Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ərşad Hüseynov: Belə olarsa, Bakının ictimai nəqliyyatı tam çökəcək...

Tarix: 01-02-2023 12:07     Baxış: 3257 A- / A+

"İctimai nəqliyyatda gediş haqlarının artırılmasının hansı nəticələri olacaq? Qısaca deyim ki, hər hansı yaxşı nəticəsi olmayacaq".
Manevr.az xəbər verir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib. O fikirlərini belə izah edib:

1.İstənilən qiymət artımı kimi, gediş haqlarının da artması əhali üçün əlavə xərc deməkdir. Ona görə də bu artım ictimai nəqliyyatdan istifadə edənlərin maddi vəziyyətinə öz mənfi təsirini göstərəcək. 
2. Bu artım ictimai nəqliyyatın maliyyə-iqtisadi çətinliklərini həll etməyəcək. Daşıyıcılar arzuladıqları maliyyə qaynağını ala bilmədilər. Sahənin iqtisadiyyatını araşdıranlar, daşımaların maya dəyərini hesablayanlar birmənalı olaraq vurğulayırlar ki, istər metroda, istərsə də avtobusla bir səyahətin maya dəyəri artımdan sonrakı gediş haqqından da çoxdur. Belə olan halda yeganə gəlir mənbəyi həmin gediş haqları olan daşıyıcılar yenə də mənfəət əldə edə bilməyəcəklər, zərərlə işləyəcəklər, yaxud zərərlə işləməmək üçün bu sahəni tənəzzülə aparan və xərcləri azaldan addımlar atacaqlar. Məsələn, yenə də avtobusların hamısı xəttə çıxa bilməyəcək, intervallar artacaq, pik saatlarından kənar vaxtlarda (avtobusun yarıboş hərəkət edəcəyi hallarda) küçələrdə avtobus tapılmayacaq, sınıq-salxaq avtobuslar istismarda qalacaq və s. Nəticədə ictimai nəqliyyat xidmətinin keyfiyyəti aşağı düşəcək.
3. İctimai nəqliyyatın gəlirləri nəinki bu xidməti günün tələbi səviyyəsində saxlamağa imkan verməli, həm də onun yaxşılaşdırılması və inkişafı üçün maliyyə qaynağı olmalıdır. Bu artımdan sonrakı gediş haqları hətta indiki cari xərcləri qarşılamayacaqsa, deməli, hər hansı inkişaf barədə düşünmək belə yersizdir. Bu isə o deməkdir ki, ictimai nəqliyyat sahəsi nəinki inkişaf etməyəcək, hətta əksinə çökməkdə davam edəcək. Axı avtobus parkı hər keçən gün bir az da köhnəlir, texniki qulluq xərci bir az da artır və s. 
4. Hökumətin ictimai nəqliyyatın iqtisadi vəziyyətini “yaxşılaşdırmağa” yönələn bu addımı uzun illərdir bu sahənin inkişafı ilə bağlı yanlış dövlət siyasətini bir daha bariz şəkildə təsdiq etdi. Bu artım ictimai nəqliyyat sektoru üçün təxminən belə ifadə edilə bilər: “Alın, sizə daha 10 qəpik veririk, gedin bir təhər başınızı girələyin”. Amma bu sahə baş girələnəcək yer deyil, cəmiyyətin həyatının bütün sahələrinə ciddi təsir edən, insanların həyat keyfiyyətini müəyyən edən bir sahədir. Dəfələrlə vurğuladığımız kimi, yollarımızdakı tixac problemi, bu səbəbdən insanların itirdiyi vaxt (yollarda qısalan ömür), bunun sağlamlığımıza, əmək qabiliyyətimizə, işgüzarlıq səviyyəmizə, elementar qarşılıqlı münasibətimizə (yollardakı aqressiya yalnız artmaqdadır) təsiri və s. diqqətdən kənarda qala bilməz. Həmin problemin əsaslı həlli ilk növbədə ictimai nəqliyyatın inkişafından keçir. Hökumətin bu qərarı isə ictimai nəqliyyat xidmətlərinə hələ də tarifləri dövlət tərəfindən tənzimlənən bir biznes kimi baxıldığını təsdiqləyir. Bu yanlış yoldan dönməli, ictimai nəqliyyatın biznes tərəfi kənara qoyulmalı, ona çox vacib sosial xidmət kimi baxılmalıdır.
5. Yuxarıda qeyd etdiyim səbəblərə görə bu artımdan sonra da ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinın qalxmasını gözləməyə dəyməz. Deməli, xidmət keyfiyyətinin ən yaxşı halda indiki kimi qalacağı (real gözlənilən halda isə müəyyən müddətdən sonra tədricən pisləşəcəyi) təqdirdə artan gediş haqları əhalinin ictimai nəqliyyatdan uzaqlaşmasını stimullaşdıracaq. Təbii ki, belə olanada taksilərdən və fərdi avtomobillərdən istifadə artacaq. Küçələrdə fərdi avtomobil və taksi sayının artması isə tıxacların artması və daha sürəkli xarakter alması deməkdir. Yadınızdadırsa, 2022-ci ilin may ayından proqnozlaşdırırdıq ki, sentyabrdan Bakıda tıxaclar artacaq. Təəssüf ki, belə də oldu. İndi də proqnozlaşdırmaq olar ki, ictimai nəqliyyatla bağlı məsələyə hökümətin yanaşması ciddi dəyişməsə, bu ilin sentyabrında ötən ilkindən daha eybəcər tıxaclara şahidlik etməyimiz realdır.
6. Gediş haqlarının indiki artımı və Tarif Şurasının fəaliyyət təcrübəsi onu deməyə əsas verir ki, hökümətin ictimai nəqliyyatın iqtisadi vəziyyəti ilə bağlı məsələyə yenidən qayıtması haradasa 3-4 ildən sonra olacaq. Əgər belə olarsa, ölkənin, xüsusən də Bakının ictimai nəqliyyatı tam çökəcək. Özəl daşıyıcılar sadəcə ifalasa uğrayaraq bu sahədən çəkiləcəklər. Yeni özəl daşıyıcıların indiki şərtlərlə bu sahəyə gələməsi isə təsəvvür edilən bir şey deyil.

Bəs şıxış yolu nədir?

Bu sahəyə dövlətin yanaşması radikal olaraq dəyişməlidir. İctimai nəqliyyatın yalnız gediş haqları hesabına maliyyələşdirilməsi yığışdırılmalı, dövlətin bu sahəyə çevik və ciddi maliyyə dəstəyi (subsidiya və ya dotasiya, yaxud başqa bir real formada) mexanizmi yaradılmlı və həyata keçirilməldir. Bu sahəyə biznes kimi baxılmamlıdır. Bu sahədə xərclənən pulun birbaşa olaraq insan inkişafına, həyat keyfiyyətinin yaxşılaşmasına xərcləndiyi dərk edilməlidir. Əks təqdirdə bu sahə çökəcək. Çökdükdən sonra isə onu ayağa qaldırıb inkişaf etdirmək daha baha başa gələcək.
Özü də qeyd etdiklərim təxirə salınmadan edilməlidir".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar