indi milyon ailələri ilə üzləşməyə, zamanı gələrsə ölməyə belə getdilər. Bir çox əsgərlər var ki, ali təhsillidir. Təhsilindən əlavə öz dünyagörüşləri üçün bir çox ölkəni gəzib və gəliblər. Çəkinmədən isə gəzməli yerlərin digər ölkələr olduğunu qeyd ediblər. Lakin ölməyə vətən yaxşıdır deyib, dəfələrlə bu torpağa ayaq izlərini qoymaqdan da qürur duyublar. Elə buradaca bu fikir səslənir: " Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı".
İlahə Həbibqızı.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar