Xəbər lenti
Azərbaycanda uşaqları bit bürüyüb, qoturluq da yayılıb - Dermatoloqdan SOS
Manevr.az xəbər verir ki, bu sözləri Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib. Məktəblərdə şagirdlərin başına bit düşdüyünü deyən K.Ağazadə hesab edir ki, bu, gigiyenik qaydalara əməl olunmaması ilə bağlıdır.
“Çox güman ki, antisanitariyadan irəli gələn problemdir. Təkcə uşaqlarda deyil, qadınlar da bizə dəhşətli vəziyyətdə gəlir. Başının təmiz olduğunu desə də, görmüşük ki, yaman gündədir”, - o, bildirib.
Məsələ ilə bağlı açıqlama verən Sumqayıt Uşaq Xəstəxanasının Poliklinika şöbəsinin dermatoloqu Esmira Quluzadə etiraf edib ki, son vaxtlarda həm bit, həm də qoturluqla bağlı müraciətlər artıb.
“İkinci Qarabağ müharibəsindən sonra əsgərlərimiz bir müddət şəraitsiz vəziyyətdə yaşadı. Evlərinə qayıdan əsgərlərin çoxunun həm özündə, həm də ailə üzvləri və qohumlarında qoturluq aşkarlandı. Bu problem hələ də davam edir. 2022-ci il üzrə Epidemiologiya mərkəzinə 52 uşağın adını vermişəm, 52 uşaq 52 ailə deməkdir, minimum 4 nəfərdən hesablasaq, xəstəliyin təxminən 200 nəfər arasında yayıldığını deyə bilərik. 2021-ci ildə isə cavabdeh olduğum ərazi üzrə cəmi 12 nəfərin adını vermişdim. Birdən-birə bu qədər artım var. Qoşa səpgilər, gecələr şiddətli qaşınma qoturluğun əsas əlamətlərdir, ailə üzvlərinə də yayılır. Qaşınma ən çox barmaq araları, sarğı və qarın hissələrində olur. Bu qədər çox xəstəliyin aşkarlanmasının digər səbəblərinən biri də sığorta ilə bağlıdır. Müayinələr pulsuzdur deyə ümumi gəliş çoxdur.
Yeri gəlmişkən, Türkiyədə də qoturluq geniş yayılıb. Dermatoloqlar bu barədə həyəcan təbili çalırlar. Başqa bir problem ondadır ki, qoturluğu müalicə edən dərmanları pasientlər çox çətinliklə tapırlar. Biz onlara kükürd və benzilin mazı yazırdıq. Bu dərmanlar Rusiya istehsalıdır, odur ki, tapmaqda əziyyət çəkirlər. Ümumiyyətlə qoturluq müalicəyə gec tabe olur, ya da xəstələr özbaşına müalicə ilə məşğul olurlar ki, bu da vəziyyəti çətinləşdirir.
Bitlilik isə xüsusilə kasıb ailələrdə daha çox rast gəlinir, bu da onların şəraitsizliyi nəticəsində meydan gəlir. Xəstələrin 80 faizi yataqxanada yaşayanlardır. Digərləri gecəqondu kimi evlərdə və ya kirayədə yaşayırlar. Hamamları olmadığından, başlarını tez-tez yumurlar və ya başqalarının papaq və digər geyimlərindən keçə bilir”.
Həkim bildirib ki, bu halla qarşılaşan valideyn uşağı dərhal dermatolqa aparmalı, həm də sağalana qədər məktəbə getməyə qoymamalıdır:
“İcazə vermirik ki, məktəbə və ya bağçaya getsin, bunun üçün arayış verilir. Eyni zamanda məktəbə də xəbər göndərilir, tibb bacıları sinflərdə yoxlama aparır. Bit və qoturluq halları olanda mütləq şəkildə Gigiyena və Epidemiologiya Mərkəzinə məlumat veririk ki, bu ünvanda belə bir xəstə aşkarlanıb. Mərkəz onlarla əlaqə saxlayıb təmizləmə işləri aparır”.
Gigiyena və Epidemioloji Mərkəz mövzu ilə bağlı göndərdiyimiz sorğuya cavab olaraq bildirilib ki, pedikulyoza (bitlilik) yoluxma ilə əlaqədar hazırda quruma, tibb müəssüisələri tərəfindən məlumat (təcili bildiriş vərəqəsi), o cümlədən vətəndaşlar tərəfindən müraciət daxil olmayıb.
“İlin yekunlarına əsasən, 2021-ci ildə 23, 2022-ci ildə isə 208 pedikulyoz hadisəsi qeydə alınıb. Bitliliyin daha çox yayılmasının səbəbi ictimai nəqliyyatda və ya sıxlıq müşahidə olunan yerlərdə yoluxmuş bir insandan sağlam bir insana birbaşa təmas yolu ilə ötürülməsidir. Mütəşəkkil kollektivlərdə isə bu hal xüsusilə uşaq yataqlarının bir-birinə kifayət qədər yaxın olduğu, şagird sıxlığının müşahidə edildiyi tədris müəssisələrində qeydə alına bilər. Əksər hallarda uşaqlarda pedikulyoz ev yoluxması nəticəsində müşahidə oluna bilər”.
Mərkəzin açıqlamasında qeyd olunub ki, pedikulyozun qarşısını almaq məqsədilə yeniyetmə, uşaq müəssisələrinə, yataqxanalar, qocalar evinə daxil olan şəxslər sanitar təmizlənmədən keçdikdən sonra qəbul edilməlidirlər.
“Xüsusi ilə məktəblərdə, bağçalarda sanitariya gigiyenik və əksepidemik rejimin gözlənilməsi, həmin müəssisələrin tibb işçiləri tərəfindən pedikulyozun aşkar edilməsi və onun sanasiyasının aparılması mütəmadi olaraq təmin edilməlidir. Aşkarlanma qeydə alınan siniflərdə, qruplarda uşaqlar nəzarətə götürülməli, yoluxmuş uşaq bitlərdən tam təmizləndikdən sonra kollektivə buraxılmalıdır.
Bitliliyin qarşısını almağa kömək edən həm kimyəvi vasitələrdən (pedikuloidlərdən), həm də mexaniki vasitələrdən istifadə edirlər. Kimyəvi maddələr (məlhəmlər, şampunlar və spreylər) antiparazitik komponentlərdən ibarətdir”, - açıqlamada bildirilib.
Məlumat üçün bildirək ki, türkiyəli dermatoloq, professor Zekayi Kutulbay Türkiyədə də qoturluğun geniş yayıldığını bildirib. Professorun sözlərinə görə, son iki ildə xəstəliyin dərman müalicəsinə qarşı müqaviməti güclənib.
“İnsanlara yoluxan qoturluq küçə heyvanlarından keçmir, müraciət edənlərin çoxu türk vətəndaşlarıdır. Ailədə bir nəfər qoturdursa, müalicəni yarıda kəsəndə, digər ev sakinlərinə də keçir”.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar