Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Vətəndaş binanın möhkəmliyi ilə bağlı sənəd tələb edə bilər - Ekspert

Tarix: 22-02-2023 12:29     Baxış: 3284 A- / A+

"Çoxmərtəbəli binalarda yaşayan vətəndaşların binanın texniki vəziyyəti ilə bağlı müəyyən arayışlar əldə etmək ixtiyarı var. Çıxarış varsa, bina istismara qəbul edilmiş hesab olunur. Deməli, Fövqəladə Hallar Nazirliyindən müvafiq sənədlər alınıb və dövlət bunun təhlükəsizliyini qəbul edib”.
Manevr.az xəbər verir ki, bunu bakupost.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.
O bildirib ki, binaların seysmik vəziyyəti ilə bağlı layihələr hazırlanarkən ilk növbədə, həmin tikilinin zəlzələyə davamlılığı nəzərə alınır. Çoxmərtəbəli yaşayış binası tikilərkən onun zəlzələyə davamlılığı sənədlərdə göstərilir və aidiyyatı dövlət qurumları bunu təsdiqləyir:

"Fövqəladə Hallar Nazirliyi və onun ayrı-ayrı strukturları binanın davamlılığını yoxlayır və tikintiyə icazə verir. Mənzil-Tikinti Kooperativləri (MTK) binanı tikərkən zəlzələyə davamlılığı, texniki vəziyyəti, istismara yararlılıqla bağlı dövlət orqanlarından müəyyən aktlar alır.Vətəndaşlar da MTK-ya müraciət edib binanın fövqəladə hallarda davamlılığı ilə bağlı sənəd istəyə bilərlər”.Ekspert qeyd edib ki, inşa olunan hər bir binada təhlükəsiz nöqtələr var. Bina sakinlərinə bu nöqtələr barədə məlumat verilməlidir:
“Binaların inşaat planında mənzildə daşıyıcı divarların haradan keçməsi ilə bağlı məlumatlar var. Vətəndaşlar zəlzələ olduğu halda daşıyıcı divarların yerini bilməli və orada dayanmalıdırlar. Hər binanın konstruksiyasına uyğun bu divarlar fərqli yerlərdə olur. Tikinti şirkətləri bu barədə mütləq şəkildə sakinlərə məlumat verməlidirlər”.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar