Xəbər lenti
Tanınmış jurnalistdən QHT-lərə çağırış: “Başlıbel faciəsinin xaricdə tanıdılması ilə bağlı tədbirlərə təmənnasız dəstək verməyə hazıram” -ŞƏKİLLƏR

Araşdırmaçı jurnalist, Başlıbel faciəsindən bəhs edən “Qanlı kaha” kitabının müəllifi Elxan Salahov aprel ayında 30-cu ildönümü tamam olacaq kütləvi qətliamın xaricdə tanıdılması ilə bağlı vətəndaş cəmiyyəti institutlarına müraciət edib.
Manevr az xəbər verir ki, Elxan Salahov şəxsi “Facebook” səhifəsində bu barədə yazıb: “Başlıbel faciəsinin beynəlxalq aləmdə tanıdılması üçün unikal imkan yaranıb. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2023-cü il üçün elan etdiyi kiçik qrantlar müsabiqəsinin mövzulardan biri "Başlıbel faciəsinin 30-cu ildönümü bağlı ölkə xaricində (Avropa ölkələri, Amerika Birləşmiş Ştatları, Kanada, Çin, Yaponiya) tədbirlərin təşkili" barədədir. Ermənistanın müharibə cinayətlərinin bariz nümunəsi olan bu faciə ilə əlimizdə kifayət qədər məlumatlar var. Xarici ölkələrdə bu cür tədbirlər təşkil etmək təcrübəsi olan QHT rəhbərlərindən xahiş edirəm ki, bu mövzunu mümkün qədər diqqətdə saxlasınlar.

Manevr az


Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar