Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda ən çox qohumla evlənənlər hansı bölgədə yaşayırlar?

Tarix: 21-12-2022 12:31     Baxış: 4215 A- / A+

Azərbaycanda hər 12 nəfərdən biri talassemiya xəstəsidir. 
Manevr.az xəbər verir ki, bu, Azərbaycan Hematoloqlar və Transfuzioloqlar Cəmiyyətinin gəldiyi qənaətdir.
Bu xəstəliyin daşıyıcıları arasında evlənmə ehtimalı da çox yüksəkdir. Onların isə dünyaya xəstə uşaq gətirmə ehtimalı 25 faizdir. Uşaqların ana bətnində ölməsi, hamiləliyin erkən bitməsi, ölü doğulma, ürək qüsuru, uşaqların aşağı çəki ilə dünyaya gəlməsi faktlarına ən çox qohum nikahlarda rast gəlinir.
Bəs dünyada vəziyyət necədir?
Qərb ölkələrində qohum evliliklərə az rast gəlinir. Məsələn, İngiltərədə əhalinin 0,5 faizi, Niderlandda 0,3 faizi öz qohumu ilə evlənir. Dünyanın ən xoşbəxt millətlərindən biri sayılan isveçlilərdə isə bu rəqəm 0,9 faizdir.
Rəqəmlərin xeyli yüksək olduğu ölkələr də var. Almaniyada yəhudilərin 35,8 faizi, Küveytdə 54,3 faizi öz qohumu ilə evlənir. Yəni təxminən əhalinin yarıdan çoxu. 
ABŞ-ın 24 ştatında isə ən yaxın qohumların evliliyi rəsmi şəkildə qadağan edilib. Əmi, dayı, xala, bibi uşaqlarıyla, yəni 1-ci dərəcəli qohumlarla ailə qurmaq qadağandır. 6 ştatda evlənmək istəyən qohumların qarşısına bəzi şərtlər qoyulub. Məsələn, Arizonadakı qaydalara görə, yaşın 65-i keçibsə və ikinizdən biriniz sonsuzsunuzsa, onda evlənə bilərsiniz.
Ona görə də amerikalılar əvvəldən beşiyin başında bizdəki kimi göbəkkəsdi etmirlər.
Katoliklər 4-cü nəslə qədər qohumların nikahlarını kəsmirlər. Onlara görə, dördüncü nəslə qədər evlilik insest, yəni, ailə üzvlərindən sayılır. Pravoslavlarda və protestantlarda da bu qaydalar mövcuddur. 
Lakin Asiya və İslam ölkələrində qohumlar arası evliliklərə daha çox rast gəlinir. Şərq ölkələri sıralamasında Türkiyə bütün ölkələri geridə qoyub.
Türkiyənin müxtəlif bölgələrində aparılan sorğuya görə, ümumilikdə hər 100 evlilikdən 15-i qohumlar arasında olur. Təkcə Türkiyənin Trakya bölgəsində qohumlar arası evliliyə müsbət rəy vermirlər. Onlar yeddinci nəsildən sonra bir-biri ilə evlənirlər. Çünki yeddinci nəsildən sonra insanlar yad sayılırlar.
Türkiyədə aparılan sorğuda qohum evlilərə “indi belə bir evliliyə razı olardınızmı?” sualı verilib.
Əksəriyyət çox peşman olduğunu, “bugünkü ağlımızla heç vaxt evlənməyə razı olmazdıq” deyiblər.
Ən çox qohumla evlənənlər hansı bölgədə yaşayırlar?
Respublikamızda isə qeydə alınan nikahların 56 faizi qohumlar arasındadır. Qohumlar arasında nikahlar daha çox Şəki, Masallı və Bakıda yayılıb. BMT-nin Əhali Fondu Reproduktiv Sağlamlıq üzrə Milli Ofisinin məlumatına görə, həmin bölgələrdə irsi xəstəliklərin yayılma tempi 15 faiz təşkil edir. Bunlar arasında ən çox yayılanı talassemiyadır.
Müəyyən olunub ki, Azərbaycanda 10-dan çox irsi xəstəlik mövcuddur. Bu xəstəliklərlə doğulan uşaqların sayı isə ilbəil artır.
Qohumla evlilik təkcə genetik və irsi xəstəliklərə yol açmır, həm də yeni nəslin cırlaşmasına səbəb olur. Məsələn, dünyanın ən uzunboylu insanlarının yaşadığı Niderlandda cəmi 0,36 faiz, İsveçdə isə 0,90 faiz sakin qohumla nikaha girir.
Bəs, yaxın qohumla nikaha girmək daha hansı fəsadlar törədir?
Tanınmış pediatr Vaqif Qarayev qohum evliliyinin təbabətdə normal qəbul edilmədiyini söyləyib:
“Əmioğlu-əmiqızı, xalaoğlu-xalaqızı və bu kimi yaxın qohumların evliliyindən doğulan uşaqlarda irsi, genetik xəstəliklər olması hər zaman gözləniləndir. Ən pisi də odur ki, əgər qohumlardan birində hansısa xəstəlik varsa, onun doğulacaq uşağa keçməsi riski çox böyükdür. Ümumiyyətlə, praktika göstərir ki, yaxın qohumların evliliyindən doğulan uşaqların böyük hissəsi hansısa xəstəlikdən əziyyət çəkir. Elə Ailə var ki, bir yox, bütün uşaqları genetik xəstəliklə doğulur. Qısası, təbabət 2 daşıyıcının evlənməsini məsləhət görmür. 2 daşıyıcıdan doğulan uşağın talassemiya xəstəsi olması qaçılmazdır”.
Vaqif Qarayev qohum evliliyinin mental dəyərlərdən qaynaqlandığını bildirib:
“Ona görə də bu ənənədən imtina indiki halda heç də real görünmür. Amma yaxşı olar ki, təkcə qohumlar deyil, bütün yeni evlənənlər nikahdanqabaq müayinədən keçsinlər. Bu çox vacibdir. Bu, həmin cütlüyü ən azı gələcək xoş olmayan sürprizlərdən qoruyur”.Bizim.Media 

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar