Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Deputatdan sənədsiz evlər problemi ilə bağlı təklif

Tarix: 17-11-2022 18:55     Baxış: 3221 A- / A+



“Bildiyiniz kimi, bu günə qədər ölkə üzrə yüz minlərlə sənədsiz ev mövcuddur. Hələ 2011-ci ilin mart ayında cənab Prezident rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı hökumətə xüsusi tapşırıq vermişdir və onun icrası istiqamətində müəyyən işlər də görülüb.
Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna 2015-ci ildə edilmiş dəyişikliklə sənədsiz evlərin qeydiyyatı asanlaşdırılıb, cənab Prezidentin 2015-ci və 2019-cu illərdə imzaladığı müvafiq Fərmanlara əsasən 200 minə yaxın fərdi yaşayış evi və mənzil sənədləşdirilib. Bu ilin aprelin 7-də cənab Prezidentin imzaladığı Fərmanlara əsasən isə əvvəllər hüquqmüəyyənedici sənəd hesab olunmayan bir sıra sənədlər hüquqların qeydiyyatı üçün əsaslar sırasına daxil edilib, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilmiş yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzillərinin sənədləşdirilməsi nəzərdə tutulub. Bu fərmanların icrası, şübhəsiz ki, ölkədə sənədsiz evlərin sayının azaldılmasına xidmət edəcək”.
 
Manevr.az xəbər verir ki, bunu deputat Kamran Bayramov  parlamentdə büdcə müzakirləri zamanı deyib.
O əlavə edib ki, 2019-cu ildən etibarən İqtisadiyyat Nazirliyi tərəfindən sənədsiz tikililərin inventarlaşdırılması həyata keçirilib və pandemiyanın başlandığı dövrədək Bakıda 163 mindən artıq, regionlarda təxminən 2 min yaşayış məntəqəsi üzrə 75 minə yaxın sənədsiz ev və mənzil, ümumilikdə isə 240 minə yaxın fərdi əmlak invertarlaşdırılıb: “Lakin təəssüf ki, pandemiya ucbatından və digər səbəblərdən inventarlaşma prosesi ləngimişdir. Düşünürəm ki, sənədsiz evlərə daha geniş əmlak amnistiyasının tətbiqi bir çox problemlərin həllinə səbəb olacaq - həm vətəndaşların əmlakları üzərində sərəncam vermək hüququnu təmin edəcək, həm ölkənin daşınmaz əmlak bazarını canlandıracaq, bələdiyyələrin yığdığı fiziki şəxslərin torpaq və əmlak vergiləri üzrə vergitutma bazasını genişləndirəcək, yerli büdcələrə və dövlət büdcəsinə daxil olan vəsaitlərin əhəmiyyətli dərəcədə artmasına xidmət edəcəkdir. Bununla əlaqədar, sənədsiz evlərin sənədləşdirilməsi və bələdiyyə torpaqları üzərində mülkiyyət sənədlərinin və xəritələrin verilməsi işinin tezliklə başa çatdırılması məqsədilə 2023-cü il dövlət büdcəsində İqtisadiyyat Nazirliyinə ayrılması nəzərdə tutulan vəsaitin artırılmasını təklif etmək istərdim”.ölkə.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar