Xəbər lenti
"Azadlıq və sərbəstlik şüarı"
Doğulan hər insan bir şəxsiyyət kimi formalaşırmı? Əvvəla şəxsiyyət anlayışını izah etməliyik ki, onun üzərindən Azadlıq və Sərbəstliyi layiqincə qiymətləndirək.
Şəxsiyyət insanın öz- özlüyündə yaranmır, onu insan formalaşdırır, təkminləşdirir.Maraq dairələrini artıraraq, biganə qaldığı situasiyaları həll etməlidir.Təkminləşmə yolunda böyük dərin cığırlar var ki, yarım qalmağı deyil, tamamlanmağı gözləyir. İnsanın özü ilə tanışlığı mənim fikrimcə, ilk gənclik yaşı olan 18 rəqəmindən başlayır. Onun həyata doğru yöndən baxışı, uğur və uğursuzluğun kəsişmə nöqtəsinə bələd oluruq. Bəzi uğurlar, uğursuzluğa, bəzi uğursuzluqlar isə, həyat təcrübəsinə çevrilir. İnsan əldə etdiyi məlumatlarla, həm elmi, həmdə bədii düşüncələrə hakim olur. Topladığı həyat materiallarını praktiki olaraq düzgün icra etdikdə, öz inkişafları ilə şəxsiyyətlərini formalaşdırırlar. Hər bir şəxsiyyətdə cəmiyyətin mirasıdır.Bu günkü gənclərin təhsili, inkişafı, mədəniyyəti cəmiyyətin kiçik fərdlərinə və hələ formalaşa bilməyən gənclərə örnəkdir. Şəxsiyyət formalaşdıqdan sonra, Azadlıq, Azad düşüncələr yer almağa başlayır.Gənclər adətən öz inkişaflarına gedən yolda çox kütlə içərisindəki fikirlərindən qaçmaz, fikirləri yanlış olsada, deyib daha düzgün, dəqiq fikirlər toplayarlar.Azadlığa zidd olan anlayış isə, sərbəslikdir.Sərstlik ağır qavram bəzəndə yüngül tərəziyə bənzər.Bir o qədərdə qarışıqdır.Sərbəstliyi geniş mənada izah etməli olsam, ilk belə bir sualı nəzərinizə çatdırardım. Sərbəstlik nədir?. Sərbəstliyin bir dozası olur. Günümüz gənclərə sərbəst ol, sərbəst danış, sərbəst gül özünü məcbur etmə deyirlər.İndi mən deyirəm, bəli bunlar bir qədər haqlı deyimlərdir.Hansı ki, çoxumuz özümüzü ifadə edə bilmədiyimizdən, bu kəlimələri eşidirik. Cansıxıcılıq, həyəcan ən yaxşısı fikir bildirməyim deyib, səssiz künclər olan ifadəsizlik şüarına çəkilirik.Bu günümüzü həddən artıq ziyadə keçirdiyimizi, sərbəstlik adı altında bəzən bir çox hadisələrdən suistifadə edilmə qaynağı ola bilər. Bəzi gənclərimizin inkişafa yönələ bilməmə səbəbləri artıq- əskik sözlər və davranışlarla ziyalı görünüb, yumor hədəflərinə çevrilmələridir. Sərbəstliyə bir resept yazmalı olsaydım: " Ayaqaltı yerişlərinizi cəmiyyətdə ört- basdır edin, deyərdim. Azadlığa bir resept yazsaydım: " Dilinizi və addımlarınızı yüksəldin, yüksəldin ki, oyanmamış xalq qəflətdən oyansın".
İlahə Həbibqızı.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar