Xəbər lenti
Şəhərdə "ağıllı svetafor"lar quraşdırılacaq, sürət artırılacaq - Tıxacın çarəsi
Bir neçə gün öncə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəsmiləri ümidverici bir açıqlama verərək, yeni rəqəmsal həllər üzərində işlədiklərini bildiriblər. Söhbət Bakı üzrə rəqəmsal 3D xəritəsinin və mobil tətbiqin hazırlanmasından gedir.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hesab edir ki, Bakının rəqəmsal tıxac xəritəsinin ortaya çıxarılması problemin həlli üçün xeyli faydalı ola biləcək: “On il öncə keçmiş nazir Ziya Məmmədovun rəhbərliyi altında bu tip intellektual layihənin hazırlanmasına 130 milyon ayrılmışdı. Lakin o zaman NİİM paytaxtda nəqliyyatın rəqəmsal yanaşmalarla tənzimlənməsi sahəsində qarşıya qoyulan vəzifələri icra edə bilmədi və iflas oldu. Sonradan bu layihə BNA-ya verildi.
Nə qədər çalışsalar da, onlar da nəqliyyat axınını intellektual yollarla tənzimlənmək, real vaxtda yollardakı vəziyyəti öyrənmək, rəqəmsal tıxac xəritəsini əldə etmək, tıxacdan yayınmaq, naviqasiya, yollardakı problemli situasiya haqqında öncədən effektiv formada məlumat almaq məsələlərini qaydaya sala bilmədilər.
BNA yenidən böyük pullar istəyən, zamanında sistemin proqram təminatının ilkin kodlarını verməyən Cənubi Koreya şirkətindən əlini üzərək digər ölkələrlə əməkdaşlıq sayəsində problemləri həll etməyə çalışdı. Bir neçə modul yeniləyə bildi. Lakin zəruri olan rəqəmsal həllər ortaya çıxmadı”.
Ekspert cari ilin əvvəlində NİİM-in Daxili İşlər Nazirliyinə verildiyinə diqqət çəkib: “Artıq bir il tamam olmaq üzrədir. Dağılmış vəziyyətdə olan NİİM-in təhvil-təslimi güman ki, artıq başa çatıb. NİİM-in yeni rəhbərliyi yaxın müddətə bir neçə rəqəmsal həllər təqdim edəcəklərini açıqlayıb. Hazırda böyük bir komandanın bu layihələr üzərində işlədiyi bildirilib.
NİİM-in son açıqlamasından bu qənaətə gəlmək olar ki, yeni komanda SMS məlumatlandırma ilə tıxac vəziyyətdən çıxış, trafiki innovativ idarə etmək, alternativlər təqdim etmək, sürücülərin effektiv məlumatlandırılmasını təşkil etmək üçün mobil resurs hazırlayır.
Düşünürəm ki, indiki halda NİİM-də, Yol Polisində toplanmış datadan effektiv istifadə edilməsi, datanın emal olunaraq sürücülərə effektiv yollarla çatdırılması, alternativlər təqdim edilməsi vəziyyəti xeyli düzəldə biləcək”.
Osman Gündüz təklif edir ki, görülən işlərə paralel olaraq nəqliyyat axınının fasiləsiz hərəkətinə şərait yaradan “ağıllı svetoforlar”ın, detektorların sayı da artırılmalıdır: “Bununla da mərkəzi küçələrdə avtomobillərin orta sürətini bir qədər artırmaq mümkün ola bilərdi.
NİİM rəsmiləri rəqəmsal xəritələrin hazırlanması üçün avadanlıqlar sifariş edildiyini də açıqlayıblar. “Ağıllı svetofor”ların, detektorların sayının çoxaldılması üzərində işlərin aparıldığını bildiriblər. Hazırda cəmi 152 svetafor NİİM ofisindən real vaxtda idarə olunur.
Artıq Yol Polisi əməkdaşlarının bir qrupu da NİİM-in ofisində, paytaxt yollarındakı real vəziyyəti əks etdirən monitorlar qarşısında çalışırlar”.
Ekspert qeyd edib ki, əldə olunmuş məlumatlar əsasında tıxacdan yayınmaq, alternativ yollar tapmaq ehtimal olunur: “Bakının rəqəmsal tıxac xəritəsi, paytaxtın yol-nəqliyyat infrastrukturun 3D və sair bu tipli İT texnologiyalardan istifadə çox yaşı metodlardır. Təbii ki, əgər ortaya qoya bilsələr... Bakıda nəqliyyatın intellektual idarə olunması istiqamətində neçə illərdir ancaq sözlər eşidirik, ortalıqda konkret iş yoxdur. Hesab edirəm ki, bu plan özünü doğruldacaq. Amma hələlik ortada iş olmadığına görə konkret heç nə deyə bilmirik”.
Ərşad Hüseynovun qənaətincə, mobilliklə bağlı sürücülərin, eləcə də əhalinin məlumatlandırılması çox yaxşı haldır: “İnsanlar bu mobil proqramdan istifadə edərək gündəlik işlərini buna uyğun planalaşdırarlar.
Yolların real mənzərəsini əks etdirən məlumat bazasının yaradılması, Bakının yol nəqliyyat infrastrukturunun vəziyyətinin təhlili, onun perspektivləri, dəyişikliyin dinamikası haqqında tutarlı məlumatlar toplamaq və onu emal etmək ağıllı qərarlar qəbul etməyə kömək edəcək. Ümumilikdə, çox faydasını sadalamaq olar.
Düşünürəm ki, bu mobillik tıxacın aradan qaldırılması üçün əsas deyil. Bu sistem bizə sadəcə tıxacın mənzərəsini təqdim edəcək. Bu məlumatlardan istifadə edib yaranmış tıxacı həll etmək lazımdır. Bu işlər də paralel olaraq ictimai nəqliyyatın inkişafı, mobilliyin yaxşılaşması, velosipedin real nəqliyyata çevrilməsi, piyadaların və avtomobillərin hərəkəti, metro, tramvay və şəhərətrafı qatar şəbəkələrinin yaradılması kimi işlər görülməlidir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar