Xəbər lenti
Dünya Kuboku harada və necə istehsal olunur? - Futbolun müqəddəs simvolu

Dünya Çempionatında mübarizə aparan komandaların ən böyük arzusu Dünya Kubokuna sahib ola bilməkdir.
Futbolçuların sevinc hissi ilə əllərində tutduğu kubokun isə maraqlı istehsal tarixçəsi var.
Futbolda milli komandalar səviyyəsində ən yüksək təşkilat olan FIFA Dünya Kubokunu qazanan komandaya verilən simvolik kubok və onun surətlərini İtaliyada istehsal edir.
.jpg)
Əvvəlcə "Qələbə" olaraq da bilinən və daha sonra FİFA-nın keçmiş Prezidenti Jül Rimenin adını daşıyan kubok o zaman Meksikada keçirilən Dünya Kubokunda Braziliyanın 3-cü dəfə çempion olması ilə "üçqat çempion" kuboku adını aldı.
1970-ci il Dünya Çempionatından sonra FİFA yeni kubok dizaynını müəyyən etmək üçün beynəlxalq müsabiqə keçirdi və bu yarışmada 53 dizayn iştirak etdi.
Bu gün portfelində UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası, UEFA Super Kuboku kimi tanınmış beynəlxalq təşkilatların kubokları olan GDE Bertoni italyan firmasının bədii rəhbəri, heykəltəraş Silvio Gazzaniganın orijinal dizaynıdır.

Əllərini yuxarı qaldıran iki qələbə mələyinin tutduğu kürədən ibarət olan Gazzaniganın dizaynı milyonlarla insanı eyni anda ekrana bağlayan bu mühüm təşkilatın baş mükafatı olmağa davam edir.
Son 50 ildə Dünya Kuboku deyiləndə ağla gələn bu unikal dizayn İtaliyanın sənaye şəhəri olan Milanın yaxınlığındakı Paderno Dugnanodakı müəssisələrində istehsal olunur.
Kupanın çəkisi 6,2 kiloqramdır və 18 karatlıq qızıldan hazırlanıb.
.jpg)
FIFA Dünya Kuboku 38 santimetr hündürlüyündə, 6,2 kiloqram ağırlığında və 18 karatlıq qızıldan ibarətdir. Bu dizaynın ilk dəfə 1973-cü ildə nümayiş olunub və 1974-cü ildə Almaniyanın ev sahibliyi etdiyi təşkilatda təqdim edilib. qafqazinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar