Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Polietilen torbaların pullu olması xəstəlikləri artıracaq – Ekspertdən ŞOK XƏBƏRDARLIQ

Tarix: 18-02-2023 11:48     Baxış: 3254 A- / A+
Polietilen torbaların pullu olması xəstəlikləri artıracaq – Ekspertdən ŞOK XƏBƏRDARLIQ

“Polietilen torbaların satışdan çıxarılması və qadağası vacibdir”.
Manevr.az xəbər verir ki, bunu sfera.az-a açıqlamasında qida mütəxəssisi Ağa Salamov deyib. O bildirib ki,  polietilen torbaların pullu olması xəstəlikləri və zəhərlənmələri artıracaq:
“Polietilen torbalar dənizdə heyvanların yeminə çevrilir ki, bu da sonda plastik məhsulun boşqabımıza qədər gəlib çıxmasına səbəb olur. Nəticədə başda  mədə problemləri olmaqla bir çox xəstəliklər qaçılmaz olur. Bu baxımdan polietilen torbalar ümumiyyətlə satışdan qaldırılmalıdır. Bəs biz nə edirik? Əksinə, riski daha da yüksəldirik. Belə ki, satışda olan polietilen torbaları heç kim iki və ya üç ədəd almır. Pullu olduğuna görə əksəriyyət məhsulları eyni torbaya qoymalı olurlar. Düşünək ki, alış-veriş edən insan həm toyuq, həm də ağartı məhsulları alıb.  Riskli olan toyuqların daşıdığı "salmonella" bakteriyasıdır ki, bu da bir torbaya yığılan başqa qidaları da bu bakteriyaya yoluxdurur. Bunun kimi, qırmızı ət və balıq məhsulları da bakteriya daşıyıcılarıdır”.
Ekspert əhalini bu torbalardan istifadə etməməyə çağırıb:
“Marketlərə gedərkən isə rəng kodlarına uyğun parça torbalardan istifadə etsinlər. Əgər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti insanların sağlamlığını düşünürdüsə, qeyd etdiklərimi nəzərə almalı idi. Yox, əgər ekologiyanı düşünürlərsə ,o zaman polietilen torbalar ümumiyyətlə satışdan çıxarılmalıdır”.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar